154
yaxud mənfəət götürmək üçün kapital kimi istifadə edilir. Maliyyə resurslarının fond forması
ev təsərrüfatının tələbatını bütövlükdə təsərrüfat kollektivinin imkanları ilə əlaqələndirməyə
və habelə ailədə hər kəsin tələbatının necə ödənilməsinə nəzarət etməyə imkan verir.
Ev təsərrüfatının maliyyə resurslarının tərkibinə daxildir:
1)xüsusi vəsait, yəni ailənin hər bir üzvü tərəfindən qazanılmış əmək haqqı, yardımçı
təsərrüfatdan gəlir, kommersiya fəaliyyətindən mənfəət;
2)bazarda formalaşmış vəsait - kredit formasında kredit təşkilatlarından alınmış vəsait,
dividendlər və faizlər;
3)yenidənbölgü qaydasında daxil olmuş vəsait - pensiya, müavinət, büdcədən və
büdcədənkənar sosial fondlardan ssuda. Ev təsərrüfatının maliyyə resursları bütövlükdə
cəmiyyətin maliyyə vəsaitlərinin dövriyyəsi ilə qırılmaz surətdə əlaqədə olan qeyri-
mərkəzləşdirilmiş maliyyə resurslarına aiddir.
Ev təsərrüfatının maliyyəsi mərkəzləşdirilmiş maliyyə (büdcə ilə - respublika və yerli,
büdcədənkənar sosial fondlar) və qeyri-mərkəzləşdirilmiş maliyyə ilə - müxtəlif mülkiyyət
formalı müəssisələr və habelə maliyyə bazarı ilə qarşılıqlı fəaliyyət göstərir. Onlar arasında
fasiləsiz olaraq birtərəfli, iki və çoxtərəfli pul axını meydana gəlir. Ev təsərrüfatı ilə dövlət
arasında pul axınlarının daimi hərəkəti həyata keçirilir. Ev təsərrüfatının və dövlətin pul
axınları çoxtərəflidir. Ev təsərrüfatının üzvləri dövlət hakimiyyəti orqanları ilə əmək
müqaviləsi bağlayır, əvəzində əmək haqqı alır və habelə dövlət öz istehsalının əmtəə və
xidmətlərini satır, buna görə gəlir götürür. Bundan başqa maliyyə münasibətləri vergi, rüsum
ödənildikdə, xəzinəyə və sosial büdcədənkənar fondlara ayırmalar zamanı yaranır. Bununla
yanaşı ev təsərrüfatı dövlətdən müxtəlif transfertlər və habelə natural formada ictimai nemət
və xidmətlər alırlar. Ev təsərrüfatında pul axınları qeyri-dövlət sektoru - müəssisələr, təşkilat
və şirkətlərlə də yaranır. Ev təsərrüfatı onlardan əmtəə və xidmətlər alır, alınmış nemətlərin
dəyərini ödəyirlər. Hüquqi şəxslər bununla birlikdə ev təsərrüfatlarını müvafiq mülkiyyəti
olduqda kredit resursları və habelə mənfəətlə, dividentlə, faizlə, icarə haqqı ilə təmin edə
bilərlər. Hazırda ev təsərrüfatının maliyyə resursları kredit sistemi vasitəsilə onların əmanət
və yığımlarının müəyyən hissəsinin toplanması nəticəsində milli iqtisadiyyata investisiyanın
başlıca mənbəyi kimi mühüm rol oynayır.
Dostları ilə paylaş: