“maliYYƏ” fənnindən mühazirə mətnləri


SIĞОRTА BАZАRININ STRUKTURU VƏ



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə118/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   114   115   116   117   118   119   120   121   ...   157
Maliyyə muhazirələri yeni (1)

  
12.3.SIĞОRTА BАZАRININ STRUKTURU VƏ  TƏİKILI PRINSIPLƏRI  
  
Indiki dövrdə hökm sürən radikal iqtisadi islahat şəraitində müasir sığorta bazarının və 
onun  xarakterik  cəhətlərinin  tədqiq  edilməsinə  ciddi  tələbat  yaranmışdır.  Sığorta  bazarı  - 
təkliflərin  formalaşdığı  və  bu  təkliflərə  tələbatın  yarandığını  ifadə  edən,  alqı-satqı  obyekti 
sığorta  müdafiəsi  olan  pul  münasibətlərinin  xüsusi  sosial-iqtisadi  strukturdur.  Sığorta 
bazarının  inkişaf  etməsinin  obyektiv  əsasını  təsadüfi  hadisələrin  baş  verməsi  zamanı 
zərərçəkənlərə pul yardımının göstərilməsi vasitəsilə təkrar istehsal prosesinin fasiləsizliyinin 
təmin olunması təşkil edir. Sığorta bazarını cəmiyyətin sığorta müdafiəsinin təmin olunması 
məqsədilə  sığorta  fondunun  formalaşdırılması  və  bölüşdürülməsi  üzrə  maliyyə 
münasibətlərinin təşkili forması kimi və eləcə də müvafiq xidmətlərin göstərilməsində iştirak 
edən sığorta təşkilatlarının məcmuəsi kimi də nəzərdən keçirmək olar.  
Sığorta  bazarının  mövcud  olmasının  mütləq  şərtlərindən  biri  də  sığorta  xidmətlərinə 
olan  ictimai  tələbatın  və  bu  tələbatları  təmin  edən  sığortaçıların  çox  olmasıdır.  Uzun  illər 
ərzində  mövcud  olmuş  inzibati  iqtisadiyyatdan  sığorta  bazarına  keçid,  sığortaçının  iqtisadi 
münasibətlər  sistemində  rolu  və  yerini  dəyişmişdir.  Sığorta  kompaniyaları  təsərrüfat 
həyatının tamhüquqlu subyektlərinə çevrilirlər.  
Fəaliyyət  göstərən  sığorta  bazarı  müxtəlif  struktur  hissələrini  özündə  cəmləşdirən 
mürəkkəb  və  üzvi  bir  sistemi  əhatə  edir.  Sığorta  bazarının  əsası  sığorta  cəmiyyəti  və  ya 
sığorta  kompaniyasından  ibarətdir.  Məhz  onun  mövcudluğu  əsasında  sığorta  fondunun 
istifadəsi  prosesi  yaranır,  bu  və  ya  digər  iqtisadi  münasibətlər  formalaşır,  şəxsi,  qrup  və 
kollektiv maraqlar isə bir-birinə qarışır.  
Sığorta  fondunun  fəaliyyətinin  tarixən  təşəkkül  tapmış  ictimai  forması  olan  sığorta 
kompaniyası  sığorta  müqavilələrinin  imzalanması  və  sığorta  xidmətlərinin  həyata 
keçirilməsinin  xüsusi  strukturudur.  Sığorta  kompaniyasına  texniki-təşkilat  vahidliliyi  və 
xüsusilik xasdır. Sığorta kompaniyasının iqtisadi cəhətdən xüsusi olması, onun ehtiyatlarının 
tam şəkildə bir-birindən ayrı-ayrı olmasında və bu ehtiyatların sərbəst dövriyyəsində özünü 
biruzə verir. Sığorta kompaniyası iqtisadi sistemdə müstəqil olaraq təsərrüfat işlərini aparan 
subyekt kimi fəaliyyət göstərir və istehsal münasibətlərinin müəyyən sisteminə uyğun olaraq 
“qurulur”.  İqtisadi  cəhətdən  xüsusi  olan  sığorta  kompaniyaları  digər  sığortaçılar  ilə 
münasibətlərini yenidən sığortalama və birgə sığorta üsulu ilə qururlar.  
Bazar  iqtisadiyyatı  vətəndaşların  müstəqil  seçiminə  əsaslanır.  Prinsip  etibarilə  hər  kəs 
istənilə  qərarı  qəbul  edə  bilər.  Insan  şəxsi  gəlirini  sərbəst  şəkildə  xərcləyə  və  müstəqil 


129 
 
 
 
surətdə bu gəlirin müəyyən hissəsini istehlaka, müəyyən hissəsini isə yığıma yönəldə bilər. 
Bundan başqa, hər bir şəxs digər şəxslər ilə müqavilə bağlamaq hüququna malikdir. Bütün bu 
amilləri sığorta xidmətinin geniş seçimini təklif edən sığorta bazarı mütləq nəzərə almalıdır.  
Bazar iqtisadiyyatının əsas prinsipi ondan ibarətdir ki, tələd və təkliflərin sərbəst oyunu 
potensial  sığortaçılar  üçün  zəruri  olan  sığorta  xidmətlərinin  meydana  çıxmasını 
stimullaşdırır.  Sərbəst  qiymət  əmələ  gəlmə  prinsipləri  əsasında  formalaşan  tarif  dərəcələri 
sığortaçılar  arasında  əsl  rəqabət  mühiti  yaratmış  olur.  Sığorta  bazarı  iqtisadi  rəqabət 
şəraitində tənzimləyici funksiyanı yerinə yetirir.  
Məlum  olduğu  kimi,  özü-özlüyündə  rəqabətin  mövcudluğu  sığorta  bazarında  uğurlu 
fəaliyyəti  hələ  təmin  etmir.  Bu  uğurlar,  sığorta  cəmiyyətinin  əməkdaşlarını  daima  yeni 
potensial  müştərilər  axtarmağa  və  eləcə  də  sığorta  xidmətinin  forma  və  metodlarının 
təkmilləşdirilməsinə  həmişə  can  atan  sığortaçılardan  asılıdır.  Sığortaçının  şəxsən  sığorta 
fəaliyyətinin  daxili  və  xarici  fəaliyyətinə  rəhbərlik  etməsi  və  bununla  da  sığorta 
mədəniyyətini inkişaf etdirməsi mühüm əhəmiyyət kəsb edir.  
Sığorta  polisini  imzalayaraq  sığortaçının  qəbul  etdiyi  qərar  ictimai  təcrübədə  təsdiq 
olunmuş nəticələrə əsaslanır. Bazar iqtisadiyyatı şəraitində sığortaçının uğuru malik olduğu 
sığorta fondu ehtiyatlarını necə sərf etməsindən birbaşa asılı olur. Sığortaçı sahibkar rolunda 
çıxış  edir  və  müəssisə  rəhbərləri  qarşısında  müvafiq  qanunvericilik  aktlarına  uyğun  olaraq 
icra  etdiyi  işlərə  görə  məsuliyyət  daşıdığı  üçün  özünü  maraqlı  tərəf  kimi  hiss  edir.  Geniş 
mənada sığorta bazarı, sığorta məhsulunun alış və satışı üzrə yaranan iqtisadi münasibətlərin 
məcmuəsini  təşkil  edir.  Bazar  sığortaçı  və  sığorta  etdirən  şəxs  arasında  ayrılmaz  əlaqəni 
təmin edir. Burada sığorta xidmətinin ictimai yararlığının təsdiqi baş verir. Sığorta bazarının 
fəaliyyət göstərməsinin mühün iqtisadi qanunları kimi dəyər qanunu, tələb və təklif qanunu 
çıxış edirlər.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin