Этот текст приведен здесь для настройки шаблона



Yüklə 473,43 Kb.
səhifə1/3
tarix14.04.2022
ölçüsü473,43 Kb.
#55395
  1   2   3
eliyev mikayil 517 a3 - serbest is YQM







Tapşırıq 3.

Körpülü kranın layihələndirilməsi.

Variant 1


Kranın nominal yükqaldırma qabiliyyəti – Q=50 kN

Yükqaldırma hündürlüyü– H=10m

Kranın aşırımı – L=15 m

Yükqaldırma sürəti – vy=0,15 m/s

Arabacığın hərəkət sürəti – va=0,45 m/s

Kranın hərəkət sürəti – vk=1.2 m/s

İş rejimi- M4
блон
а. GİRİŞ
Respublikamızda sənayenin bütün sahələrinin inkişafında yükqaldırma və nəqliyyat işlərinin kompleks mexanikləşdirilməsi, istehsal proseslərinin avtomatlaşdırılması və yükləmə-boşaltma işlərində əl əməyinin ləğv edilməsi əsas yerlərdən birini tutur. Bu işlərin yerinə yetirilməsində əsas ağırlıq yükqaldıran maşınların üzərinə düşdüyündən hal-hazırda yüksək məhsuldarlıqlı yükqaldıran maşınların daha yeni konstruksiyalarının yaradılmasına böyük ehtiyac vardır.

Yüksək yükqaldırma qabiliyyətinə və məhsuldarlığa malik olan müasir itisürətli yükqaldıran maşınlar uzun müddətli inkişaf nəticəsində yaranmışdır. Belə ki, yüklərin qaldırılması və nəql olunması üçün istifadə olunan qurğular hələ qədim dövrlərdə məlum olmuşdur. Hələ insan cəmiyyətinin ilk inkişaf mərhələlərində ağır yüklərin (aşan ağacların, ağır qaya daşlarının) qaldırılması üçün istifadə olunan qurğulara böyük tələblər meydana gəlmişdir. Qədim dövrlərdə, tikinti işlərində, çəkisi olduqca böyük olan yüklərin qaldırılması və çox da böyük olmayan məsafələrə nəql olunması üçün sadə yükqaldıran qurğulardan istifadə olunmuşdur.

Son illər yükləmə-boşaltma, nəqliyyat və anbar işlərini mexanikləşdirmək üçün xüsusiləşdirilmiş layihə təşkilatları maşınqayırma zavodları ilə birlikdə yeni yüksək məhsuldarlıqlı, iqtisadi baxımdan əlverişli və istismar olunması rahat olan maşınlar yaratmağa başlamışlar. Bu məqsədlə qara və əlvan metallurgiya sahələrində, maşınqayırma müəssisələrində, dağ-mədən, kimya və digər sahələrdə müəssisələrin yükvurma-yükboşaltma işlərini kompleks mexanikləşdirmək üçün ədədi və səpmə yükləri nəql edən müxtəlif təyinatlı yükləyici-boşaldıcı maşınlar, elektro və avtoklar yaradılmışdır. Kranların metalkonstruksiyalarının formasının dəyişdirilməsi, prokat metalların proqressiv profillərinin tətbiq olunması və mexanizmlərin detalları üçün yüksək termiki emalın qəbul olunması hesabına, texniki-iqtisadi göstəriciləri xeyli yaxşılaşdırılmış böyük yükqaldırma qabiliyyətli üzən kranların müasir konstruksiyaları və yükqaldırma qabiliyyəti 550 t olan körpülü elektrik kranlarının yeni konstruksiyaları işlənib hazırlanmışdır.

Yükqaldıran-nəqliyyat maşınlarının əsas konstruktiv inkişaf tendensiyası aşağıdakı istiqamətlərdə aparılır:



  • sənayenin bütün sahələrində yükvurma-yükboşaltma, nəqliyyat və anbar işlərinin mexanikləşdirilməsini və avtomatlaşdırılmasını təmin etmək üçün yeni yüksək keyfiyyətli yükqaldıran maşın və mexanizmlərin yaradılması və həm də mövcud maşınların əsaslı sürətdə modernizə olunması;

  • yeni kinematik sxemlərdən, daha mütərəqqi hesablama üsullarından, metalların yeni rasional profillərindən, yeni materiallardan-legirlənmiş poladlardan, yüngül ərintilərdən və plastik kütlələrdən, həmçinin maşınqayırmanın yeni proqressiv texnologiyasından istifadə etməklə yükqaldıran maşının metal tutumunu xeyli azaldıb eyni zamanda onun yükqaldırma qabiliyyətinin artırılması;

  • avtomatik, yarımavtomatik və uzaqdan idarə olunan mexanizmlərin, xüsusi yüktutucu və digər qaldırıcı aqreqatların sürətlərinin geniş diapazonda nizamlanması hesabına müxtəlif növ avadanlıqların məhsuldarlığının artırılması, həmçinin soyutma və havanın təmizlənməsi üçün qurğuların kabinələrdə tətbiq olunması hesabına krançının (maşinistin) əmək şəraitinin yaxşılaşdırılması;

  • yeni konstruktiv icralar işləyib hazırlamaqla, dəqiqləşdirilmiş yeni hesablama üsullarını və fiziki-mexaniki xassələri yaxşılaşdırılmış materialları tətbiq etməklə maşınların etibarlığının və uzunömürlüyünün artırılması.

Yükqaldıran maşınların müasir istehsalı onların hazırlanması və istismarı zamanı yüksək texniki-iqtisadi səmərə əldə etməyə imkan verən blok prinsipi ilə və unifikasiya etmə ilə hazırlanmış konstruksiyaların (reduktorların, muftaların, tormozların və s.) yaradılmasına əsaslanır. Blok prinsipi ilə hazırlanmış konstruksiya sərbəst bəndlərdən (bloklardan) ibarət olan və asan söküləbilən birləşdirmə vasitəsilə bir-biri ilə əlaqələndirilən konstruksiyalardan ibarət olur. Kranlarda bu bloklara qarmaq asqılarını, muftaları, tormozları, reduktorları, hərəkət təkərlərini və s. aid etmək olar. Hal-hazırda blok prinsipindən ancaq mexanizmlərdə deyil, həm də metalkonstruksiyalarda da istifadə olunur ki, bu da bəndlərin qarşılıqlı əvəz olunmasına riayət edən metalkonstruksiyanın unifikasiya edilmiş axın xətlərində kütləvi seriya ilə hazırlanmasına imkan yaradır.

Blok prinsipi ilə hazırlanmış konstruksiyaların tətbiq olunması mexanizmlərin bəndlərinin başa çatdırılmış şəkildə buraxılmasına şərait yaradır ki, bu da ayrı-ayrı sex və zavodların ixtisaslaşdırılmasına imkan yaradır. İstehsalatın ixtisaslaşdırılması, öz növbəsində hazırlanan bəndlərin keyfiyyətinin yüksəldilməsini təmin edir.

Blok prinsipi ilə hazırlanmış konstruksiyaların tətbiq olunması, digər tərəfdən maşından təmir olunması tələb olunan bəndi, yığım vahidlərini sökmədən asanlıqla dəyişməyə imkan verir. Ehtiyat bəndlərinin olması, blokların qısa müddət ərzində dəyişdirilməsinə imkan yaradır ki, bu da avadanlığın boş dayanmasını azaldır və təmirin xüsusiləşdirilmiş təmir sexlərində yüksək keyfiyyətlə aparılmasına şərait yaradır. Bundan başqa, blok prinsipi ilə hazırlanmış konstruksiyaların tətbiq olunması, ayrı-ayrı bəndlərin və detalların unifikasiya olunmasına imkan yaradır ki, bu da buraxılan məhsulun miqdarını artırır.

Bəndlərin unifikasiya olunması, tələb olunan avadanlıqların, alətlərin, tökmə formalarının sayını azaltmaqla yanaşı, əmək məhsuldarlığını və məmulatın keyfiyyətini artırmağa və ehtiyat hissələri parkının azaldılmasına imkan yaradan xüsusi tərtibatlar tətbiq etməyə imkan verir. Unifikasiya və blok prinsipi yükqaldıran maşınların seriya ilə istehsal olunmasına əsas yaradır.

Bənd və mexanizmlərin unifikasiya olunma prinsipi müasir kranqayırma sənayesində geniş istifadə olunur. Amma nəzərə almaq lazımdır ki, bir sıra hallarda unifikasiya olunma maşının kütləsinin artmasına səbəb olur. Odur ki, unifikasiya etmədən əvvəl qəbul edilən nəticənin texniki-iqtisadi əsaslandırılmasını yerinə yetirmək tələb olunur.

Təyinatına və konstruktiv icrasına görə yükqaldıran maşınlar son dərəcə müxtəlifdirlər. Bu dərslikdə ancaq dövrü təsirli yükqaldıran-nəqledici maşınlara aid edilən ümumi təyinatlı yükqaldıran maşınlara baxılmışdır.





Yüklə 473,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin