160
xeyli genişləndirmişlər.
Beynəlxalq maliyyə münasibətləri bir sıra formalarda özünü təzahür etdirir. Bunlardan
valyuta münasibətlərini, kredit münasibətlərini, investisiya münasibətlərini göstərmək olar ki,
bu zaman da beynəlxalq maliyyə münasibətləri bu və ya digər formada təzahür edir.
1.Beynəlxalq maliyyə münasibətlərini çox zaman valyuta münasibətləri kimi xarakterizə
edirlər ki, bu da valyuta münasibətlərinin beynəlxalq iqtisadi və maliyyə sistemində əsas yer
tutması ilə bağlıdır. Belə ki, valyuta bütün iqtisadi münasibətlərdə əsas ödəniş vasitəsi, bütün
dünya üzrə yığım və borc vasitəsidir.
2.Beynəlxalq maliyyə münasibətlərinin ən mühüm təzahür formalarından biri
beynəlxalq kreditlər və kredit münasibətləridir. Beynəlxalq kredit münasibətləri qaytarılması
və faizi ödənilməsi şərtilə valyuta və əmtəə ehtiyatlarının təqdim olunması ilə əlaqədar olan
beynəlxalq iqtisadi münasibətlər sferasında borc kapitalının hərəkətidir.
Beynəlxalq maliyyə: Bazar və qeyri-bazar maliyyəsinə ayrılır.
Beynəlxalq bazar maliyyəsi-bu, daxili bazar tədavülündən götürülmüş xarici və Avropa
banklarında müvəqqəti azad pul vəsaitlərinin depozitləşdirilməsi, beynəlxalq borc və pay
(səhm) qiymətli kağızlarının alınması vasitəsilə beynəlxalq maliyyə bazarlarında
yerləşdirilmiş dünya ölkələrinin dövlət və özəl strukturlarının maliyyəsidir. Bazar beynəlxalq
maliyyəsi bazar şərtləri ilə ölkələrin kredit reytinqinə uyğun olaraq verilir.
Dünya maliyyəsinin strukturu beynəlxalq maliyyə bazarlarının, beynəlxalq bank işinin,
beynəlxalq təşkilatların maliyyəsinin və beynəlxalq portfel investisiyalarının məcmusundan
ibarətdir.
Beynəlxalq maliyyənin tərkibində özəl və açıq (ümumi) maliyyəni ayırmaq olar. Özəl
maliyyənin əsas subyektləri dövlətlərin milli və xarici, fiziki və hüquqi şəxsləri, habelə onlar
tərəfindən yaradılan təşkilatlardır. Ümumi maliyyənin subyektlərinə suveren dövlətlər, dövlət
təşkilatları, dövlət qurumları, azad şəhərlər və sair aiddir.
Dünya maliyyə bazarı funksional baxımdan: valyuta bazarlarına, sığorta xidməti
bazarlarına, kredit bazarına, səhm və kredit bazarlarına bölünür.
Maliyyə aktivlərinin tədavülü müddətinə görə beynəlxalq maliyyə bazarının aşağıdakı
seqmentləri seçilir:
valyuta bazarları kapital bazarları.
Beynəlxalq maliyyə bazarı iştirakçılarının tiplərinin, forma və növlərinin müxtəlifliyi
onların geniş təsnifləşdirilməsini tələb rdir. Təsnifləşdirmənin aşağıdakı əlamətləri seçilir:
əməliyyatda subyektlərin iştirakı xarakteri, iştirakın məqsəd və motivləri, elemenilərin tipləri
və onların xarakteristikası; subyektin ölkə mənşəliliyi, investor və borclunun tipləri.
Dostları ilə paylaş: