“maliYYƏ” fənnindən mühazirə mətnləri


MALIYYƏ SIYASƏTININ TIPLƏRI



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə25/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   157
Maliyyə muhazirələri yeni (1)

2.5.MALIYYƏ SIYASƏTININ TIPLƏRI  
  
 Maliyyə  siyasəti  maliyyə  münasibətləri  sferasında  dövlətin  müstəqil  fəaliyyətidir. 
Maliyyə  siyasətinin  reallaşdırılması  dövlətin    maliyyə  resurslarının  toplanması,  onun 
funksiyalarının, uzunmüddətli, ortamüddətli və qısamüddətli proqramların yerinə yetirilməsi 
üçün  onların  bölgüsü  və  yenidən  bölgüsünə  yönəldilən  tədbirlərdən  ibarətdir.  Dövlətin 
inkişafı  zaman-zaman  maliyyə  siyasətinin  dəyişdirilməsinə  səbəb  olur.  Müxtəlif  dövlətlər 
tərəfindən  tətbiq  edilmiş  maliyyə  siyasətinin  təhlili  onun  üç  əsas tipinin  seçilməsinə imkan 
verir:  


21 
 
 
 
- klassik;  
- tənzimləyici;  
- plan-direktiv.  
Klassik tip. 1920-ci illərin axırlarınadək əksəriyyət dövlətlərin maliyyə siyasətinin əsas 
tipi  onun  klassik  variantı  idi.  Bu  maliyyə  siyasəti  siyasi-iqtisad  klassiklərinin-A.Smit, 
D.Rikardonun  əsərlərində  əsaslandırılmışdır.  Klassik  tip  maliyyə  siyasətinin  əsas 
istiqamətləri aşağıdakılardlır:  
1.dövlətin iqtisadiyyatın idarə edilməsinə müdaxilə etməməsi;  
2.azad rəqabət;  
3.təsərrüfat proseslərinin tənzimlənməsində bazar mexanizmlərindən istifadə;  
4.tarazlı büdcənin formalaşdırılması və istifadəsi üçün şəraitin təmin edilməsi.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin