25
əsaslarını və s. nizama salır.
Maliyyə hüququ normaları ilə tənzimlənən maliyyə münasibətləri aşağıdakı kimi
qruplaşdırılır: pul vəsaiti fondlarının formalaşması ilə əlaqədar yaranan münasibətlər;
dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar yaranan münasibətlər; maliyyə
ehtiyatlarından istifadə olunması ilə əlaqədar yaranan münasibətlər.
Maliyyənin idarə edilməsi prosesinin maliyyə hüququ təminatı hüquqi aktlar
formasında həyata keçirilir ki, bu da özündə maliyyə hüquq normalarını əks etdirir.
Maliyyənin idarəedilməsinin əsasını Azərbaycan Respublikası Konstitusiyası təşkil edir.
Konstitusiya dövlətin maliyyə fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. AR“Büdcə
sistemi haqqında” 02 iyul 2002-ci il Qanunu büdcə sisteminin fəaliyyəti prosesində yaranan
maliyyə münasibətlərini, büdcə sistemi və büdcədənkənar fondların gəlirlərinin formalaşması
və onların vəsaitlərinin xərclənməsi, büdcə presesinin həyata keçirilməsi və büdcə
qanunvericiliyinin pozulmasına görə tədbirlər tətbiq edilməsini tənzimləyir.
AR Vergi Məcəlləsinin normaları vergi və rüsumların müəyyən edilməsi və tutulması,
vergi nəzarəti münasibətlərini və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti
tənzimləyir. Maliyyə münasibətlərinin idarə edilməsi sahəsində tətbiq edilən maliyyə
hüquqi aktlar aşağıdakılardır: “Dövlət büdcəsi haqqında” qanun, “Büdcədənkənar dövlət
fondları haqqında” qanun, “Valyuta tənzimi” (21 oktyabr 1994), “Sosial sığorta haqqında”
(18.02.1997), “Dövlət borcu haqqında” (22.05.2007), “Sığorta fəaliyyəti haqqında”
(25.12.2007) qanunları.
Dostları ilə paylaş: