“maliYYƏ” fənnindən mühazirə mətnləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə124/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   120   121   122   123   124   125   126   127   ...   157
Maliyyə muhazirələri yeni (1)

Borc  kapitalı  bazarı  öz  növbəsində  borc  kapital  bazarına  və  pay  qiymətli  kağızlar 
bazarına  bölünür.  Belə  bölgü    bu  bazarda  satılan  əmtəələrin  (maliyyə  alətləri)  alıcıları  və 
maliyyə alətlərinin emitentləri arasında münasibətlərin xarakterini ifadə edir. Əgər maliyyə 
aləti kimi pay qiymətli kağızları çıxış edirsə, onda bu münasibətlər mülkiyyət münasibətləri 
xarakteri  daşıyır  və  qalan  hallarda  isə  bu,  kredit  münasibətləri  olur.  Kapital  bazarı  borc 
kapitalının  dövriyyəsinin  təmin  edilməsi  prosesində  yaranan  münasibətləri,  yaxud  da 
dövriyyənin  təşkili  formasını  ifadə  edir.  Məlumdur  ki,  borc  kapitalı  qaytarılmaq,  dəyəri 
ödənilməklə  müəyyən  müddətə  verilən  pul  vəsaitlərinin  məcmusudur.  Borc  kapitalı 
bazarında müddətlilik, qaytarılmaq və haqqı ödənilmək şərti ilə təqdim edilən uzunmüddətli 
bank  ssudalarını,  habelə  borc  qiymətli  kağızlarını  daxil  edir.  Borc  kapitalının  yaranma 
mənbələri ilk növbədə  müəssisə və təşkilatların və vətəndaşların sərbəst maliyyə ehtiyatı və 
yığımlarıdır. Borc kapitalları bazarının subyektləri aşağıdakılardır:  
- müəssisələrin sərbəst pul vəsaitlərini toplayan və onların borc kapitalı kimi yerləşdirən 
kredit idarələri;  


137 
 
 
 
- sərbəst pul vəsaitlərinə (maliyyə ehtiyatların) malik investorlar;  
- müəyyən  məqsədlər  üçün  borc  alan  müəssisə  və  təşkilatlar,vətəndaşlar  və  həmçinin 
dövlət orqanları.  
Bu  deyilənləri  nəzərə  almaqla  qeyd  etmək  olar  ki,  borc  kapitalı  bazarının  müasir 
strukturu müddətlilik və institusional əlamətləri ilə xarakterizə olunur.  
Müddətlilik əlamətlərinə görə qısamüddətli (1 ilə qədər) kreditlər verilən pul  bazarını, 
orta (1  ildən  5  ilədək)    və  uzunmüddətli  (  5  ildən  yuxarı)  kreditlər  verilən  kapital  bazarını 
ayırmaq olur.  
Borc  kapitalı  bazarının  funksiyaları  onun  ictimai  təsərrüfat  sistemindəki  rolu  və 
mahiyyəti ilə müəyyənləşir. Borc kapitalı bazarının 5 əsas funksiyası mövcuddur:  
Birinci funksiya-əmtəə dövriyyəsinə kredit vasitəsi ilə xidmət funksiyasıdır;  
İkinci  funksiyası-hüquqi,  fiziki  şəxslərin,  dövlətin,  həmçinin  xarici  vətəndaşların  pul 
vəsaitlərinin cəmləşməsi funksiyasıdır.  
Üçüncü  funksiya-pul  fondlarının  birbaşa  borc  kapital  kimi  formalaşması  və  onun 
istehsal proseslərinə xidmət məqsədilə kapital qoyuluşu kimi istifadəsidir;  
Dördüncü funksiya- dövlət və əhalinin xərclərinin ödənilməsi məqsədilə lapital mənbəyi 
kimi xidmət funksiyası;  
Beşinci  funksiyaı-  nüfuzlu  sənaye  maliyyə  qruplarının  yaradılması  üçün  kapitalın 
mərkəzləşdirilməsinin tezləşdirilməsi funksiyası.  
Milli  borc  kapitalı  bazarlarının  inkişaf  səviyyəsi  bir  sıra  amillərlə  müəyyən  edilir  ki, 
onlara aşağıdakılar aiddir:      
- ölkənin iqtisadi artımı;  
- ölkədə kredit və qiymətli kağız bazarının fəaliyyət ənənələri;  
- ölkədə istehsal yığımının səviyyəsi;  
- əhalinin yığım qabiliyyətinin səviyəsi  
Bu amillərin ən başlıcası iqtisadi artım amilidir. Bu amilləri hazırda ABİ, Qərbi Avropa və 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin