15.3.BEYNƏLXALQ VALYUTA MÜNASIBƏTLƏRI
Beynəlxalq valyuta münasibətləri dünya maliyyə bazarında milli valyutaların fəaliyyəti,
ölkələr arasında əmtəə mübadilələrinə pul xidməti göstərilməsi və valyutadan ödəniş və
kredit vasitəsi kimi istifadəsi ilə əlaqədar iqtisadi münasibətləri əhatə edir.
Dünya valyuta sistemi - dünya təsərrüfatının inkişafı əsasında meydana gələn və
dövlətlərarası razılaşmalar, yaxud sazişlərlə möhkəmləndirilən beynəlxalq valyuta
münasibətlərinin təşkili formasıdır.
Ölkənin xarici iqtisadi və ticarət əlaqələri genişləndikcə ölkə ərazisində yeganə ödəniş
vasitəsi hesab edilən milli valyutaya təsir də xeyli artır. Məlumdur ki, xarici ticarətdə
hesablaşmalar və ödəmələr ölkənin milli valyutası ilə deyil, beynəlxalq miqyasda tam dönərli
olan valyutalarla həyata keçirilir. Ona görə də ölkənin milli valyutası ilə həmin beynəlxalq
dönərli valyutalar arasında nisbət mütləq dəqiq surətdə müəyyənləşdirilməlidir. Bu nisbət
valyuta kurslarının müəyyən olunması formasında həyata keçirilir.
Valyuta kursu- milli valyuta və xarici valyutalar arasında, onların alıcılıq qabiliyyətləri
163
və bir sıra başqa amillərlə müəyyən edilən nisbətdir. Valyuta kursları həmçinin beynəlxalq
hesablaşma pul vahidlərinə münasibətdə də müəyyən edilir. Bu pul vahidlərinə SDR (-
Special Drawing Rights), EKJY (European Currency Unit) və s. göstərmək olar. Valyuta
kursu əmtəə istehsalı şəraitində iqtisadi – dəyər kateqoriyasıdır və dünya bazarında əmtəə
istehsalçıları arasında istehsal münasibətlərini əks etdirir.
Valyuta kursu sadə əmtəə istehsalından bazar istehsalı münasibətlərinə doğru hərəkətin
tarixi proseslərini əks etdirir. Qızılın ödəniş vasitəsi kimi istifadə olunduğu dövrlərdə valyuta
kursları əmtəənin qiymətləndirilməsində və satılmasında çox vacib rol oynamışdır. Qızıl
vasitələrilə ödəniş mexanizminin fəaliyyətdə olduğu zaman kurs münasibətlərinin
tənzimlənməsi, ilk növbədə, onların sabitliyini təmin edirdi. Kapitalizmin ümumi böhranı
şəraitində bu qeyrisabitliyin təsirilə təkrar istehsalda ziddiyyətlərin güclənməsilə əlaqədar
olaraq valyuta kursları keçici xarakter aldı. Belə ki, valyuta kurslarının çoxamilliliyi onun
digər iqtisadi kateqoriyalarla – qiymət, dəyər, pul, faiz, ödəniş (tədiyyə) balansı və s. ilə
əlaqələrini əks etdirir. Bunlardan başqa, bu və ya digər amillər valyuta kurslarının müəyyən
olunmasında həlledici rol oynayır. Həmin amillərdən aşağıdakıları göstərmək olar:
1. Pul vahidinin alıcılıq qabiliyyəti və inflyasiya. Valyuta kursu - dəyər kateqoriyasına
daxildir. Onun obyektiv əsasını təqdim edilən milli pul vahidinin dəyəri təşkil edir. O, milli
pul vahidlərinin əmtəələrə, o cümlədən xüsusi əmtəə olan – qızıla münasibətdə alıcılıq
qabiliyyəti əsasında dəqiqləşdirilir.
2. Tədiyyə balansının vəziyyəti. Bu vəziyyət valyutaların tələb və təkliflərinə birbaşa
təsir edərək, kursların səviyyəsində özünü göstərir. Başqa sözlə desək, valyuta kursu,
beynəlxalq ödənişlərin vəziyyətini və müxtəlif bazarlarda faiz dərəcələrini ifadə edir. Bu, hər
şeydən əvvəl, onunla əlaqədardır ki, beynəlxalq hesablaşmalar xarici iqtisadi əlaqələrin
iştirakçıları tərəfindən lazımi xarici valyutaların alınıb satılması yolu ilə həyata keçirilir.
Tədiyyə balansının aktiv olması milli valyutanın kursunun yüksəlməsinə kömək edir və ona
xarici borcların tələbatını artırır. Passiv tədiyyə balansı isə milli valyutanın kursunun aşağı
düşməsinə imkan verir və borclular əksinə, həmin milli valyutanı xarici valyutaya sataraq öz
xarici borclarını ödəyirlər. Ümumiyyətlə isə, tədiyyə balansının vəziyyəti milli valyutanın
mövqeyini tam əks etdirir.
3. Müxtəlif ölkələrdə faiz dərəcələrinin fərqli olması. Əvvəla, ölkədə faiz dərəcələrinin
dəyişməsi kapitalın, xüsusilə, qısamüddətli kapitalın beynəlxalq hərəkətinə çox böyük təsir
edir. Ölkədə faiz dərəcələrinin yüksəldilməsi xarici kapitalın axınını stimullaşdırır. Ikincisi,
faiz dərəcələri valyuta bazarlarında və borc kapitalı bazarlarında əməliyyatlara böyük təsir
göstərir. Əməliyyatların aparılması zamanı banklar maksimum mənfəət əldə etmək
məqsədilə milli və beynəlxalq kapital bazarlarındakı faiz dərəcəsi fərqlərinə xüsusi diqqət
verirlər. Onlar xarici kapital bazarlarından daha ucuz kredit almağı üstün tuturlar.
4. Valyuta bazarlarının fəaliyyəti və spekulyativ (əsassız, düzgün olmayan) valyuta
əməliyyatları. Bu amil valyuta kurslarına böyük təsir göstərir. Belə ki, banklar, müəssisələr,
xüsusi beynəlxalq iqtisadi münasibətlərə qoşulmuş müəssisə və şirkətlər valyuta bazarlarında
daim fəaliyyət göstərən üzvlərdir. Bu müəssisələr üçün valyuta kurslarının səviyyəsi çox
164
vacibdir. Bundan başqa, bu kursların vəziyyətindən istifadə edərək spekulyativ əməliyyatlar
həyata keçirilir və külli miqdarda mənfəət götürülür. Belə əməliyyatlar çoxsaylıdır və hətta
beynəlxalq səviyyədə həyata keçirilə bilir.
Bu amillərdən başqa, bir sıra başqa amillər də vardır ki, onlar valyuta kurslarına böyük
təsir edir. Deməli, valyuta kurslarının formalaşdırılması – mürəkkəb çoxamilli prosesdir və
milli və dünya istehsalı, dövriyyəsi ilə şərtlənir.
Valyuta kursu tarixi kateqoriya olmaqla öz inkişaf mərhələsində bir sıra nəzəriyyələrin
əsas mövzusu olmuşdur. Belə nəzəriyyələr kapitalizmin bütün inkişafı boyu və müasir bazar
münasibətləri şəraitində mövcuddur. Bu nəzəriyyələr əsas etibarilə ingilis iqtisadçıları olan
D.Yum və D.Rikardodan sonra yayılmağa başlamışdır. Bu nəzəriyyələrdə valyuta kurslarının
müəyyən olunması qaydaları, bu kurslara, yaxud milli valyutalara təsir edən amillər və s.
haqqında fikirlər irəli sürülür. Belə fikirlərin ən mühüm “üzən” (Floatihg) valyuta kursları ilə
bağlı fikirlərdir.
“Üzən” valyuta kursları müasir valyuta bazarlarında ən vacib məsələlərdən sayılır.
“Üzən” valyuta kursları valyuta kurslarının müəyyən olunması formalarından biridir (qəti
müəyyən olunmuş valyuta kursları və “üzən” valyuta kursları.) Ümumiyyətlə, bu kursları
maliyyə elminə ilk dəfə 1933-cü ildə amerikalı iqtisadçı C.Geyns gətirmişdir. “Üzən” valyuta
kursları valyuta bazarlarında tələb və təklifin dəyişməsi ilə əlaqədardır. Belə kurslar, adətən,
bütün inkişaf etmiş ölkələrdə istifadə olunur. Bu ölkələrdə kurs tələb və təklifin təsiri
əsasında formalaşır və kursun hər an dəyişmə ehtimalı vardır ki, bu da, ilk növbədə, xarici
ticarətə və ümumilikdə isə tədiyyə balansına təsir edir.
Valyuta kurslarının müəyyən olunması valyuta tənzimlənməsinin mühüm tərkib
hissələrindəndir. Ölkənin milli valyutasının mövqeyi və sabitliyi, hər şeydən əvvəl, bu
tənzimləmə siyasətinin mövcudluğu ilə şərtlənir. Tənzimlənən valyuta nəzəriyyəsini ilk dəfə
amerikalı iqtisadçılar olan İ.Fişer və C.Geyns işləyib hazırlamışlar. Bu nəzəriyyə 1929-
1933-cü illərdəki dünya iqtisadi böhranının təsiri altında meydana çıxmışdır. Belə böhranlar
zamanı ən böyük zərbə milli valyutalara dəyir və çox böyük infilyasiyalar baş verirdi. Dövlət
bu vəziyyətə hazır olmalı və iqtisadi durğunluq zamanı milli valyutaların kursunu
qorumalıdır. Bu məqsədlə dövlətin valyuta tənzimlənməsi mexanizmi mövcud olmalıdır. Bu
mexanizm özündə bir sıra tədbirləri əks etdirir. Bunlardan bir neçəsini qeyd edək: Valyuta
ehtiyatlarının müxtəlifliyi; Valyuta məhdudiyyətləri; Valyuta nisbətləri və valyuta kursları
rejiminin tətbiq edilməsi; Devalvasiya siyasəti; Revalvasiya siyasəti və s.
Ümumiyyətlə, müasir praktikada valyuta tənzimlənməsinin bir neçə metodundan
istifadə olunur:
1. Tam liberal valyuta tənzimlənməsi. Bu zaman ixracatçıların qazandığı valyuta tamamilə
onların sərəncamında qalır, valyuta axını tam sərbəstləşdirilir.
2. Natamam liberal valyuta tənzimlənməsi. Belə şəraitdə qazanılan valyutaların bir qismi
ixracatçıların sərəncamında saxlanılır və digər hissəsi məcburən Mərkəzi Banka satılır. Valyuta
axınında müəyyən məhdudiyyətlər qoyulur.
3. Qeyri liberal valyuta tənzimlənməsi. Bu metoddan istifadə şəraitində bütün qazanılan
165
valyutalar ya bazar kursu ilə, ya da hökümətin müəyyən etdiyi süni kursla məcburən hökümət və
ya Mərkəzi Bank tərəfindən götürülür. Valyuta axınına ciddi rejim müəyyən olunur.
Dostları ilə paylaş: |