155
şəxsi həyətyanı sahəsi aparmağa, fərdi əmək sahibkarlıq fəaliyyəti həyata keçirməyə, özünün
əlavə daşınmaz əmlakı və uzunmüddətli istifadə edilən predmetləri icarəyə vermək, qiymətli
kağızlar almaq və reallaşdırmaqla məşğul olmağa məcbur edir. Büdcə çərçivəsində aşağıdakı
fərdi pul fondları formalaşır:
- ayrı-ayrı ailə üzvləri üçün nəzərdə tutulmuş və müxtəlif malların alınmasına, istirahətə,
təhsilə, tibbi xidmət və s.
istifadə olunan fərdi fondlar;
- ümumi istifadə məqsədilə əmtəələrin alınması üçün birgə fondlar;
- gələcək kapital xərcləri üçün (ev, mənzil,
torpaq sahəsi, nəqliyyat vasitəsi
almağa və habelə kommersiya fəaliyyəti üçün ilkin kapitalın formalaşmasına) istifadə
edilən yığım və təminata (ehtiyat fondu).
Yığım fondunun yaradılmasına tələbat nəinki böyük vəsait tələb edən, uzun müddətə
istifadə edilən əmtəələrin alınması, istirahət, bahalı tibbi xidməti və habelə qocaldıqda
ləyaqətli həyatı təmin etmək üçün zərurətdən irəli gəlir. Ailə büdcəsinin gəliri ev
təsərrüfatının istehlak həcmini müəyyən edir: miqdarı ildən-ilə dəyişməyən sabit gəlir onun
istehlak xərclərində ciddi kənarlaşmalara səbəb olmur. Eyni zamanda müvəqqəti gəlir
ölkənin ümumi tədiyə qabiliyyətli tələbinə ciddi təsir göstərə bilər. Onun ayrı-ayrı dövrlərdə
artımı əmtəə və xidmətlərə
əlavə tələbat yaradaraq, bazarda vəziyyəti mürəkkəbləşdirə bilər.
Dövlət ev təsərrüfatı büdcəsinin həcminə əsaslı təsir göstərir. Bu təsir aşağıdakılar
vasitəsilə həyata keçirilir:
-vergi sistemi vasitəsilə - ev təsərrüfatı vergi və rüsumlar ödəyir və digər məcburi
ayırmalar edir;
- dövlət sektorunda işçilərin əməyinin ödənilməsi vasitəsilə;
- müxtəlif ictimai nemət və xidmətlərin verilməsi vasitəsilə; -dövlət qiymətqoyma
vasitəsilə.
Məhdud büdcə şəraitində ev təsərrüfatı üzvləri qarşısında daim vəsaitlərin pul fondları,
gəlirlər və xərclər arasında bölgüsü problemi yaranır. Buradan da hər bir ailə üçün gəlir
mənbəyinə əsaslanmaqla büdcəni planlaşdırmaq zərurəti meydana çıxır. Cari (aylıq) və
perspektiv (illik) büdcə fərqləndirilir. Büdcənin gəlir hissəsi müəyyən edilərkən bütün
mümkün daxilolmalar nəzərə alınır. Lakin bir qayda olaraq borc alınmış vəsait ondan çıxılır.
Xərclərdə cari və əsaslı xərclər nəzərdə tutulur. Planlaşdırmada əsas məsələlərdən biri
ildən ilə keçən mütləq maliyyə ehtiyatını müəyyən etməkdir. Büdcə icra edilərkən ev
təsərrüfatı üzvləri öz gəlirlərini və onların büdcədə nəzərdə tutulmuş istiqamətlərə istifadə
edilməsinə ciddi nəzarət edir ki, mənfi saldonun əmələ gəlməsinə imkan verilməsin. Əgər ev
təsərrüfatı büdcəsinin gəlirləri xərclərdən
cox olarsa, artıq ehtiyata yönəldilir.
Ev təsərrüfatının gəlirləri - istehsal prosesində yaradılmış və təsərrüfat üzvlərinin maddi
və mənəvi tələbatlarının ödənilməsi üçün müəyyən edilmiş milli gəlirin bir hissəsidir. Bu
gəlirlər əmək məsrəflərini, yəni istehsal prosesində insanların sərf etdikləri bütün fiziki və
zehni qabiliyyətlərini ödəməlidir. Lakin müasir cəmiyyətdə milli gəlirin qeyri-bərabər
bölüşdürülməsinə görə ev təsərrüfatının ayrı-ayrı kateqoriyalarında resurslar iş qüvvəsini
tələb olunan səviyyədə saxlamaq üçün kifayət etmir. Ona görə də dövlət büdcə və
156
büdcədənkənar fondlar, sahibkar isə mənfəət hesabına ev təsərrüfatının vəsaitini tamamlayır.
Ev təsərrüfatının təminatlılığı göstəricilərindən biri ümumi gəlirdir. Ev təsərrüfatının ümumi
gəliri - məcmu gəlirdir ki, bu da özünə daxil edir:
pul gəlirlərini, ərzaq məhsullarının natural daxilolmalarının dəyərini, dövlət və
sahibkarın natural ifadədə verdikləri güzəştlər, dotasiya və hədiyyələr (yığılmış əmanətlər
nəzərə alınmadan).
Natural gəlirlər - yardımçı təsərrüfatlarda istehsal edilmiş məhsulların dəyəri, öz
istehlakçıları üçün yerinə yetirilmiş xidmətin dəyəri və habelə işverən- lərdən və dövlətdən
əmtəə-material qiymətlilərlə mükafatlandırılma qaydasında alınmış dəyərlər formasında çıxış
edir. Azərbaycanda natural gəlirləri nəinki kənd əhalisi həm də şəhər əhalisi əldə edirlər ki,
bu da bütövlükdə əhalinin maddi cəhətdən nisbətən aşağı səviyyədə təminathğmı sübut edir.
Qeyd etmək lazımdır ki, yardımçı təsərrüfatlarda öz istehlakçıları üçün məhsul istehsalı və
xidmət göstərilməsi istehsal prosesinin aşağı səviyyədə mexanikləşdirilməsi üzündən xeyli
əmək məsrəfliliyi ilə xarakterizə edilir və natural formada daxilolmalar mövcud imkanlara
nisbətən müqayisədə olduca aşağıdır. Ev təsərrüfatı gəlirlərinin strukturuna bir sıra amillər
təsir göstərir (sosial tərkib, say tərkibi, yaşayış yeri - şəhər və ya kənd və s.). Belə ki, elə ev
təsərrüfatları vardır ki, əməyin ödənilməsi pul gəlirlərinin 100%-ni təşkil edir,
məsələn elə ev
təsərrüfatları vardır ki, pul gəlirləri yalnız dövlət sosial transfertlər hesabına formalaşır,
məsələn azyaşlı nəvəsini tərbiyə edən təqaüdçü - ər və arvad.
Pul gəlirləri ev təsərrüfatında əsas gəlir mənbəyidir. Pul gəlirləri aşağıdakı mənbələr
hesabına formalaşır:
1) muzdla tutulduğu zaman əmək müqaviləsini yerinə yetirdikdə ev təsərrüfatı
üzvlərinin əldə etdikləri əməyin ödənilməsi və habelə mükafat, əmək haqqına daimi əlavələr,
işverənlər tərəfindən sosial-mədəni məqsədlərə ödənişlər: müavinət, nəqliyyat xərclərinin,
göndərişlərin və s. ödənilməsi;
2) mənfəət, dividendlər, qiymətli kağızlar və əmanətlər üzrə faizlər, icarə haqqı və s.
formada sahibkarlıq
fəaliyyətindən gəlirlər;
3) dövlət sosial ödəmələri (transfertlər) - pensiya, müavinət, büdcədən və
büdcədənkənar sosial fondlardan ödənişlər;
4) sair daxilolmalar (sığorta
ödənişləri, əmlakın satışından gəlirlər və s.).
Son illər özəl sektorun və sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülmüş ardıcıl
işlər nəticəsində əhalinin gəlirlərinin strukturunda sahibkarlıq fəaliyyətindən daxil olmaların
xüsusi çəkisi artmışdır.
Pul gəlirləri nominal və real gəlirlər kimi təsnifləşdirilir. Nominal gəlirlər - pul vahidində
(manatla) müəyyən dövr ərzində nominal (banknotlarm üstündə göstərilən dəyər) dəyər üzrə
gəlirdir. Onlar ev təsərrüfatının istehlakı və əmanətlərinin mümkün səviyyəsini əks etdirir.
Real gəlirlər - istehlak qiymətləri indeksinə korrektə edilmiş cari dövrün pul gəlirləridir.
Onlar nominal gəlirlərə faktiki olaraq əldə ediləcək əmtəə və xidmətlərin miqdarını göstərir.
Ev təsərrüfatı üçün gəlirlər ailənin həqiqi həyat səviyyəsini və rifahını əks etdirir, onlar
insanın maddi və mənəvi tələbatının ödənilməsini təmin edir.