“maliYYƏ” fənnindən mühazirə mətnləri


Ev  təsərrüfatının gəlirləri aşağıdakı kimi təsnifləşdirilir



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə142/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   138   139   140   141   142   143   144   145   ...   157
Maliyyə muhazirələri yeni (1)

Ev  təsərrüfatının gəlirləri aşağıdakı kimi təsnifləşdirilir:  
- əmək gəlirləri;  
- kənd təsərrüfatı məhsullarının satışından gələn gəlirlər;  
- sosial transfertlər; - digər gəlirlər.  
Ev təsərrüfatının fəaliyyət növlərinə aiddir:  
• 
İctimai və özəl sektorda ödənişli işlər;  


152 
 
 
 
• 
Ev təsərrüfatı çərçivəsində ödənilməyən işlər;  
• 
Digər ev təsərrüfatı üzvlərinin gördüyü işlər və ya  onlar üçün görülən işlər.  
Ev təsərrüfatlarının təklifləri  istənilən halda xüsusi biznes təşkilindən fərqlidir, burada  
görülən bütün işlər üçün pul ödənilmir.  
Ev təsərrüfatı maliyyəsinin sosial iqtisadı mahiyyəti öz təzahürünü onun funksiyalarında 
tapır.  Hazırda  o,  iki  əsas  funksiya  yerinə  yetirir:  ailənin  həyat  tələbatının  ödənilməsi  və 
bölüşdürücü.   
Burada  əsas  funksiya  ailənin  həyat  tələbatının  ödənilməsi  funksiyasıdır.  O,  həmin 
ailənin  üzvlərinin  mövcudluğuna  real  şərait  yaradır.  Bazar  münasibətlərinin  inkişafı  bu 
funksiyanın  təzahür  formasına  xeyli  təsir  göstərmişdir.  Natural  təsərrüfat  dövründə  ailə 
üzvləri  tərəfindən  yaradılmış  məhsul  onların  tələbatını  ödəyir  və  artıq  qalan  məhsul  nadir 
hallarda  miıbadiləyə  daxil  olurdu.  Əmtəə-pul  münasibətləri  nəticəsində  bazarın  meydana 
gəlməsi və inkişafı ilə aşağıdakılar baş verir:  
1) ailənin maddi, sosial və digər tələbatları genişlənir:  
2) ev təsərrüfatının pul vəsaitlərinin yaranması və inkişafı;  
3) pul fondlarını maddi nemətlərlə təmin etmək üçün ailə büdcəsinin meydana gəlməsi.   
Ev  təsərrüfatı  maliyyəsinin  bölüşdürücü  funksiyası  ÜDM  və  MG  dəyərinin  bölgüsünü 
və ailənin ilkin gəlirlərinin formalaşmasını əhatə edir.  
 Ev təsərrüfatının maliyyəsi vasitəsilə həyata keçirilən bölgü prosesi özünə aşağıdakıları 
daxil edir:   
1)  mövcud  təsərrüfat  vahidi  ilə  maliyyə  sisteminin  digər  sfera  və  həlqələri  (dövlət 
maliyyəsi  ilə,  büdcə  və  büdcədənkənar  fondlar  və  kommersiya  müəssisə  və  təşkilatları) 
arasında. Nəticədə əmək haqqı, pensiya və müavinət şəklində ilkin gəlirlər yaradılır;   
2)fərdiləşmiş pul vəsaiti fondları yaratmaqla vəsait bölüşdürüldükdə və fərdiləşdirildiyi 
vaxt ev təsərrüfatı üzvləri arasında münasibətlər.   
Müasir  iqtisadi  ədəbiyyatlarda  bu  iki  funksiyadan  əlavə  ev  təsərrüfatının  nəzarət  və 
tənzimləyici funksiyaları da yerinə yetirdiyi qeyd edilir. Ev təsərrüfatının nəzarət funksiyası 
əldə  edilmiş  gəlirlərin  müxtəlif  fondlar  üzrə  bölgüsü  və  bu  fondların  vəsaitlərinin 
məqsədyönlü istifadəsinə nəzarət edilməsi deməkdir.  
Tənzimləyici funksiya isə bütöv vahid kimi ev təsərrüfatının tarazlı inkişafını müdafiə 
etməyi  nəzərdə  tutur.  Lakin  bu  funksiyalara  həm  tənzimləyici  və  həm  də  nəzarəti  nəzərdə 
tutan tənzimləmə funksiyasının tərkib hissəsi kimi baxmaq olar.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin