“maliYYƏ” fənnindən mühazirə mətnləri


KOMMERSIYA  QIYMƏTLI  KAĞIZLAR



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə138/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   134   135   136   137   138   139   140   141   ...   157
Maliyyə muhazirələri yeni (1)

KOMMERSIYA  QIYMƏTLI  KAĞIZLAR.        Kommersiya  qiymətli  kağızları  dedikdə 
ödənilmə  müddəti  bir  ilədək  olan  öhdəliklər  başa  düşülür.  Onlara  veksellər,  depozit  və 
əmanət sertifikatları aiddir.Veksellər ilə kredit münasibətləri rəsmiləşdirilir.  
    Veksellərin təsnifləşdirilməsi prinsipləri.  
     1. Təyinatına görə:  
• Xəzinə vekselləri- dövlət tərəfindən müddətlik, haqqı ödənilmək və qaytarılmaq şərti 
ilə pul vəsaitlərini cəlb etmək üçün buraxılır;  
• kommersiya vekselləri- əmtəələrin alqı-satqı bağlaşmalarını örtür;  
• maliyyə vekselləri- əmtəələrin alqı-satqı bağlaşmalarını örtmür.  


147 
 
 
 
1. Tərtib formasına görə:  
• sadə  veksellər (  borclu  tərfindən  yazılır  və imzalanır,  borcun  qaytarılmasının  mütləq 
öhdəliyidir);  
• köçürmə veksellər ( kreditor tərəfindən yazılır və imzalanır, borcluya əmr sayılır).  
     3. Gəlirlərin ödənilməsi üsuluna görə:  
• faiz  vekseli  (  nominal  üzrə  satılır,  faiz  hesablanması  çərtini  təcəssüm  etdirir, 
nominaldan yüksək qiymətə ödənilir);  
• diskont  vekselləri  (  nominaldan  aşağı  qiymət  üzrə  satılır,  faiz  hesablamaq  şərtini 
özündə təcəssüm etdirmir, nominal üzrə ödənilir).  
       Veksellərə aşağıdakı xassələr xarakterikdir:  
• mücərrədlik;  
• mübahisəsizlik ( şəksizlik);  
• etiraz hüququ;  
• birgə məsuliyyət.  
       Veksel  ciddi  formal  sənəddir  və  mütləq  rekvizitləri  ehtiva  edir  ki,  onlaran  birinin 
olmaması onu yarasız edir.  
       Sertifikat bütövlükdə qısamüddətli qiymətli kağızdır.Bu kağız kredit müəssisənin 
yazılı şəhadətnaməsi olmaqla həmin müəssisədə pul vəsaitinin depozitə qoyulmasını əks 
etdirir.Sertifikat əmanətçinin müəyyən olunmuş müddət başa çatdıqdan sonra əmanət 
qoyduğu pul vəsaitini və bu vəsaitə görə fazini geri almasına hüquq verən sənəddir.  
      Sertifikatlar aşağıdakı kimi təsnifləşdirilir:  
• depozit və əmanət sertifikatları;  
• adlı və təqdimatlı sertifikatlar;  
• müddətli və tələb olunanadək sertifikatlar.  
    Depozit  sertifikatları  qiymətli  kağızların  hüquqi  şəxslər  tərəfindən  əldə  olunan 
formasıdır. Bu sertifikatlar pul vəsaitlərinin bank tərəfindən depozitə qəbul edilməsini yazılı 
sübut edən, sahibinə müəyyən müddətdə tam məbləğdə depoziti və hesablanmış fazii almaq 
hüququ verir.Bu sertifikatların nominal qiyməti yüksək olur.  
   Əmanət sertifikatları qiymətli kağzıların elə  bir növüdür ki, bu kağızlar fiziki şəxslər 
tərəfindən  əldə  olunur.Bu  sertifikatlar  əmanətçilər  tərəfindən  müəyyən  məbləğin  əmanətə 
verilməsi  və  bank  tərəfindən  onun  qəbul  edilməsini  yazılı  təsdiq  edir.Sahibinə  müəyyən 
müddətdə  əmanəti  və  ona  hesablanmış  faizi  geri  almaq  hüququ  verir.Əmanət  sertifikatları 
aşağı nominal qiymətə malik olurlar.          
  
13.5. FOND BİRJALARI 
  
Qiymətli kаğızlаr bаzаrının iştirаkçılаrının məcmusu оnun təşkilаti strukturunu təşkil еdir.  
Qiymətli  kаğızlаrın  infrаstrukturu  аşаğıdаkılаrdаn  ibаrətdir:  birjа  ticаrət  sistеmi  (fоnd 
birjаsı);  birjаdаnkənаr  ticаrət  sistеmi;  qеydiyyаtçılаr;  dеpоzitаrilər;  hеsаb-ticаrət  sistеmi; 
infоrmаsiyа аgеntliyi və şəbəkələr.  


148 
 
 
 
1.Fоnd  birjаsı  –  mütəşəkkil,  dаimi  fəаliyyət  göstərən  bаzаrdır.  Burаdа  qiymətli 
kаğızlаrın  аlqı-sаtqısı  həyаtа  kеçirilir.  Birjаnın  idаrə  еdilməsinin  аli  оrqаnı  səhmdаrlаrın 
(üzvlərin-pаyçılаrın) ümumi yığıncаğıdır.   
Fond  birjası  –  fəaliyyət  predmeti  qiymətli  kağızların  bazar  qiymətlərinin  müəyyən 
edilməsi,  onlara  olan  tələb  və  təklif  arasında  tarazlığl  əks  etdirən,  lazımi  informasiyanın 
yayılmasını  təmin  edən  müstəqil  təşkilatdır.  Fond  Birjası  Qapalı  Səhmdar  Cəmiyyəti 
formasında olur. Birja yalnız birja üzvləri arasında ticarəti təşkil edir.   
Fond  birjası  üzvlərinin  ticarət  əməliyyatlarının  ədalətli  və  şəffaf  qaydada  həyata 
keçirilməsinə nəzarət etməli, üzvlərinin fond birjası qarşısında maliyyə öhdəliklərini yerinə 
yetirmədikdə,  üzvlərin  maliyyə  dayanıqlığını  əks  etdirən  göstəricilərin  müəyyən  olunan 
səviyyədən aşağı düşməsini aşkar etdikdə bu barədə nəzarət orqanına məlumat verməlidir.  
Fond  birjalarının  əsas  funksiyası  qiymətli  kağızlar  ilə  ticarətin  təşkil  edilməsidir. 
Hazırda demək olar ki, bütün birjalarda ticarət qapalı elektron sistem əlaqəsi istifadə edilərək 
təşkil edilir. Adi fond birjasının infrastrukturu  avtomatik rejimdə işləyən bir neçə mərkəzdən 
ibarətdir:  
- Ticarət  sistemi  –  əməliyyatlar  üzrə  ərizələri  toplayır  və  qiymət  uyğunluğu  zamanı 
onları qeydə alır;  
- Hesablama  kamerası  – ticarət iştirakçılarının pullarını qeydə alır, müqavilənin hər iki 
tərəfinin pul resurslarını təşkil edir və hesablayır;  
- Depozitar  mərkəz  –  ticarət  iştirakçılarının  hesablarındakı  qiymətli  kağızların 
qeydiyyatını aparır, müqavilənin hər iki tərəfin hesabındakı vəsaitləri hesablayır və tədarük 
görür.  
Fond  birjalarının  digər  mühüm  funksiyası  likvidliyi  –  tez  və  ciddi  xərclər  olmadan 
qiymətli  kağız  alıb  –  satmaq  imkanını  təşkil  edir.  Bu  bazarda  mövcud  olan  çoxlu  sayda 
qiymətli kağızlar sayəsində baş tutur.  
Fond  birjalarının  fəaliyyəti  dövlət  səviyyəsində  lisenziyalaşdırıldığından  bəzi 
tənzimləyici  funksiyalar  istifadə  edilir.  Bu  qiymət  manipulyasiyası,  bifjada  fırıldaqşılığın 
qarşısının alınmasına yönəldilmişdir.  
Fond    Birjasının  strukturu.  Birjanın  idarə  edilməsinin  ali  orqanı  səhmdarların  ümumi 
yığıncagıdır.  İclaslararası  fasilədə  birja  şurası  fəaliyyət  göstərir.  Birjanın  icraedici  orqanı 
müdiriyyətdir. Birjada bir-neçə komissiyalar fəaliyyət göstərir. Burada həm də informasiya 
nəzarət  şöbəsi,  texniki-təchizat  şöbəsi  və  digər  icraedici  bölmələr  fəaliyyət  göstərir. 
Birjaların növləri aşağıdakılardr: Əmtəə birjası, Fond birjası, Valyuta birjası, Əmək birjası.  
Sosial-iqtisadi  inkişaf  şəraitində  respublikamız  son  illərdə  dünya  miqyasında 
balanslaşdırılmış iqtisadiyyata nail olmuşdur. Bu müddət ərzində maliyyə sisteminin mühüm 
sahəsi olan qiymətli kağızlar bazarının inkişafı da daim diqqət mərkəzində olmuşdur. BFB da 
təsis  edildiyi  gündən  kapital  bazarları  institutunun  ölkəmizdə  formalaşması  üçün  mühüm 
islahatlar aparılmasında böyük rol oynamışdır.   
Bakı  Fond  Birjası  15  fevral  2000-ci  ildə  Qapalı  Səhmdar  Cəmiyyəti  formasında 
yaradılmışdır. BFB-nın yaradılmasında əsas məqsəd fond bazarının formalaşması olmuşdur. 


149 
 
 
 
BFB-nın  yerli  banklar,  prokerlər  və  İstanbul  Fond  Birjası  da  daxil  ilmaqla  20  səhmdarı 
mövcuddur.  Birjanın  fəaliyyəti    AR  Maliyyə  Bazarlarına  Nəzarət  palatası  tərəfindən 
tənzimlənirdi. Hazırda bunu Mərkəzi Bank həyata keçirir.  
BFB yarandığı dövrdən aşağıdakı istiqamətlərdə iş aparılmışdır:  
1) Səmərəli  maliyyə  vasitəçiliyi  həyata  keçirilməsi  üçün  əməliyyat  infrastrukturu 
yeniləşdirilmişdir;  
2)ticarət  sistemlərinə  məsafədən  qoşulma  və  poçt-ticarət  sistemlərinin  inteqrasiyası 
keçirilmişdir;  
3)kompleks  investisiya  xidmətlərinin  həyata  keçirilməsini  təmin  edən  qanunvericilik 
bazası yaradılmışdır;  
4)dünyanın  bir  çox  maliyyə  mərkəzləri  və  fond  birjaları  ilə  əməkdaşlıq  əlaqələri 
qurulmuşdur;  
5)enerji  sektorunun  qiymətli  kağızlar  bazarı  vasitəsilə  maliyyələşməsi  intensivləşmiş, 
BVF-da  valyuta,  qızıl,  gümüş  və  digər  əmtəə  əsaslı  törəmə  maliyyə  alətləri  ilə  ticarət 
başlanılması kimi mühüm nailiyyətlər əldə edilmişdir.  
     

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin