133
Respublikası Dövlət Sığorta Şirkətinin və SSRİ-nin Xarici Dövlət Sığorta Təşkilatının Bakı
şəhərindəki şöbəsinin inhisarı altında idi. 1991-ci ildə AR nazirlər Kabineti yanında Dövlət
Sığorta Nəzarəti yaradıldı. Bu təşkilatın vəzifəsi sığorta bazarınını inkişafının
tənzimlənməsi,
sığortaçıların, sığortalıların və dövlət mənafeyinin müdafiəsi, metodiki rəhbərliyin həyata
keçirilməsi, müvafiq normativ-hüquqi sənədlərin hazırlanması və s. olmuşdur.
Azərbaycanda milli sığorta bazarı 1992-ci ilin əvvəlindən fоrmаlаşmаğа bаşlаmışdır.
Аzərbаycаn Rеspublikаsının Milli Məclisi Аzərbаycаnın tаriхində ilk dəfə оlаrаq 1993-cü
ildə «Sığоrtа hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnunu qəbul еtdi. Bu qаnunun
tələblərinin icrа еdilməsi üçün sığоrtа işinin inkişаfınа təkаn vеrən müхtəlif nоrmаtiv-
hüquqi sənədlər hаzırlаnmışdır ki, bu dа sığоrtа хidmətləri həcminin аrtırılmаsınа, sığоrtа
təşkilаtlаrının mаliyyə sаbitliyinin möhkəmləndirilməsinə təkаn vеrmişdir.
Bundan əlavə 1993-cü ildə Azərbaycan Respublikası Sığorta Cəmiyyətləri İttifaqı
yaradıldı. Sığortaçılar İttifaqı Dövlət Sığorta Nəzarəti ilə birlikdə sığorta qanunvericiliyini
tənzimləyən hüquqi sənədlərin hazırlanmasında müvafiq işlər görmüşdür.
Hazırda sığorta bazarı inkişaf mərhələsindədir. Sığorta şirkətləri 40-dan çox icbari və
könüllü sığorta növlərini tətbiq edirlər. lakin inkişaf etmiş ölkələrdə 300-dən çox müxtəlif
növ sığorta xidməti göstərilir. Belə ki, 1999-cu il 1 yanvar tarixinə 62 sığorta təşkilatı, o
cümlədən 53 milli, 9 birgə sığortaçı fəaliyyət göstərirdi. Onların bir hissəsi müflisləşmiş və
öz fəaliyyətlərini dayandırmışlar. 01.01.2017-ci il vəziyyətinə ölkəmizdə qeydiyyatdan
keçmiş 25 sığorta təşkilatı fəaliyyət göstərmişdir.
Azərbaycanda sığorta əməliyyatları aparmağa lisenziya alan ən böyük sığorta təşkilatı
“Azərsığortadır.” Onun bütün respublikada filialları vardır.
Dostları ilə paylaş: