Xarici maliyyə bazarlarının resursları. Maliyyə resurslarının çatışmazlığı şəraitində
Azərbaycan borcalanlarının xarici maliyyə bazarlarına müraciət etmələri olduqca böyük
əhəmiyyət kəsb edir. 90-cı illərin ortalarında dünya maliyyə bazarından Azərbaycan
iqtisadiyyatına vəsaitlərin axını artmağa başlamışdır.1993-cü il aprelin 21də Azərbaycan
hökümətinin Türkiyə “Eksimbank”ı ilə imzaladığı kredit sazişi ölkəmizin xarici dövlət borcu
münasibətlərinin əsasını qoymuşdur. Bu beynəlxalq kredit sazişinin məbləği 100.0 milyon
ABŞ dolları, faizi isə LİBOR+2% dərəcəsi ilə müəyyənləşdirilmişdir.
Azərbaycan beynəlxalq maliyyə-kredit qurumlarından da kredit almışdır. Belə ki, 2001-
ci il 1 yanvar vəziyyətinə Beynəlxalq Valyuta Fondundan iqtisadi islahatların dəstəklənməsi
və investisiya layihələrinin maliyyələşdirilməsi üçün 435.8 mln dollar,
Dünya Bankından 400.0 mln dollar həcmində kredit alınmışdır.Sonralar Avropa
Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycan höküməti arasında 148.0 mln dollar
məbləğində (LİBOR+1% dərəcə ilə) kredit müqaviləsi bağlanmışdır. 2013-cü ildə
Azərbaycan Respublikasının xarici borcları 5.1 mln.dollar təşkil etmişdir.