130
təkliflər və onlara olan tələbat başa düşülür.
Sahə xüsusiyyətinə görə isə bazarı şəxsi sığorta və əmlak sığorta bazarına bölürlər. Bu
bazarlardan hər birini isə xüsusi seqmentlərə ayırmaq olar (məsələn, bədbəxt hadisələrdən
sığorta bazarı, ev əmlakının sığortası bazarı və s.)
Sığorta bazarının iştirakçılarının tərkibinə satıcılar, alıcılar, vasitəçilər və eləcə də
onların assosiasiyaları daxil olurlar. Satıcı kateqoriyası sığorta və yenidən sığorta ilə məşğul
olan kompaniyalardan ibarətdir. Alıcılar isə bu və ya digər satıcı ilə sığorta müqaviləsini
bağlayan edən fiziki və ya hüquqi şəxslər-sığorta etdirən şəxslərdir. Alıcı və satıcılar
arasındakı vasitəçilər ilə sığorta müqaviləsinin imzalanmasına yardım edən sığorta agentləri
və sığorta brokerlərindən təşkil olunur.
Dostları ilə paylaş: