2.2.DÖVLƏT MALIYYƏ SISTEMI ORQANLARI VƏ ONLARIN VƏZIFƏLƏRI
İnstitusional maliyyə sistemi dedikdə ölkənin maliyyə institutlarının məcmusu başa
düşülür. Bu sistemə müəssisələrin maliyyə xidməti, vergi xidməti, sığorta təşkilatları,
büdcədənkənar fondlar, xüsusi pensiya fondları, eləcə də maliyyə sferasında müəyyən
funksiyalar həyata keçirən qanunverici və icra hakimiyyəti orqanları aiddir: ölkə prezidenti,
qanunvericilik hakimiyyəti orqanları, icra hakimiyyəti orqanları, dövlət maliyyə nəzarəti
orqanları.
Maliyyənin dövlət idarəedilməsində Konstitusiyaya əsasən verilmiş səlahiyyətlər
daxilində, ölkə prezidenti sosial-iqtisadi inkişaf konsepsiyasının formalaşdırılmasında fəal
iştirak edir. Maliyyənin taktiki və strateji idarəedilməsində iştirak edən vəzifəli şəxsləri təyin
edir.
Ölkəmizdə qanunvericilik hakimiyyətini AR Milli Məclisi həyata keçirir. Onun
səlahiyyətlərinə Dövlət büdcəsinin müzakirəsi və təsdiqi, dövlət büdcəsinin icrasına dair
15
hesabatın müzakirəsi və təsdiqi və icraya nəzarət aiddir. Ölkəmizdə yuxarı icra hakimiyyəti
AR Nazirlər Kabinetidir. Onun səlahiyyətlərinə dövlət büdcəsinin layihəsini hazırlayıb
təqdim etmək, icrasını təmin etmək, maliyyəkredit və pul siyasətinin, sosial-iqtisadi
proqramların həyata keçirilməsini təmin edir, dövlət borclarını idarə edir.
Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondlarının vəsaitlərinin məqsədəuyğun
istifadəsinə maliyyə nəzarəti orqanları nəzarət edir.
2016-cı ilə qədər dövlət büdcəsinin idarə edilməsi, büdcədənkənar dövlət fondlarının
vəsaitlərinin məqsədəuygun istifadəsinə maliyyə nəzarətini AR Prezidentinin 9 fevral 2009-
cu il 48 saylı Fərmanına əsasən aşağıda qeyd edilən orqanlar tərəfindən aparılmışdir.
AR Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, AR Maliyyə Nazirliyinin
Dövlət Borcunun İdarə edilməsi Agentliyi, AR Maliyyə Nazirliyinin Dövlət Maliyyə
Nəzarəti Xidməti, Dövlət Sığorta Nəzarəti Xidməti.
Lakin ölkə prezidentinin 03.02.2016-cı il 760 saylı Fərmanına əsasən Maliyyə
Bazarlarına Nəzarət Palatası yaradılmışdır. AR MBNP-nın Nizamnaməsi qüvvəyə mindiyi
gündən AR Qiymətli Kagızlar üzrə Dövlət Komitəsi, AR MN-nin Dövlət Sıgorta Nəzarəti
xidməti və AR Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləgv edilmiş və onların
istifadəsində olan dövlət əmlakı AR MBNP-na verilmişdi.
MBNP kapital bazarında vahid siyasətin formalaşdırılması və həyata keçirilməsində
iştirak edir və qiymətli kagızlar bazarının iştirakçıları və imfrastrukturu üzrə davamlı və
hərtərəfli nəzarəti təmin edir.
Palata sığortalı, sığortaçı və və sığorta bazarının digər iştirakçılarının, habelə dövlətin
hüquq və mənafelərinin qorunması, sığorta qanunvericiliyinin tələblərinə əməl edilməsi
məqsədilə sığorta sektorunda tənzimləmə və nəzarət funksiyasını həyata keçirir.
Palata bank və bank olmayan kredit təşkilatları, kredit ittifaqları, o cümlədən poçt, rabitə
xidmətlərinin tənzimlənləsi, lisenziyalaşdırılması və nəzarəti həyata keçirir.
Palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatlarının
fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, cinayət yolu ilə əldə edilmiş
pul
vəsaitlərinin
və
ya
digər
əmlakın
leqallaşdırılması
və
terrorçulugun
maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sistemini təmin edir.
Palata aşağıdakı vəzifələri həyata keçirir:
1.Dövlət büdcəsinin layihəsinin hazırlanmasında iştirak edir və onun kassa icrasını
təmin edir;
2.Dövlət büdcəsinin bütün daxilolmaları ilə bağlı əməliyyatları həyata keçirir;
3.Dövlət büdcəsinin kəsirinin bağlanması ilə bağlı əməliyyatları həyata keçirir;
4.Dövlət büdcəsində nəzərdə tutulmuş xərcləri maliyyələşdirir;
5.Maliyyə resurslarından səmərəli istifadə edilməsinin təmin edilməsi məqsədilə
maliyyə planlaşdırılmasını həyata keçirir;
6.Ehtiyat fondlarından vəsaitlərin müəyyən edilmiş təyinatlar üzrə yönəldilməsi;
7.Maliyyə vəsaitlərin istifadə dilməsində şəffaflığı təmin edir;
8.Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsini və icmal hesabatı hazırlayır və s.
16
9.Dövlət borclarının, dövlət zəmanətlərinin və xarici dövlətlərin ölkəmizə olan
borclarının qeydiyyatını aparir, dövlət qiymərli kağızların emissiyasını həyata keçirir.
10.Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının, dövlət zəmanəti ilə alınmış
kreditlərin məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata
keçirir.
11.Sığorta fəaliyyəti sahəsində dövlət tənzimlənməsi və nəzarəti həyata keçirmişdir.
Dostları ilə paylaş: |