PAY QIYMƏTLI KAĞIZLAR. Səhmlər məşhur coğrafi kəşflər dövründə meydana
gəlmişdir. Dəniz ekspedisiyalarının və iri ticarət karvanlarının maliyyələşməsi üçün
əhəmiyyətli kapital qoyuluşuna ehtiyac duyulurdu. Məhz bununla əlaqədar olaraq tarixdə
tacirlərin, bankirlərin, gəmi sahiblərinin öz kapitallarını birləşdirmək məqsədilə xüsusi
cəmiyyətlərdə birləşməsi göstərilir. Bu cəmiyyətlərə payın qoyulması xüsusi sənədlə
təsdiqlənirdi. Bu sənədə əsasən sahibin ümumi kapitaldakı payı göstərilir və birgə
144
müəssisənin uğurlu işi müqabilində onun gəlirinin müəyyən hissəsini əldə etmə hüququ
təsdiqlənirdi. Getdikcə bu sənəd səhm, cəmiyyət isə səhmdar cəmiyyət adını aldı. Dünyada
ilk səhmdar cəmiyyətlər Hollandiya və İngiltərə Ost-Hindistan kompaniyaları olmuşdur.İllər
keçdikcə səhmdar cəmiyyətinin buraxdığı səhmlər digər qiymətli kağızlara nisbətən daha çox
hüquq verən klassik qiymətli kağızlar adlanmağa başlanmışdır.
Səhmlərin fazi şəklində gətirdiyi gəlir divident adlanır. Divident (latınca “dividendus”
sözü olub- bölünməli olan mənasını verir) xalis mənfəətin ümumi məbləğinin bir hissəsi
olmaqla səhmdarlar arasında onların səhmlərinin sayına uyğun olaraq bölüşdürülür. Səhm
üzrə dividentlərin ödənilməsi müxtəlif üsullarla həyata keçirilir. Nağd pullar korporasiyanın
malları ilə, həmçinin əlavə səhmlər formasında da ödənilə bilər.
Səhmlər nominal və məzənnə qiymətinə malik olurlar. Nominal qiymət səhmin
sertifikatında göstərilir. Məzənnə qiyməti idə hər gün qiymətli kağızlar bazarındakı tələb və
təklifin təsiri altında əmələ gəlir.
Səhmlərin təsnifləşdirilməsi prinsipləri aşağıdakılardır.
1. Gəlirin hesablanması üsuluna görə:
▪ adlı səhm- müəssisənin xalis mənfəətinin həcmindən asılı olan qeyri-təsbit edilmiş
gəlirli;
▪ güzəştli səhm – təsbit edilmiş gəlirli.
2. Digər qiymətli kağızlara dönərliyinə görə:
▪ dönərli (konvertə olunan) səhmlər (digər növ qiymətli kağızlara uyğun proporsiyalarda
dəyişdirilə bilən) ;
▪ qeyri-dönərli (konvertə olunmayan) səhmlər (digər növ qiymətli kağızlara mübadilə
olunmuş). Dönərli səhmlər müxtəlif istiqrazlara və əksinə dəyişdirilə bilər.İmtiyazlı səhmlər
sadə səhmlərə və əksinə mübadilə edilə bilər.
3. Dividentlərin ödənilməsi üzrə imtiyazlı səhmlər aşağıdakı kimi fərqləndirilir:
▪ dividentlərinin həcmi dövlət qisamüddətli istiqrazları fazi dərəcəsinin və ya bank
kreditinin faiz dərcəsinin dəyişməsinə əsasən korrektə edilən ( dəyişdirilən) səhmlər;
▪ dividentlərinin həcmi dövlət qısamüddətli istiqrazların gəlirlərindən və faiz dərəcəsinin
dəyişməsindən asılı olmayan dəyişməyən səhmlər.
4. Dividenti qoruyub saxlamaq qabiliyyətinə görə güzəştli səhmlər aşağıdakı kimi ola
bilər:
▪ kumulyativ səhmlər- əvvəldən ödnilməmiş dividentlərin ödənilməsini təmin edən;
▪ qeyri-kumulyativ səhmlər- əvvəlcədən ödənilməmiş dividentlərin ödənilməsinə
təminat verməyən.
Səhmlər həmçinin aşağıdakı kimi də təsnifləşdirilir:
▪ adlı ( səhmin sertifikatında səhmdarın adı və soyadı göstərilir, bu cür səhmlərin alqı-
satqı sövdələşmələri emitentdə rəsmiləşdirilməlidir);
▪ təqdimatlı (sertifikatda səhmdarın adı göstərilmir və bu cür səhmlərin alqısatqı
əməliyyatları emitentdə rəsmiləşdirilmir) olurlar.
Emitentin özündən asılı olaraq buraxılmış səhmləri geri çağırmaq, almaq xüsusiyyətinə
145
görə:
▪ geri çağırılan səhmlər;
▪ geri çağırılmayan səhmlər.