“maliYYƏ” fənnindən mühazirə mətnləri


Ev  təsərrüfatının  maliyyəsi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə141/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   137   138   139   140   141   142   143   144   ...   157
Maliyyə muhazirələri yeni (1)

Ev  təsərrüfatının  maliyyəsi  -  ev  təsərrüfatının  ayrı-ayrı  üzvləri  tərəfindən  həyat 
tələbatlarını  ödəmək  məqsədilə  öz  fəaliyyətləri  prosesində  pul  vəsaitləri  fondlarının 
yaradılması, bölgüsü və istifadəsi üzrə həyata keçirdikləri iqtisadi pul münasibətləridir.   
Bazar  münasibətlərinin  inkişafı  və  pul  vəsaitləri  axınının  genişləndiyi  şəraitdə  ev 
təsərrüfatı  maliyyə  sisteminin  müstəqil  həlqəsinə  çevrilmiş  və  qeyri  mərkəzləşmiş  maliyyə 
sferasına  aiddir.  Bu  isə  müasir  cəmiyyətdə  ev  təsərrüfatının  iqtisadi  rolunun  və  sosial 
əhəmiyyətinin  durmadan  artması  ilə  əlaqədardır.  İnkişaf  etmiş  bazar  münasibətlərində  ev 
təsərrüfatının maliyyəsi kapitalın dövranında iştirak edir və istehsal prosesinin bir hissəsini 
əhatə edir. Lakin ÜDM və MG yaradılması, ilkin bölgüsündə və istifadəsində mühüm rola 


151 
 
 
 
malik  olan  kommersiya  müəssisə  və  təşkilatlarının  maliyyəsindən  fərqli  olaraq  ev 
təsərrüfatının  maliyyəsi  maliyyə  sisteminin  üstün  həlqəsi  deyildir  və  tabe,  lakin  maliyyə 
münasibətlərinin ümumi məcmuuda əhəmiyyətli rol oynayır.   
Ev  təsərrüfatının  üzvləri  məhsul  istehsal  etmək  və  müxtəlif  növ  xidmət  göstərməklə 
bazarda  həmin  məhsulun  satıcıları  və  eyni  zamanda  onlar,  bu  məhsulların  başlıca 
istehlakçıları  kimi  çıxış  edir.  Bu  səbəbdən  də,  ev  təsərrüfatı  iqtisadi  münasibətlərin 
əhəmiyyətli  subyektinə  malik  olur.  iqtisadiyyatın  ən  iri  subyekti  olmaqla  kommersiya 
müəssisələri  (təşkilatları)  dövlətlə  birlikdə  ev  təsərrüfatının  bütün  makro  tənzimləmə 
prosesində iştirak  edir.  Onların  iqtisadi  nəticələrindən  nəinki  ayrıca  təsərrüfat  vahidinin  və 
habelə  bütövlükdə  ölkənin  əhalisinin  rifahı  asılıdır.  Ev  təsərrüfatı  ölkənin  iqtisadiyyatı  ilə 
qarşılıqlı əlaqədə və qarşılıqlı asılılıqda olur və cəmiyyətin sosial-siyasi sabitliyi ilə şərtlənir.   
Ev  təsərrüfatının  daxili  və  xarici  pul  münasibətləri  fərqləndirilir.  Daxili  pul 
münasibətlərinə müxtəlif ailə pul fondlarının (uzun müddətə istifadə edilən əmtəələrin əldə 
edilməsi,  mənzil  alınması  və  s.  üçün  ehtiyat  fondu)  formalaşması  üzrə  maliyyə  (pul) 
münasibətləri,  xarici  maliyyə  münasibətlərinə  isə  hüquqi  şəxslər  və  dövlətlə  cari  tələbatın 
səviyyəsini  saxlamaq  üçün  sığorta  ehtiyatlarını,  gələcəkdə  investisiyalaşdırmaq  məqsədilə 
pul  fondlarının  formalaşdırılması  üzrə münasibətləri  və  s. aid etmək  olar.  Ev  təsərrüfatının 
xarici maliyyə münasibətləri ev təsərrüfatında aşağıdakı maliyyə münasibətləri baş verir:  
• digər ev təsərrüfatları ilə birgə pul fondlarının formalaşması və istifadəsi üzrə (onlara 
ev təsərrüfatının iştirak edə biləcək qarşılıqlı mübadiləsi aid deyil) münasibətlər;   
• maddi  istehsalın  və  ya  xidmət  sahələrinin  müxtəlif  sferalarında  işləyən  və  ev 
təsərrüfatına nisbətən işverən kimi çıxış edən müəssisələr ilə istehsal edilmiş məcmu daxili 
məhsulun bir hissəsinin dəyər formada bölgüsü üzrə münasibətlər;  
• kommersiya  banklar:  ilə  istehsal  krediti  cəlb  etmək  və  onların  ödənilməsi  bank 
hesablarında müvəqqəti azad pul vəsaitlərini yerləşdirmək üzrə;   
• sığorta təşkilatları ilə müxtəlif sığorta fondlarının formalaşdırılması və istifadəsi üzrə;   
• dövlət ilə büdcə və büdcədənkənar fondların yaradılması və istifadəsi üzrə.  
Yuxarıda  göstərilən  münasibətlər  "ev  təsərrüfatı  maliyyəsi"  kateqoriyasının  sosial-
iqtisadi  mahiyyətini  təşkil  edir.  İqtisadi    sistemdə  ev  təsərrüfatlarının  rolu  aşağıdakılardan 
ibarətdir:  
• Müəssisə tərəfindən istehsal olunan əmtəə və xidmətlərin alıcısı kimi çıxış edirlər.  
• Həmin müəssisələrə istehsal amillərini təklif edirlər.  
• İstehsalda    formalaşan  məcmu  gəlirin  müəyyən  hissəsini  yığıma  yönəldərək,  real  
maliyyə aktivləri əldə edirlər.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin