“maliYYƏ” fənnindən mühazirə mətnləri


EV TƏSƏRRÜFATLARININ BÜDCƏLƏRİNİN XƏRCLƏRİ



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə146/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   142   143   144   145   146   147   148   149   ...   157
Maliyyə muhazirələri yeni (1)

14.4. EV TƏSƏRRÜFATLARININ BÜDCƏLƏRİNİN XƏRCLƏRİ 
  
Ev təsərrüfatı büdcəsinin xərcləri ölkənin iqtisadiyyatında əhəmiyyətli rol oynayır. Ailə 
öz gəlirlərini istifadə edərək əmtəə və xidmətlər bazarının formalaşması və inkişafını təmin 
edir. Öz yığım və əmanətlərini reallaşdıraraq, o qiymətli kağızlara tələbi artırır və bununla da 
fond  bazarını  genişləndirir.  Bundan  başqa  ev  təsərrüfatı  mümkün  istehsal  resurslarının  - 
əmək  və  sahibkarlıq  fəaliyyətinin  təklifinin  subyekti  kimi  böyük  əhəmiyyətə  malikdir. 
Nəhayət, ailə üzvləri uşaqların tərbiyəsi ilə məşğul olaraq dövlət tərəfindən maliyyələşdirilən 
sosial-mədəni sferanın başlıca istehlakçısı kimi çıxış edir.  
 Ev təsərrüfatının üzvləri öz vəsaitlərini xərcləyərək müxtəlif tələbatlarını ödəyirlər. Bu 
isə iki yolla mümkündür: pul gəlirlərinin əmtəə və xidmətlərin alınmasına istifadə edilməsi, 
ayrı-ayrı  təsərrüfat  üzvlərinin  xüsusi  əmək  fəaliyyəti  hesabına  baş  verən  natural 
özünütəminetmə.   
Ev təsərrüfatının pul xərcləri - insan həyatını davam etdirmək üçün zəruri olan maddi və 
mənəvi dəyərlərin alınmasına sərf olunan faktiki məsrəflərdir. Bu xərclərə istehlak xərcləri 
və  istehlak  ilə  bilavasitə  əlaqədar  olmayan  xərclər  daxildir.  Onlar  ayrı-ayrı  ev  təsərrüfatı 
üzvlərinin  iş  qüvvəsinin  təkrar  istehsalı  üzrə  olduqca  əhəmiyyətli  rol  oynayır.  Müasir 
mərhələdə  Azərbaycanda  müəyyən  əhali  qrupunun  gəlirlərinin  azalması  üzündən  real 
xərclərin aşağı düşməsi baş verir.  
Digər  amillərlə  birlikdə  bu,  cəmiyyətdə  müəyyən  keyfiyyət  dəyişikliyinə-əhalinin 
sağlamlığının pisləşməsinə, ömür müddətinin qısalmasma, doğumun azalmasına və s. gətirib 
çıxarır.   
Pul xərclərinin təsnifatı və strukturu. Ev təsərrüfatı xərclərini müxtəlif əlamətlərə görə 
təsnifləşdirmək olar:   
1) 
müntəzəmlik dərəcəsinə görə:   
-daimi xərclər (yeməyə, kommunal xidmətlərinə və s.);   
-müntəzəm xərclər (geyimə, nəqliyyata və s.);   
-birdəfəlik xərclər (müalicəyə, uzunmüddət istifadə edilən əmtəələrin alınmasına);   
2) 
zərurət dərəcəsinə görə :   
-birinci növbəli (zəruri) xərclər (yeməyə, geyimə);   
-tibbi xidmətə; ikinci növbəli (arzuedilən) xərclər (təhsilə, sığorta haqları və s.);   
-sair xərclər;   
3) 
istifadə məqsədlərinə görə:   
-istehlak xərcləri (əmtəələrin alınmasına və xidmətlərin ödənilməssinə);   
-məcburi tədiyyələrin və müxtəlif məcburi haqların ödənilməsi;   
-əmanətlərdə və qiymətli kağızlarda yığımlar;  
-xarici valyuta alınması;   
-əhalinin əlində pulun artması.  
Əhalinin pul xərclərinin tərkibi, %-lə   
Köçürmələr və akkreditiv əməliyyatı vasitəsi ilə göndərilən pullar.   
Ev  təsərrüfatı  xərclərinin  quruluşunun  təhlili  göstərir  ki,  ərzaq  məhsullarına  çəkilən 


158 
 
 
 
xərclər ümumi xərclərin məbləğinin əsas hissəsini təşkil edir: 2017-ci ildə 42,4 faiz. Həm də 
kənd yerlərində bu xərclər daha yüksək yer tutur. Belə  ki, 2017-ci ildə yaşayış yerləri üzrə 
istchlak  xərclərinin  quruluşunda  ərzaq  məhsullarına  çəkilən  xərclər  42,4  faiz,  o  cümlədən 
şəhər yerlərində 42,4 faiz olmuşdur. Qeyriərzaq malları üzrə xərclər-paltar və ayaqqabı 6,5 
faiz,  məişət  texnikası  –  8,8  faiz  təşkil  edir.  Xidmətə  çəkilən  xərclərin  payı  son  illər  xeyli 
artmışdır.  Xüsusən  şəhərdə  ailənin  mənzil,  kommunal  xərcləri,  dərman  və  habelə  ictimai 
nəqliyyatda gediş xərcləri xeyli artmışdır.   
Ev  təsərrüfatının  pul  xərclərinin  ikinci  qrupu  -  məcburi  və  könüllü  ödənişlərdir. 
Məcburi  ödənişlərə  vergilər,  rusumlar,  ayırmalar  aiddir.  Könüllü  ödənişləri  ayrı-ayrı  ev 
təsərrüfatı üzvləri sığorta təşkilatlarına müxtəlif risklərin sığortalanması zamanı, qeyri-dövlət 
pensiya  fondlarına,  xeyriyyə  fondlarına  və  s.  öz  səyləri  ilə  aparırlar.  Bu  xərclərin  payı  ev 
təsərrüfatının  ümumi  xərclərində    yüksək  deyildir.  Ev  təsərrüfatının  üzvləri  AR-ın 
vətəndaşları kimi müxtəlif məcburi tədiyyələr ödəyirlər. Bu tədiyyələr dövlət və yerli vergi 
və  rüsumlardır.  Dövlət  vergilərinə  fiziki  şəxslərdən  gəlir  vergisi,  vərəsəlik  və  bağışlama 
(hədiyyə) vergisi, nəqliyyat sahiblərindən nəqliyyat vergisi, dövlət rüsumu, fiziki şəxslərdən 
gömrük rüsumları və s. aiddir. Yerli vergilər fiziki şəxlərin əmlakından vergi, torpaq vergisi 
və  s.  ibarətdir.  Şəxsi  məcburi  ödənişlər  bir  tərəfdən  müxtəlif  səviyyəli  büdcələri  zəruri 
gəlirlərlə  təmin  edir,  digər  tərəfdən  isə  gəlirlərin  büdcə  sistemi  vasitəsi  ilə  əhalinin  ən  az 
müdafiə olunan təbəqəsinin xeyrinə yenidən bölgüsünü təmin edir. Ağırlıq nöqteyi nəzərdən 
ödəyici üçün ən əsası fiziki şəxslərin gəlirlərindən vergidir.   

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin