146
olması üçün girov qoyur. Kreditor isə öz növbəsində emitentin ödəmə qabiliyyətsizliyi zamanı
onun girov qoyulmuş aktivlərinə sahib olmaq hüququnu əldə etmiş olur.
• qeyri-təminatlı istiqraz ( girovsuz isitiqraz).
İstiqrazları girovun növündən asılı olaraq aşağıdakı kimi təsnifləşdirilir:
1) mülkiyyətin girov qoyulması ilə; bu halda şirkətin əsas kapitalı olan daşınmaz əmlakı
girov qoyulur. Bu zaman 2 cür istiqraz yaranır: ilkin girovlu və ümumi girovlu istiqrazlar.
2) fond qiymətlilərinin
girovu ilə; bu istiqrazlar girov kağızlı istiqrazlardır. Bu kağızlar
emitentə məxsus olan digər şirkətin qiymətli kağızı ilə təmin olunur.
3) avadanlıqların girovu ilə;
4) nəqliyyat vasitələrinin girovu ilə. Avadanlığın və nəqliyya vasitələrinin girovu ilə
olan istiqrazlar uyğun olaraq nəqliyyat vasitələri və avadanlıqlarla təmin olunur. Buraya
gəmi, təyyarə və avtomobillər də daxildir.
5) gələcək vergi ödəmələri formasında girovla; Bu istiqrazlar bələdiyyələr tərəfindən
buraxılır. Bu istiqrazların bağlanması qiymətli kağız sahiblərinin istiqrazlara görə faiz üzrə
gəlir həcmində yerli vergi ödəmələrindən azad olması ilə baş verir.
6) layihədən gəlirlər şəklində girovla. Layihədən gəlirlər şəklində girov o deməkdir ki,
bu istiqrazların buraxılışı layihənin maliyyələşdirilməsi üçün nəzərdə tutulan maliyyə vəsaiti
hesabına baş verir. Bu cür istiqrazlar icarə ödəmələri, komission ödəmələri, rüsumlar və
s.hesabına ödənilir.
7) zəmanətli öhdəliklərlə;. Bu istiqrazlar maliyyə baxımından
daha güclü şirkətin zamin
olduğu şirkətlər tərəfindən buraxılır. Bu istiqrazlar üzrə emitentin ödəmə qabiliyyəti
olmadıqda öhdəliyi öz üzərinə zəmanət götürür.
8) yenidən təşkil olunmuş istiqrazlar. Bu istiqrazlara görə emitent faiz ödəmələrinə görə
zəmanət vermir. Lakin borcun əsas hissəsinə cavabdehlik daşıyır. Gəlirin ölçüsü emitentin
maliyyətəsərrüfat fəaliyyətindən asılı olur. Belə istiqrazların buraxılmasında məqsəd
müəssisənin yenidən qurulması və ya profil dəyişikliklərinin edilməsi üçün pul vəsaitlərinin
cəlb
edilməsi, əvvəlcədən buraxılmış istiqrazlarıın yenisi ilə əvəz olunmasıdır.
5. Müddətinə görə aşağıdakı isitiqrazlar seçilir:
• qısamüddətli isitiqrazlar (1 ildən 3 ilə qədər)
• ortamüddətli istiqrazlar ( 3 ildən 10 ilə qədər )
• uzunmüddətli istiqrazlar ( 10 ildən artıq müddətə).
Dostları ilə paylaş: