27
mərkəzi icra hakimiyyəti orqanıdır. Onun vəzifə və funksiyaları: Gömrük işinin təşkili və
onun təkmilləşdirilməsi; gömrük siyasətinin həyata keçirilməsi; Respublikanın iqtisadi
mənafeyini və təhlükəsizliyini qorumaq; gömrük ərazisinin vahidliyinin təmin edilməsi;
gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil etmək; gömrük siyasətinin həyata
keçirilməsi üçün hüquqi, iqtisadi, təşkilati mexanizmlər hazırlanması, onların həyata
keçirilməsinin təmin edilməsi; gömrük nəzarətinin həyata keçirilməsi; gömrük sərhədindən
keçirilən mallardan vergilərin, rüsumların, aksizlərin və digər gömrük ödənişlərinin
alınmasının təşkili; malların gömrük dəyərinin düzgün müəyyən olunması sahəsində
nəzarətin həyata keçirilməsi; gömrük, rüsum və vergilərin vaxtında, tam həcmdə dövlət
büdcəsinə köçürülməsinin təmin edilməsi; malların və nəqliyyat vasitələrinin gömrük
sərhədindən keçirilməsinə dair qaydaların işlənib hazırlanmasının təşkili və onların icrasının
təmin edilməsi; valyuta nəzarətinin təmin edilməsi; qaçaqmalçılıq və gömrük işi sahəsində
cinayətlərə qarşı mübarizə aparılmasının təmin edilməsi; xarici ticarətin gömrük
statistikasının aparılmasının təşkil edilməsi; xarici dövlətlərin gömrük və digər səlahiyyətli
orqanları ilə əməkdaşlığın və qarşılıqlı fəaliyyətin həyata keçirilməsi; gömrük idarələri,
gömrükxanalar, gömrük postları, gömrük laboratoriyaları, elmi-tədqiqat və tədris
müəssisələri, hesablama mərkəzləri yaradılması və ləğv edilməsi və s.
“AR Mərkəzi Bankı Haqqında” AR-nın 10 dekabr 2004-cü il tarixli Qanununa əsasən
MB xüsusi səlahiyyətli dövlət idarəçilik orqanı olmaqla pulkredit və
valyuta sahəsində dövlət
siyasətini müəyyən edir,
nagd pul dövriyyəsini
təşkil edir, valyuta tənzimlənməsini həyata keçirir, bank fəaliyyətini lisenziyalaşdırır,
bank fəaliyyətinə nəzarəti həyata keçirir və s.
Dostları ilə paylaş: