1.2.AZƏRBAYCANDA MALIYYƏ ELMININ YARANMASI VƏ INKIİAFINA
DAIR NƏZƏRI BAXIİLAR
Maliyyə elminin müstəqil elm kimi meydana gəlməsi böyük bir tarixi yol keçmişdir. Bu
onu göstərir ki, bu elm hələ çox qədim zamanlarda yaranmış, öyrənilmişdir. Maliyyə
nəzəriyyəsinə aid ilk elmi əsərin müəllifi yunan mütəfəkkiri Ksenefont (e.ə.430-355) hesab
edilir. Onun maliyyə nəzəriyyəsinin inkişaf yolunun Aristotel tərəfindən inkişaf etdirildiyi
iddia edilir. Aristotelin əsərlərində bütövlükdə maliyyə sistemi, eləcə də dövlət maliyyə
sistemi haqqında baxışlar öz əksini tapmışdır. Ksenefontun “Afina politiyası” əsəri isə qədim
Afina dövlət maliyyə sisteminin tam mənzərəsini əks etdirir.
Maliyyə elminin meydana gəlməsinin sürətlənməsi üçün qədim İran dövlətinin maliyyə-
pul sisteminin təhlili böyük əhəmiyyət kəsb edir. Qədim İran dövlətinin maliyyə fəaliyyətinin
öyrənilməsində Ə.Firdovsinin (934-1020) “Şahnamə” əsəri xüsusi yer tutur.
Azərbaycanda Maliyyə elmi ilə ilk məşğul olan böyuk Azərbaycan mütəfəkkiri
Nəsrəddin Tusi olmuşdur. (1204-1274). N.Tusi dövlət maliyyəsinə, vergi sisteminə dair
nəzəri fikirlərini iqtisadi islahatların aparılmasi zəruriliyini qeyd etmişdir. O, “maliyyə
haqqında” əsərində uzun illər idarəçilik təcrübəsinə malik olan ölkələrdə maliyyə və vergi
sisteminin ölkənin idarə edilməsində böyük rol oynayan müsbət cəhətlərindən istifadə
edilməsini məsləhət görmüşdür. O, öz dövrünün maliyyə vergi münasibətlərini yaxından
öyrənməklə, bu münasibətlərin dirçəlişinə kömək edən təkliflərlə çıxış edir.
N.Tusinin daha çox diqqət yetirdiyi məsələ dövlət xəzinəsinin gəlir və xərclərindən
səmərəli istifadə edilməsindən ibarət olmuşdur. N.Tusi dövlətin maliyyə və vergi sistemində
5
elə dəyişikliklər aparılmasını təklif edirdi ki, bu ilk növbədə istehsalçıların marağının
artırılmasına xidmət etsin. Buna görə də o, yaşadığımız dövrdə mövcud olan 40-dan çox
vergi növünün tətbiqini və onların toplanmasındakı özbaşnalığı nəzərə alaraq müxtılif
adlarda və formalarda yığılan vergilərin toplanmasına etirazını bildirdi. Onun maliyyə və
vergi islahatları sahəsində təklifləri ölümündən sonra həyata keçirilən islahatlarda nəzərə
alınmışdır. Maliyyə və vergi sisteminin yenidən təşkil edilməsi haqqında qanunlarda
vergilərin sayının azaldılması, dərəcə və miqdarının müəyyən edilməsi və toplanması vaxtına
əməl edilməsi kimi məsələlər öz əksini tapmışdır.
Qeyd edildiyi kimi, maliyyə nəzəriyyəsinin inkişaf tarixində orta əsr Qərb elmi fikrinin
də böyük əhəmiyyəti olmuşdur. F.Akvinskidən başlanan bu istiqamət sonralar T.Men, Con
Lokk, David Yum, U.Petti və başqaları tərəfindən inkişaf etdirilmişdir. Şərqin dünyaşöhrətli
mütəfəkkirlərindən Əli Fərabi, İbn Sina, Əbu Reyhan Biruni, N.Gəncəvi, N.Tusi, İbn
Xəldunun iqtisadi fikir tarixində böyük xidmətləri olmuşdur. Azərbaycanda orta əsrlərin
iqtisadi fikirlərini öyrənərkən əksər hallarda keçmişimizə müasir dövrün tələbləri ilə
yanaşılmışdır.
XIX əsrin ikinci yarısında Azərbaycanın iqtisadi fikri M.F.Axundov, H.B.Zərdabi,
N.B.Vəzirov və digər görkəmli mütəfəkkirlərin adı ilə bağlıdır. Onlar öz əsərlərində ölkədə
sənayenin inkişaf etdirilməsi, kənd təsərrüfatı banklarının yaradılması, həvəsləndirici
metodların tətbiqinə dair iqtisadi xarakterli ideyalar irəli sürmüş, əmtəə-pul münasibətləri,
qiymətlərin dəyişməsi, tələb və təklif, rüsum və digər kateqoriyalardan istifadə etmişlər.
Sosialist maliyyə sistemi XX əsrdə SSRİ, Şərqi Avropa ölkələri və digər ölkələrdə
bərqərar olmuşdur. 1920-1991-ci illərdə dünyanın altıda bir hissəsini əhatə etmiş, SSRI
məkanında yaradılmış və inkişaf etmiş sosialsit maliyyə sisteminin müsbət və mənfi
cəhətlərinin öyrənilməsi olduqca vacibdir.
1991-ci ildə Azərbaycan Respublikası 70 ildən artıq bir dövrü əhatə edən bir iqtisadi
sistemdən imtina etmişdir. Keçmişdə Azərbaycan SSR-nin maliyyəsi Sovet maliyyə
sisteminin tərkib hissəsi olmuş, o dövrün bütün xüsusiyyətlərini özündə əks etdirmişdir.
1991-ci ildən dövlət müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının maliyyə
sistemi əsaslı dəyişikliyə uğramışdır. Müasir dövrün tələblərinə cavab verən struktur
formalaşmış, onun dinamik inkişafı təmin edilmişdir. Mükəmməl büdcə, maliyyə, kredit,
bank sistemi yaradılmışdır.
Aparılan genişmiqyaslı islahatlar nəticəsində aşağıdakı uğurlar əldə edilmişdir:
a) Ölkəmizdə maliyyə-büdcə münasibətləri tam yeniləşmiş, müxtəlif növ vergi və
rüsumlar dövlət büdcəsinin əsas gəlir mənbəyinə çevrilmildir.
b) ÜDM-un davamlı artımı dövlət büdcəsinin dinamik inkişafına zəmin yaratmışdır.
c) İnflyasiyanın qarşısı alınmış, valyuta sabitliyi təmin edilmiş, pulun
alıcılıq qabiliyyəti yüksəlmişdir.
d) Dövlət büdcəsinin kəsiri azalmış, kredit bank sisteminin geniş şəbəkəsi
yaradılmışdır.
e) Valyuta ehtiyatlarının həcmi dinamik olaraq artmışdır.
6
İqtisadiyyatı inkişaf etdirmək üçün dövlətin iqtisadi siyasətinin tərkib hissəsi olan
maliyyə siyasətininin həyata keçirilməsi üçün bir sıra qanunlar qəbul edilmişdir. Bu dövr
ərzində 250-dən çox qanunvericilik aktları qəbul edilmişdir.
Dostları ilə paylaş: |