Azərbaycanda maliyyə bazarının resurs bazası. Azərbaycanda maliyyə bazarının əsas
problemlərindən biri resurs bazasının çatışmazlığıdır. Maliyyə resurslarının bazarda ilkin
satışında əsas rol kommersiya strukturlarına mənsubdur. Onlar təsərrüfat fəaliyyətini həyata
keçirərək əldə edilmiş mənfəəti və amortizasiya ayırmalarını toplayır, müxtəlif ehtiyat
fondları yaradırlar. Lakin Azərbaycan Respublikasının kommersiya strukturları məhdud
həcmdə müvəqqəti sərbəst vəsaitlərə malikdir. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə müəssisə
və təşkilatların ümumi sayında zərərlə işləyənlərin xüsusi çəkisi 2012-ci ildə sənayedə -5.2%,
kənd təsərrüfatında38.7%, tikintidə-3.8%, nəqliyyat və anbar təsərrüfatında -66.6%,
informasiya və rabitədə-11.5%, ticarətdə-41.9%, maliyyə və siğortada-22.2% olmuşdur.