2.3.MALIYYƏ SIYASƏTININ MAHIYYƏTI VƏ TƏİKILI PRINSIPLƏRI
Maliyyə siyasəti - dövlətin maliyyə sistemi vasitəsilə həyata keçirdiyi iqtisadi tədbirlər sistemindən ibarətdir. Maliyyə siyasəti - müəyyən bir iqtisadi məqsədlərə çatmaq üçün maliyyədən istifadə
olunmasıdır. Dövlət, xüsusilə makroiqtisadi məqsədlərinə çatmaq üçün maliyyə
vasitələrindən istifadə edir. Dövlət gəlirlərinin artırılması, büdcə tarazlığı iqtisadi artıma
aparan əsas vasitələrdir, bu vasitələrin təmin olunması isə maliyyə siyasətinin əsas
vəzifələrindəndir.
Maliyyə siyasəti iqtisadiyyatın və sosial sferanın ayrı-ayrı sahələrinin, təsərrüfat
subyektlərinin inkişafının məqsəd və vəzifələrinin reallaşdırılmasının təmin edilməsinə
yönəldilmişdir. Maliyyə siyasəti aşağıdakı struktur elementlərə əsaslanır:
- maliyyə
siyasətinin elmi cəhətdən əsaslandırılmış konsepsiyasının işlənib
hazırlanması;
- cari
və gələcək dövrlərdə maliyyədən istifadənin əsas istiqamətlərinin
müəyyənləşdirilməsi;
-gələcək dövr üçün maliyyədən istifadənin əsas istiqamətlərinin araşdırılması.
Təcrübədə maliyyə siyasətinin müstəqil növü kimi: fiskal, tənzimləyici və nəzarət
maliyyə siyasəti fərqləndirilir. Fiskal maliyyə siyasəti vergi gəlirlərinin mümkün qədər
artırılması məqsədini xarakterizə edir.
Tənzimləyici maliyyə siyasətində vergilərin tənzimləyici rolunun gücləndirilməsinə
diqqət yetirilir. Bu istiqamət vergi güzəştləri edilməsi və ya aşağı vergi dərəcəsinin tətbiq
edilməsinə əsaslanır.
Maliyyə siyasətinin işlənməsi Maliyyə Nazirliyinə həvalə olunmuşdur. Maliyyə
Nazirliyi maliyyə siyasətinin bir neçə variantını hazırlayır. Bu variantlar ekspertlər tərəfindən
qiymətləndirilir və əlverişli variant baxılmaq üçün hökumətə təqdim edilir. Yalnız hökumətin
müvafiq qərarı ilə maliyyə siyasətinin optimal variantı icra edilmək üçün göndərilir. Icra
funksiyasını Maliyyə Nazirliyi yerinə yetirir.
Maliyyə siyasətinin həyata keçirilməsində dövlətin məqsədi, cəmiyyətin inkişafının ən
vacib tələbatını təmim etmək üçün zəruri olan maliyyə ehtiyatlarının tam səfərbərliyə
alınmasıdır. Buna uyğun olaraq, maliyyə siyasətinin həyata keçirilməsi sahibkarlıq
fəaliyyətinin fəallaşdırılması üçün lazımi şəraitin təşkil edilməsini təmin etməlidir.
Maliyyə siyasətinin əsas məqsədi maliyyə ehtiyatlarının həcmini və istifadəsinin
səmərəliliyini artırmaq olmalıdır. Maliyyə siyasətinin hazırlanması zamanı konkret tarixi
17
şərait nəzərə alınmalıdır
Qаrşıyа qоyulаn məqsədlərin хаrаktеrindən və həll оlunmаsı mеtоdlаrındаn аsılı оlаrаq
mаliyyə siyаsəti 2 yеrə bölünür:
1.Mаliyyə strategiyası;
2.Mаliyyə tаktikаsı.