8
1.Maliyyə elminin hüquq arasında əlaqə. Maliyyə elmi dövlət hüququ və xüsusi hüquqla
sıx əlaqəyə malikdir. Dövlət hüququnun əsas sahəsi konstitusiya hüququdur. Belə ki,
vətəndaşların vergi ödənilməsi ilə bağlı hüquq və vəzifələri, büdcə hüququ, büdcənin
parlamentdə təsdiqi və digər məsələlər AR Konstitusiyası ilə tənzimlənir. Bundan əlavə
dövlət maliyyəsi idarəetmə hüququ ilə sıx bağlıdır. Dövlətin xidmətləri həm mərkəzi, həm də
yerli hakimiyyət orqanları tərəfindən yerinə yetirilir. Bu xidmətləri yerinə yetirmək üçün
təbii ki, pul vəsaitləri lazımdır.
Ona görə də yerli büdcələr mühüm rol oynayır. Xüsusi hüquq sahələrinə maliyyə
hüququ, əmlak hüququ, bank hüququ, vergi hüququ və s. aiddir.
2.Maliyyə ilə statistika arasında əlaqələr. Dövlət büdcəsinin gəlir və xərclərini
proqnozlaşdırarkən, biznes plan hazırlanmasında, idxal və ixrac əməliyyatlarının təhlili və s.
proseslərdə statistik göstəricilərdən istifadə edilir. Əhalinin və ya müxtəlif sahələrin iqtisadi
vəziyyətinə dair statistik göstəricilərlə tanış olmadan düzgün proqnozlara əsaslanan dövlət
büdcəsi hazırlamaq mümkün deyildir.
3.Maliyyə elminin menecmentlə qarşılıqlı əlaqəsi. Menecment iqtisadiyyatın idarəedil-
məsini əhatə edir. Maliyyə menecmentin obyekti kimi çıxış edir həm də ona təsir edir.
4.Maliyyə eliminin sosiologiya elmi ilə qarşılıqlı əlaqəsi. Sosiologiya elminin əsas
vəzifəsi sosial hadisələri öyrənməkdir. Sosial davranış, sosial təbəqələşmə, sosial hadisələrə
aiddir. Maliyyə hadisələri dövlət xərcləri, vergilər və s. yaranan bütün sosioloji hallar
sosiologiya elminin obyektidir. Öyrənilən sosial hadisələr maliyyə münasibətləri ilə
tənzimlənir.
5. Maliyyə ilə xarici ticarət arasındakı əlaqə. Bazar iqtisadiyyatının ən mühüm
funskyalarından biri müxtəlif mal və xidmətlər üçün bazarda yaranan tələbin ödənilməsi
məqsədilə iqtisadiyyatda istifadə olunmayan mənbələri aşkar etməkdir. Bu mənbələrdən
istifadə olunması ilə biznes bölməsi meydana gəlir. Beynəlxalq iqtisadi əlaqələr biznes
əsasında inkişaf edir. Biznesin reallaşdırılması xarici ticarət vasitəsi ilə mümkündür. Xarici
ölkələrdən idxal edilən mallara görə ödənilən vergilər və rüsumlar, və onların alınma
səsbabləri maliyyə münasibətləri ilə tənzimlənir.
Maliyyə eyni zamanda bir çox katiqoriyalarla qarşılıqlı əlaqədədir.
Dostları ilə paylaş: