“maliYYƏ” fənnindən mühazirə mətnləri


Maliyyə  -  geniş  təkrar  istehsalın  davam  etdirilməsi,  ümumdövlət  vəzifələrinin



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə8/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   157
Maliyyə muhazirələri yeni (1)

 Maliyyə  -  geniş  təkrar  istehsalın  davam  etdirilməsi,  ümumdövlət  vəzifələrinin 
yerinə yetirilməsi, əhalinin sosial-mədəni ehtiyaclarının ödənilməsi üçün ÜDM və MG-
in bölgüsü və yenidən bölgüsü vasitəsilə həm dövlətin, həm də təsərrüfat subyektlərinin 
məqsədli  pul  vəsaiti  fondlarının  yaradılması  və  istifadəsi  zamanı  yaranan  iqtisadi 
münasibətlər sistemindən ibarətdir.  
Maliyyənin mahiyyəti onun ifadə etdiyi funksiyalarda daha aydın görünür. Maliyyənin 



 
 
 
əsasən 2 funksiyası vardır: bölgü və nəzarət.  
Maliyyənin  bölgü  funksiyası  ÜDM  və  milli  gəlirin  bölgüsü  və  yenidən  bölgüsü  prosesini 
əhatə edir. Bölgü obyekti kimi Milli Gəlir, bölgü subyekti kimi isə dövlət, müəssisələr, əhali çıxış 
edir. Bölgü prosesi ilkin bölgü və yenidən bölgü mərhələlərindən ibarətdir. İlkin bölgü müəssisələr 
səviyyəsində müxtəlif istiqamətlərə bölüşdürülür. Belə ki, müəssisənin ümumi gəlirindən büdcəyə 
vergilər ödənir, istehsalın fasiləsizliyinin təmin edilməsi üçün istehlak olunmuş istehsal vasitələri 
alınır. Əmək  ödənişi fondu təşkil edilir və müəssisədə çalışan işçilərə əmək haqqı ödənilir. Bu 
fonda  uyğun  olaraq  sosial  təminat  və  digər  fondlara  köşürmələr  aparılır.  Sonda  müəssisənin 
müəyyən qədər mənfəəti qalır. Bununla da ilkin bölgü prosesi başa çatır. Lakin məhfəət özü də 
təkrar bölgüyə məruz qalır. Belı ki, mənfəətdən büdcəyə vergilər ödənilir. Digər hissə müəssisənin 
sərəncamında  qalaraq  istehsalın  genişləndirilməsinə,  investisiya  qoyuluşlarına,  maddi  maraq 
fonduna və sosial məqsədlərə yönəldilir.  
Milli  gəlirin  ilkin  bölgüsündən  alınan  pul  vəsaiti  iqtisadiyyatın  aparıcı  sahələrinin 
inkişafı,  müdafiə  qabiliyyətinin  təmin  edilməsi,  əhalinin  maddi  və  mədəni  tələbatlarının 
ödənilməsi  üçün  kifayər  etmir.  Ona  görə  də  bölgü  prosesi  yenidən  bölgü  şəklində  davam 
etdirilir. Milli gəlirin yenidən bölgüsü istiqamətləri aşağıdakılardır:   
1.Sahələrarası yenidənbölgü;  
2.Ərazilərarası yenidənbölgü;  
3.Təsərrüfatlararası yenidənbölgü;  
4.Dövlətlərarası yenidənbölgü.  
Maliyyənin  nəzarət  funksiyası  bölgü  və  yenidənbölgü  münasibətlərini,  pul  fondlarının 
yaradılması  və  istifadəsini  əhatə  edir.Maliyyə  nəzarəti  maddi  istehsalı,  qeyri-istehsal 
sahələrini, dövlə büdcəsinin yaradılmasını və istifadəsini əhatə edir.  
Maliyyə  nəzarətinin  mühüm  vəzifələri  –  maliyyə  məsələlərinə  dair  dövlət  qanunlarına 
əməl  edilməsi,  büdcə  sistemi,  vergi  xidməti,  banklar,  digər  müəssisə  və  təşkilatlar 
qarşısındakı öhdəliklərin vaxtında və dəqiq yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir.  
Maliyyənin  bu  funksiyalarindan  əlavə  tənzimləyici  və  stimullaşdırıcı  funksiyası  da 
həyata keçirilir. Tənzimləyici funksiyada dövlət xətclərinin planlaşdırılması, vergilər, dövlət 
krediti vasitəsilə iqtisadi və sosial münasibətlərin, qiymətli kağızlar bazarının tənzimlənməsi  
həyata keçirilir.  
Maliyyənin stimullaşdırıcı funksiyası kimi aşağıdakıları qeyd etmək olar:  
- Maliyyə  resurslarının  investisiyalaşdırılmasının  səmərəli  istiqamətlərinin  müəyyən 
edilməsi;  
- mükafatlandırma fondlarının tətbiqi;  
- maliyyə güzəştlərindən istifadə edilməsi.  
  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin