“maliYYƏ” fənnindən mühazirə mətnləri


Xərclərin  üçüncü  qrupu  -  əmanət  və  yığımlardır  ki



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə147/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   143   144   145   146   147   148   149   150   ...   157
Maliyyə muhazirələri yeni (1)

Xərclərin  üçüncü  qrupu  -  əmanət  və  yığımlardır  ki,  onlar  da  bazar  iqtisadiyyatı 
münasibətləri  şəraitində  ev  təsərrüfatının  fasiləsiz  inkişafını  təmin  edir.  Bu  xərclər  Milli 
iqtisadiyyatın  sabitliyinin  təmin  edilməsində  mühüm  rol  oynayır  və  mühüm  investisiya 
mənbəyi  hesab  edilir.  Ev  təsərrüfatı  üçün  əmanət  və  yığımların  zəruriliyi  aşağıdakılarla 
əlaqədardır:   
- uzun  müddətə  istifadə  edilən  bahalı  əmtəə  və  xidmətlərin  alınması  üçün  ehtiyatın 
yaradılması;   
- gəlirlərin tərəddüdü zamanı istehlak xərclərinin adi səviyyəsini saxlamaq üçün sığorta 
fondunun formalaşması;   
- gəlirliyin  səviyyəsini  yüksəltmək  məqsədi  ilə  qiymətli  kağızları  investisiyalaşdırmaq 
üçün pul fondlarının yaradılması.   
İqtisadi  islahatların  həyata  keçirilməsinin  başlanğıcında  əhalidə  xeyli  pul  yığımı 
olmuşdur. Lakin 90-cı illərin birinci yarısında güclü inflyasiya əhalinin kredit təşkilatlarına 
inamını azaltmışdır.   
Hazırda ev təsərrüfatının pul yığımları və əmanətləri iki formada çıxış edir:  
qeyri-mütəşəkkil  və  mütəşəkkil.  Birinci  forma  -  əhalidə  manatla  və  xarici  valyutada 
nağd puldur. Xarici valyutanı alanlar banklara və milli valyutaya inamını itirmiş və habelə 
xaricdən istehlak mallarını alıb və onları Azərbaycana idxal etmək üçün xarici valyuta alan 
insanlardır. İkinci forma  - kommersiya bankları hesablarında olan və ya qiymətli kağızlara 
qoyulan pul vəsaitləridir.   
 


159 
 
 
 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin