18
Bu sahədə xarici ölkələrin təcrübələrinin öyrənilməsi vacib amildir.
Maliyyə siyasətinin formalaşması prinsipləri aşağıdakılardır:
1. Maliyyənin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyasının hazırlanması.
Bu konsepsiya iqtisadiyyatın mövcud vəziyyəti, gələcək üçün sabitliyi, istehsal
münasibətlərinin inkişafı, iqtisadiyyatın və əhalinin maliyyə resurslarına olan tələbatının
təhlili əsasında aparılır.
2. Maliyyə siyasətinin həyata keçirilməsində və idarə edilməsində demokratik
prinsiplərə əməl olunması;
3. Dövlətin maliyyə resurslarından istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi.
Burada məqsəd vəsaitlərdən daha səmərəli istifafə edilməsindən ibarətdir. Buna isə
resursların priotet sahələrə və sosial sferaya bölüşdürmək yolu ilə nail olunur. Daha az
məsrəflə yüksək nəticəyə nail olmaq həm dövlətin və həm də ayrı-ayrı təsərrüfat
subyektlərinin əsas vəzifəsidir.
4. Maliyyə resurslarının bir hissəsinin dövlətin mərkəzləşdirilmiş fondlarında
cəmləşdirilməsi. Bu vəsaitlərin formalaşması məhkəmə, icra hakimiyyəti, ordu, təhsil,
səhiyyə, mədəniyyət müəssisələrinin maliyyələşdirilməsinin təmin edilməsi məqsədi daşıyır.
Ümumdövlət maliyyə fondlarından istifadə edərkən həm dövlətin, həm də ayrı-ayrı iqtisadi
rayonların və regionların sosial iqtisadi inkişaf mənafeyi nəzərə alınmalıdır.
5. Ümumdövlət maliyyəsi ilə təsərrüfat subyektlərinin maliyyəsinin qarşılıqlı əlaqəsi
təmin edilməlidir.
6. Maliyyə sisteminin bütün həlqələrinin və xüsusilə büdcənin gəlirləri və xərclərinin
tarazlaşdırılması təmin edilməlidir.
7. Ölkənin maliyyə vəziyyəti və maliyyə resursları üzərində dövlət nəzarəti təmin
edilməlidir.
8. Fövqəladə və təxirəsalınmaz xərcləri ödəmək üçün dövlətin maliyyə ehtiyatları
yaradılmalıdır.
9. İqtisadiyyatın inkişafına maliyyənin təsirinin müəyyən edilməsi. Bünün üçün
səmərəli maliyyə mexanizminin fəaliyyəti zəruridir.
10. Ümumdövlət vəzifələrinin vaxtında maliyyələşdirilməsi üçün dövlətin əlində zəruri
miqdarda maliyyə resursları cəmlənməlidir.
11. Elmi cəhətdən əsaslandırılmış fiskal siyasətdən istifadə eiməklə maliyyə
münasibətlərinin tənzimlənməsi. Fiskal siyasət-dövlətin vergilər və dövlət xərcləri sahəsində
həyata keçirdiyi siyasət olub, dövlət xəzinəsinin vəsaitlə təmin edilməsinə yönəldilmiş
maliyyə siyasətinin bir hissəsidir.
Dostları ilə paylaş: