“maliYYƏ” fənnindən mühazirə mətnləri


MALIYYƏNIN  IDARƏ EDILMƏSININ ZƏRURILIYI



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə29/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   157
Maliyyə muhazirələri yeni (1)

  
3.1.MALIYYƏNIN  IDARƏ EDILMƏSININ ZƏRURILIYI VƏ HÜQUQI 
ƏSASLARI  
  
İdаrəеtmə  dеdikdə,  müəyyən  nəticələr  əldə  еtmək  məqsədilə  müхtəlif  üsul  və 
mеtоdlаrın  köməyi  ilə  оbyеktə  şüurlu,  məqsədyönlü  təsir  bаşа  düşülür.  Idаrəеtmənin 
mühüm  istiqаmətlərindən  biri mаliyyənin idаrə  еdilməsindən  ibаrətdir. Maliyyənin idarə 
edilməsi-iqtisadi idarə etmənin ən mühüm tərkib hissəsidir.  
Maliyyənin  idarə  edilməsi  -  müəyyən  məqsədə  nail  olmaq  üçün  maliyyə 
münasibətləri vasitəsilə məqsədli təsiretmə vasitəsidir.  
 Maliyyənin idarə edilməsi bir-biri ilə əlaqədar olan 2 mərhələdən: hazırlıq mərhələsi 
və birbaşa fəaliyyət mərhələsindən ibarətdir.   
1) 
Hazırlıq mərhələsi 2 istiqamətdən - maliyyə informasiyası və planlaşdırmadan 
ibarətdir. Idarəetmədə informasiya bazası mühüm əhəmiyyət kəsb edir.  
Maliyyə  informasiyalarının  dəqiqliyi  və  vaxtında  alınması  hər  hansı  bir  hadisənin 
gedişini  təhlil  etməyə,  onun  sonrakı  gedişatına  nəzarət  etməyə  və  son  nəticəni  üzə 
çıxartmağa  imkan  verir.  Maliyyə  informasiyasının  mənbəyi  mühasibat  və  statistika 
hesabatlarına əsaslanır.   
Hazırlıq  mərhələsinin  2-ci istiqaməti  planlaşdırmadır.  Maliyyənin  idarə  edilməsində 
səmərəli  planlaşdırma  bütün  maliyyə  mənbələrinin  aşkar  edilməsi,  onlardan  səmərəli 
istifadə olunması və s. deməkdir.  
2)Maliyyənin  idarə  edilməsinin  II  mərhələsi  birbaşa  fəaliyyət  mərhələsidir.  Bu 
mərhələ bir-biri ilə əlaqədə olan 3 istiqamətdən ibarətdir: operativ idarəetmə; tənzimləmə; 
nəzarət.  


24 
 
 
 
Operativ idarəetmə maliyyə məsələlərinin birbaşa idarə edilməsi deməkdir. Bu zaman 
bütün  proseslər  geniş  təhlil  edilir,  konkret  iqtisadi,  siyasi  və  inzibati  tədbirlər 
görülür.Operativ  idarəetmədə  disproporsiyalar  əmələ  gəlir  ki,  bu  zaman  tənzimləmə 
amilindən  istifadə  edilir.  Maliyyə  ehtiyatlarının  yenidən,  daha  səmərəli  bölüşdürülməsi, 
vəsaitlərin  bir  sahədən  digər  sahəyə  yönəldilməsi  və  s.  vasitəsilə  baş  verən 
disproporsiyalar aradan qaldırılır.  
Nəzarət, ümumiyyətlə maliyyənin başlıca funksiyalarından biri olduğu üçün, o özünü 
maliyyənin  idarə  edilməsinin  birbaşa  fəaliyyət  mərhələsində  də  biruzə  verir.  Bütün 
mərhələlərdə  nəzarəti  həyata  keçirir.  Digər  idаrəеtmə  sistеmlərində  оlduğu  kimi 
mаliyyənin idаrə еdilməsində də idаrəеtmənin оbyеkt və subyеktləri iştirаk еdir.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin