“maliYYƏ” fənnindən mühazirə mətnləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə126/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   122   123   124   125   126   127   128   129   ...   157
Maliyyə muhazirələri yeni (1)

Kredit bazarı dedikdə kreditlərin alqı-satqısı sazişi (sövdələşməsi) başa düşülür. Kredit 
bazarının  başlıca  xüsusiyyəti  ondan  ibarətdir  ki,  burada  ticarətin  obyekti  kimi  pul  qəbul 
edilir,  yəni  pul  alınır-satılır.  Hər  bir  digər  bazarlarda  pulun  hər  hansı  digər  əmtəəyə 
mübadiləsi  baş  verir.  Kredit  bazarında  ssudaya  verilmiş  pul  əvvəlcə  kreditordan  borcalana 
keçir, müəyyən müddətdən sonra isə fazilə birlikdə borcalandan kreditora qayıdır. Kreditin 
təqdim edilməsinin müddəti nə qədər çoxdursa, bir qayda olaraq alınmış fazilər bir o qədər 
yüksək  ola  bilər.  Kredit  bazarının  əsas  funksiyası  iqtisadi  istehsal  prosesinin  fasiləsizliyini 
təmin etmək üçün kifayətedici həcmdə pul vəsaiti ehtiyatı yaratmaqdan ibarətdir.  
Artıq  yuxarıda  da  deyildiyi  kimi,  kredit  bazarına  alqı-satqı  obyekti  kreditə  (ssudaya) 
verilən pul vəsaitləridir. Borclanmanın müxtəlif üsulu və müvafiq olaraq müxtəlif növ kredit 
mövcuddur.  Kreditin  növlərinin  həddi  onların  hər  birinin likvidliyini müəyyən  etmək  üçün 
olduqca zəruridir. Likvidlik hər bir aktiv üçün əhəmiyyətli xüsusiyyətdir. Kreditin likvidliyi 
dedikdə  yerləşdirilmiş  pul  vəsaitinin  vaxtında  qaytarılması  imkanı  başa  düşülür.  Yüksək 
likvidliyə,  məsələn,  müddətsiz  bank  əmanətləri  malikdir.  Aşağı  likvidlik  isə  uzunmüddətli 
kredit üçün xarakterikdir ki, bu da vəsaitin uzun müddətə verilməsi ilə əlaqədardır.      

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin