Mаliyyə strаtеgiyаsı iqtisаdi, siyаsi və sоsiаl strаtеgiyа ilə müəyyən оlunаn, iri miqyаslı
vəzifələrin həllini nəzərdə tutаn, gələcək üçün planlaşdırılmış uzun mцddətli mаliyyə siyаsəti
kursudur. Maliyyə strategiyası maliyyə siyasətinin irimiqyaslı, uzunmüddətli məqsəd və
vəzifələrini əhatə edir ki, bu da ölkənin və təsərrüfat subyektlərinin inkişafına müsbət təsir
göstərir. Maliyyə strategiyası da maliyyə siyasəti kimi daxili struktura malikdir. Məsələn, dövlət
maliyyə strategiyası özünə dövlət gəlirlər və xərcləri sahəsində strategiyanı, yerli
özünüidarəetmə orqanlarının maliyyəsinin təşkili strategiyasını, büdcə və vergi strategiyasını,
dövlət borclarının idarə edilməsi və s. daxil inkişafının müəyyən mərhələsində maliyyə
siyasətinin reallaşdırılmasıüçün konkret tədbirləri müəyyən edir. Maliyyə taktikası bir qayda
olaraq qısa müddət üçün müəyyən edilir.