168
BYİB-nın rəhbər orqanları İdarəçilər Şurası və idarəedici orqan olan Direktorluğudur.
Şura üzv ölkələrin maliyyə nazirlərindən və ya mərkəzi bankın rəhbərlərindən ibarət olmaqla
ildə bir dəfə öz sessiyasına yığılır. Dünya bankına yalnız BVF-yə üzv olan ölkələr üzv ola
bilərlər. Bu tələb onunla izah edilir ki, bankın üzvü olan ölkələr öz valyuta-maliyyə
siyasətlərini BVF-nun Nizamnaməsinə uyğun olaraq həyata keçirməyə borcludurlar.
Bankın ümumi kapitalının 20%-dən çoxu ABŞ-ın payına
düşdüyündən, səslərin də 20%-
i təkcə ona məxsusdur və bu qərarların qəbulu bu dövlətin mövqeyindən asılıdır.
Dünya bankının qərargahı Vaşinqtonda yerləşir. Dünya bankı dünyada ən böyük kredit
təşkilatıdır. Bu təşkilatın BVF-dan əsas fərqi ondadır ki, onun kreditləri müxtəlif iqtisadi
məqsədlər üçün, o cümlədən əsasən istehsal sahələrində istifadə olunduğu halda fondun
kreditləri ancaq ölkənin valyuta-maliyyə vəziyyətinin sabitləşdirilməsinə sərf edilir. Dünya
bankının əsas məqsədi inkişafa köməkdir və bu məqsəd əsasən inkişaf etməkdə olan ölkələrdə
həyata keçirilir. Bu məqsədlər üzv ölkələrin bank kreditləri üçün verdikləri ərizələrdə əks
olunur. Bankın kredit siyasəti çox ciddi olduğundan, vəsaitlərin ayrılması məsələsinin həlli
zamanı bank həmin ölkənin iqtisadi və maliyyə vəziyyəti haqqında çox geniş informasiya tələb
edir və həmin ölkəyə öz nümayəndə heyətini göndərir. Nümayəndələr, hər şeydən əvvəl, ölkədə
xüsusi bölmənin vəziyyətilə maraqlanır və inkişaf imkanlarını təhlil edirlər. Sonra isə təkliflər
verilir. Əgər ölkə həmin təklifləri qəbul etməzsə, onda kredit almaq imkanlarını itirmiş olur. Bu
təkliflər ölkənin müstəqilliyinə toxunmur və digər maliyyə-kredit təşkilatlarının (BVF) ölkədə
fəaliyyətinə uyğunlaşdırılır. Lakin onu da qeyd edək ki, bankın kredit siyasətində həmçinin
siyasi motivlər də nəzərə alınır və iri dövlətlərin mövqeləri qorunur.
Dünya bankının kredit siyasətində əsas yeri uzunmüddətli kreditlər tutur ki, bu kreditlər
də 20-25 illik müddətə verilir. Ortamüddətli kreditlər bankın kreditləri arasında çox az paya
malikdir. Çünki kreditlərin çoxu investisiya qoyuluşları üçün istifadə olunur.
Iri beynəlxalq maliyyə-kredit təşkilatları ilə yanaşı, bir sıra regional banklar və maliyyə
təşkilatları da fəaliyyət göstərir. Bu regional təşkilatların yaranmasında əsas səbəblər ondan
ibarətdir ki, beynəlxalq təşkilatlar çox zaman regionlarda ölkənin kreditləşdirilməsini lazımi
səviyyədə həyata keçirə bilmirlər və regional xüsusiyyətlər tam nəzərə alınmır. Bu
problemlər regional maliyyə təşkilatlarının razılığını vacib edir. Ən mühüm regional
banklara misal olaraq, İslam İnkişaf Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını,
Asiya İnkişaf Bankını, Afrika İnkişaf Bankını göstərmək olar. Bu bankların üzvləri əsasən
region dövlətləri olur və bankların əsas məqsədi bu region dövlətlərinin sosial-iqtisadi
inkişafına kömək etmək və onları lazımi kredit vəsaitləri ilə təmin etməkdir.
Onu da qeyd edək ki, regional bankların üzvü olan ölkələr həm də beynəlxalq mliyyə-
kradit təşkilatlarına üzv ola bilərlər. Məsələn, Azərbaycan BVF və Dünya Bankına üzv
olmaqla bərabər, regionun müsəlman dövlətlərini birləşdirən İslam İnkişaf Bankının üzvüdür
və bu bankın kreditlərindən istifadə edir. Bu kreditlər müsəlman ölkəsi kimi Azərbaycana
uzunmüddətə və bəzi güzəştlərlə verilir. Islam İnkişaf Bankı təqribən bütün islam ölkələrini
özündə birləşdirir və bu ölkələrin iqtisadi inkişafında çox yaxından iştirak və kömək edir.
Ümumiyyətlə, bütün regional banklar beynəlxalq maliyyə münasibətlərində çox geniş
iştirak edirlər və ölkələrarası əlaqələrin genişlənməsində mühüm rol oynayırlar.