20
tənzimləməkdir. Pul-kredit siyаsəti tərkibində həm də emissiya siyasəti, qiymət siyasəti,
kredit siyasəti, valyuta siyasəti də yеr alır.
4.
Sığorta sferasında dövlət siyasəti dövlət sığortası vasitəsilə tənzimləmə və nəzarət
siyasətindən ibarətdir. Bu siyasət sığorta xidməti bazarının inkişafı və onun keyfiyyətinin
yaxşılaşdırılmasına yönəldilmişdir. Sığorta sahəsində dövlətin ən mühüm məqsədi əmlakın,
risklərin, məsuliyyətin, əhalinin depozitlərinin icbari sığortasından ibarətdir.
5.
Dövlət gömrük siyasəti maliyyə siyasətinin tərkib həssəsi olmaqla iqtisadiyyatın
tənzimlənməsində, idxal-ixrac əməliyyatlarının həyata keçirilməsində, xatici ticarət və
beynəlxalq siyasətin həyata keçirilməsində mühüm əhəmiyyətə malikdir. Gömrük siyasətinin
maliyyə alətləri-gömrük rüsumu və ödənişləri, ölkənin sərhədlərində əmtəələrin idxal-ixracı
zamanı tutulan vergilər, gömrük sanksiyaları və s. aiddir. Burada proteksionist və preferensial
gömrük siyasəti fərqləndirilir. Proteksionist gömrük siyasəti yüksək gömrük rüsumu və
vergilərdən, valyuta məhdudiyyətlərindən istifadə edilməsi yolu ilə həyata keçirilir.
Preferensial gömrük siyasəti isə aşağı gömrük dərəcəsi və güzəştlərin istifadə
edilməsini, aqrı-aqrı qrup əmtəələr və ökkələrlə yanaşmada rüsumsuz ticarəti nəzərdə tutur.
6.
Dövlətin borc siyasəti büdcə siyasətinin və qiymətli kağızlar sahəsində dövlət
siyasətinin nisbətən müstəqil sahəsidir. Bu siysətin məzmununu dövlət borcunun idarə
edilməsi təşkil edir. Dünya təcrübəsində bu siyasətin iki tipi mövcuddur: borcun artırılması
siyasəti, borcun və kreditlərin ölənilməsi yolu ilə dövlət borcunun həcminin azaldılması
siyasəti.
7.
Dövlətin investisiya siyasəti dövlətin investisiya fəaliyyətinin maliyyələşdirilməsinə
münasibətini ifadə edir. İnvestisiya siyasətinin əsas məqsədi investisiya üçün lazım olan
maliyyə resurslarının cəlb edilməsi, investisiya fəallığının aşağı düşməsinin qarşısının
alınması, əsaslı vəsait qoyuluşunun səmərəliliyinin yüksəldilməsindən ibarətdir.
8.
Büdcədənkənar siyasət büdcə siyasəti ilə qırılmaz surətdə bağlıdır. Bu siyasət
büdcədənrənar dövlət fondlarının ölkənin maliyyə sistemində təşkilatimaliyyə müstəqilliyinə
malik olması və onların əhalinin sosal müdafiəsinə lövlət xərclərinin maliyyələşdirilməsinin
əsas mənbəyi kimi məqsədli təyinatı ilə əlaqədardır.
9.
Təsərrüfat subyektlərinin maliyyə siyasəti – maliyyə resurslarının və gəlirlərin
formalaşması, istifadəsi sahəsində strateji və taktiki tədbirlərin məcmuudur.
Dostları ilə paylaş: