137
- sərbəst pul vəsaitlərinə (maliyyə ehtiyatların) malik investorlar;
- müəyyən məqsədlər üçün borc alan müəssisə və təşkilatlar,vətəndaşlar və həmçinin
dövlət orqanları.
Bu deyilənləri nəzərə almaqla qeyd etmək olar ki, borc kapitalı bazarının müasir
strukturu müddətlilik və institusional əlamətləri ilə xarakterizə olunur.
Müddətlilik əlamətlərinə görə qısamüddətli (1 ilə qədər) kreditlər verilən pul bazarını,
orta (1 ildən 5 ilədək) və uzunmüddətli ( 5 ildən yuxarı) kreditlər verilən kapital bazarını
ayırmaq olur.
Borc kapitalı bazarının funksiyaları onun ictimai təsərrüfat sistemindəki rolu və
mahiyyəti ilə müəyyənləşir. Borc kapitalı bazarının 5 əsas funksiyası mövcuddur:
Birinci funksiya-əmtəə dövriyyəsinə kredit vasitəsi ilə xidmət funksiyasıdır;
İkinci funksiyası-hüquqi, fiziki şəxslərin, dövlətin, həmçinin xarici vətəndaşların pul
vəsaitlərinin cəmləşməsi funksiyasıdır.
Üçüncü funksiya-pul fondlarının birbaşa borc kapital kimi formalaşması və onun
istehsal proseslərinə xidmət məqsədilə kapital qoyuluşu kimi istifadəsidir;
Dördüncü funksiya- dövlət və əhalinin xərclərinin ödənilməsi məqsədilə lapital mənbəyi
kimi xidmət funksiyası;
Beşinci funksiyaı- nüfuzlu sənaye maliyyə qruplarının yaradılması üçün kapitalın
mərkəzləşdirilməsinin tezləşdirilməsi funksiyası.
Milli borc kapitalı bazarlarının inkişaf səviyyəsi bir sıra amillərlə müəyyən edilir ki,
onlara aşağıdakılar aiddir:
- ölkənin iqtisadi artımı;
- ölkədə kredit və qiymətli kağız bazarının fəaliyyət ənənələri;
- ölkədə istehsal yığımının səviyyəsi;
- əhalinin yığım qabiliyyətinin səviyəsi
Bu amillərin ən başlıcası iqtisadi artım amilidir. Bu amilləri hazırda
ABİ, Qərbi Avropa və
Dostları ilə paylaş: