26
Prezidentinin 9 fevral 2009-cu il 48 nömrəli Fərmanı ilə müəyyən edilmişdir.
AR Maliyyə Nazirliyinə Respublika Prezidentinin təyin etdiyi nazir başçılıq edir. Onun
kollegiyası vardır. Kollegiya üzvləri Nazirlər kabinetinin qərarı ilə təyin olunur. Nаzirliyin
funksiyа və vəzifələrinə аşаğıdаkılаr аiddir:vahid dövlət maliyyə siyasətinin strateji
istiqamətlərinin işlənib hazırlanması və həyata keçirilməsi; dövlət büdcəsinin layihəsinin
tərtibi və icrasının təmin edilməsi; maliyyə resurslarının AR-nın sosial-iqtisadi inkişafı
istiqamətlərində cəmləşdirilməsi; ölkənin iqtisadiyyatına xarici kreditlərin cəlb edilməsi üzrə
təkliflərin hazırlanması; büdcə planlaşdırılması, maliyyələşdirilməsi və hesabatının tərtibi və
işlənməsi metodlarının təkmilləşdirilməsi; büdcə vəsaitlərinin və dövlət büdcədənkənar
fondların səmərəli və məqsədyönlü istifadəsinə maliyyə nəzarətinin həyata keçirilməsi;
dövlət maliyyəsinin sabitliyinin, maliyyə bazarının inkişafı üzrə tədbirlərin həyata
keçirilməsinə təsirinin təmin edilməsı; iqtisadi fəaliyyətin uzunmüddətli və qısamüddətli
proqnozlarının tərtibi üzrə işlərdə iştirak edir, mərkəzləşdirilmiş dövlət resurslarına olan
tələbatı müəyyən edir, bu resursların dövlət büdcəsi ilə dövlət büdcədənkənar fondlar
arasında bölüşdürülməsi haqqında təkliflər hazırlanır; d/b-si layihəsinin tərtibi üzrə işləri
təşkil edir, respublika vergi və rüsumlarından ayırma normativləri layihəsinin, dotasiya,
subvensiyaların həcmini müəyyən edir; dövlət büdcəsinin və büdcədənkənar fondların
icrasını təmin edir; Vergilər Nazirliyinin iştirakı ilə vergi siyasəti və vergi sisteminin
təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır; qiymət siyasətinin müəyyən edilməsində iştirak
edir; sığorta fəaliyyətinin tənzimlənməsində iştirak edir; dövlətdaxili istiqrazların buraxılışı
və yerləşdirilməsi üzrə təkliflər hazırlanır; xarici borcların proqram layihəsi hazırlanır.
Dostları ilə paylaş: