“maliYYƏ” fənnindən mühazirə mətnləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə127/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   123   124   125   126   127   128   129   130   ...   157
Maliyyə muhazirələri yeni (1)

Kredit bazarının növləri. Kredit bazarı aşağıdakı prinsiplər üzrə təsnifləşdirilir:  
1) pul  vəsaitlərinin  yerləşdirilməsi  müddətinə  görə:  qısamüddətli  kredit  bazarı;  orta  və 
uzunmüddətli kredit bazarı.  
2) tədavül  sferasına  görə:  milli  kredit  bazarları  (ssuda  kapital  bazarları);  dünya  kredit 
bazarları (ssuda kapital bazarları);  
3) kreditin  növlərinə  görə:  ssuda-depozitlər  bazarı;  banklararası  kredit  bazarı;  istehsal 
krediti bazarı; ipoteka krediti bazarı; istehlak krediti bazarı;  
Ssuda depozit bazarında fiziki və hüquqi şəxslərin müvəqqəti azad pul vəsaitləri əmanət 
banklarına və kassalara qoyulur.  
Banklararası  kredit  bazarında  banklar  bir-birini  kreditləşdirir.  Banklararası  kredit 
bazarının  vəziyyəti  bütövlükdə  bütün  kredit  bazarının  durumunun  əhəmiyyətli 
ötrücüsüdür.Banklararası bazarada kreditləşmənin həcminin azalması kredit sferasında ciddi 
problemlər olduğunu sübut edir.  
İstehal  krediti  bazarında  borcalanlar  təsərrüfat  subyektləridir-  istehsal  və  ticarət 
müəssisələridir.Kreditorlar-əksəriyyət  hallarda  banklar  olurlar.Müəssisələr  də  birbirini 
kreditləşdirə bilər, lakin bu kimi kreditin həcmi o qədərdə çox olmur.  
İpoteka krediti bazarında daşınmaz əmlakların girovu altında uzunmüddətli kreditləşmə 
həyata  keçirlir.İpoteka  krediti  bazarında  həmin  növ  kreditləşmədə  ixtisaslaşmış  banklar 
kreditor kimi çıxış.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin