“maliYYƏ” fənnindən mühazirə mətnləri


MALIYYƏ SISTEMININ MAHIYYƏTI VƏ ONUN HƏLQƏLƏRININ



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə17/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   157
Maliyyə muhazirələri yeni (1)

2.1.MALIYYƏ SISTEMININ MAHIYYƏTI VƏ ONUN HƏLQƏLƏRININ 
XARAKTERISTIKASI  
 
    
Müxtəlif  iqtisadi  ədəbiyyatlarda  “maliyyə  sistemi”  anlayışına  müxtəlif  yanaşmalar 
mövcuddur.  Bəzi  mənbələrdə  sistem  dedikdə  “təşkilatların  forması”,  “struktur  şəklində 
yerləşən  və  qarşılıqlı  əlaqəli  hissələrin  vəhdəti,  “müəssisələr  birliyi”    başa  düşülür.  Məhz 
maliyyə sisteminə əsasən “təşkilatların məcmusu” kimi baxılır. Maliyyə sistemi-dövlətin və 
müəssisələrin  pul  vəsaiti  fondlarının  yaradılması,  bölüşdürülməsi  və  istifadəsinin  forma  və 
metodları  sistemidir.    Araşdırmalar  göstərir  kı,    maliyyə  münasibətləri  çox  müxtəlifdir. 
Maliyyə sisteminin hər bir həlqəsində bu münasibətlər müxtəlif formada təzahür edir. Belə 
ki,  müəssisənin  maliyyəsi  maddi  istehsala  xidmət  edir.  Onlarin  iştirakı  ilə  müəssisə  və 
təsərrüfat  sahələri  tərəfindən  ümumi  daxili  məhsul  yaradılır.  Dövlət  büdcəsi  vasitəsi  ilə 
dövlətin  əsas  mərkəzləşdirilmiş  pul  vəsaiti  fondunun  vəsаitləri  toplanır  və  vəsaitlərin 
təsərrüfat  sahələri,  iqtisadi  regionlar,  əhalinin  ayrı-ayrı  sosial  qrupları  аrasında  yenidən 
bölgüsü baş verir. Büdcədənkənar xüsusi fondlar ciddi məqsədli təyinata malikdir. Belə ki, 
Azərbaycan  Respublikasının  ƏƏSM  yanında  Dövlət  Sosial  Müdafiə  fondu  ölkə  əhalisinə 
pensiya ödəmək uçun vəsait toplayır. Sığorta fondu təbii fəlakət nəticəsində müəssisələrə və 
əhaliyə  dəyən  zərəri  ödəmək,  şəxsi  sığоrtа  isə  sığorta  olunmuş  şəxsə  və  ya  onun  ailəsinə 
sığorta hadisəsi baş verdikdə maddi təminatın ödənilməsi məqsədi dаşıyır.   
 Beləliklə,  maliyyə  sisteminin  hər  bir  həlqəsi  maliyyə  münasibətlərinin  müəyyən 
dairəsini,  bütövlükdə  maliyyə  sistemi  isə  maliyyə  münasibətlərinin  müxtəlif  dairələrinin 
məcmusunu  ifadə  edir.  Bu  prosesdə  pul  vəsaitləri  fondları  əmələ  gəlir  və  istifadə  edilir. 
Başqa sözlə maliyyə sistemi - dövlət və müəssisələrin pul vəsaitləri fondlarının yaradılması, 
bölgüsü və istifadəsinin forma və metodları sistemidir.  
Maliyyə münasibətləri aşağıdakı ümumi əlamətləri ilə xarakterizə olunur:  


13 
 
 
 
ÜDM-un  və  milli  gəlirin  bölgüsünü  həyata  keçirir;  pul  vəsaitləri  fondlarının 
formalaşmasında  və  istifadə  edilməsində  iştirak  edir;  bölgü  prosesinə  nəzarət  edir  və 
tənzimləyir; əsasən pul formasına malikdir.  
 Dövlətin  iqtisadi  siyasətindən  asılı  olaraq  maliyyə  sisteminin  üç  tipi:  bank,  bazar 
vəbüdcə tipləri fərqləndirilir. Bank tipi sistemində ölkənin maliyyə resursları kapital bazarı 
vasitəsilə  bölüşlürülür.  Bu  halda  bank  qərar  verir  ki,  vəsaitlər  hansı  mexanizm  tətbiq 
edilməklə bölüşdürülür və ya yenidən bölüşdürülür.  
 Büdcə  tipi  sistemində    maliyyə  resurslarının  əsas  hissəsi  mərkəzləşdirilmiş  qaydada, 
büdcə sistemi və büdcədənkənar fondlar vasitəsilə bölüşdürülür.  
 Bazar  münasibətləri  şəraitində  maliyyə  münasibətləri  cəmiyyətin  həyatının  müxtəlif 
tərəflərinin əks etdirir. O, müxtəlif pul fondları formasında ölkənin maliyyə resurslarını əhatə 
edir.   
 Beləliklə,  maliyyə  sistemi  təsərrüfat  subyektlərinin,  ev  təsərrüfatlarının,  dövlətin  pul 
vəsaiti fondlarının bölüşlürülməsi və istifadəsini həyata keçirən həlqələrin, sferaların, habelə 
xüsusi maliyyə institutlarının məcmuudur.  
Maliyyə sisteminin quruluş prinsipləri aşağıdakılardır:  
 1.Maliyyə    sisteminin  ayrı-ayrı  tərkib  hissələrinin  funksional  təyinatı  -  maliyyə 
sisteminin  hər  bir  həlqəsi  dəqiq  müəyyən  edilmiş  vəzifələri  həll  edir  və  buna  müvafiq 
maliyyə aparatı yaradır;  
 2.Maliyyə  sisteminn  vahidliyi  prinsipi  -  dövlət  tərəfindən  maliyyə  orqanları  vasitəsilə 
vahid maliyyə siyasəti aparılır;  
 3.Dövlət maliyyə  orqanlarının strukturu ölkənin inzibati-ərazi quruluşuna  uyğun təşkil 
olunur.  
 Azərbaycan Respublikasının maliyyə sistemi aşağıdakı maliyyə münasibətləri dairəsini 
özündə  birləşdirir:   
- Dövlət maliyyəsi: (dövlət büdcəsi; büdcədənkənar xüsusi fondları; dövlət krediti)  
- sığorta fondları;  
- müxtəlif mülkiyyət formalı müəssisələrin maliyyəsi.  
Birinci blok maliyyə münasibətləri mərkəzləşdirilmiş maliyyəyə aiddir və makrosəviyyədə 
iqtisadiyyatı  və  sosial  münasibətlərin  tənzimlənməsi  üçün  istifadə  edilir.  Müəssisələrin  maliyyə 
münasibətləri qeyri-mərkəzləşdirilmiş maliyyəyə aiddir və mikrosəviyyədə iqtisadiyyati və sosial 
münasibətləri tənzimləmək və stimullaşdirmaq üçün istifadə edilir.  
Müəssisə  və  təşkilatlarının  maliyyəsi  ölkənin    maliyyə  sisteminin  əsas  hissəsini  təşkil 
etməklə,  həmin  sahələrdə  ümumi  daxili  məhsulun  yaranması,  bölgüsü  və  istifadəsi 
proseslərinin  dəyər  formasındakı  ifadəsini  əks  etdirir.  Ictimai  istehsalın  bu  mühüm 
sahələrində  maddi  nemətlərinin  başlıca  hissəsinin  yaranması  və  bölgüsü  baş  verdiyindən, 
ölkənin  maliyyə ehtiyatlarının əsas hissəsi də burada formlaşır.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin