“maliYYƏ” fənnindən mühazirə mətnləri


DÖVLƏT GƏLİRLƏRİNİN İQTİSADİ TƏBİƏTİ VƏ TƏSNİFATI



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə42/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   157
Maliyyə muhazirələri yeni (1)

  
4.3.DÖVLƏT GƏLİRLƏRİNİN İQTİSADİ TƏBİƏTİ VƏ TƏSNİFATI  
  
Dövlətin maliyyə fəaliyyəti zamanı bir-birilə qarşılıqlı əlaqədə olan 2 prosses baş verir: 
maliyyə  resurslarının formalaşması və toplanmış vəsaitlərin dövlətin müxtəlif tələbatlarının 
ödənilməsi üçün istifadə olunması. Burada birinci prosses dövlət gəlirləri, ikincisi isə dövlət 
xərcləri adlanır.  
Dövlət  gəlirləri  dövlət  hakimiyyət  orqanlarının  müxtəlif  səviyyəli  büdcələrinə  və 
büdcədənkənar  fondlara keçirilən pul vəsaitlərini ifadə edir.   Dövlət gəlirləri- vergi və vergi 
olmayan gəlirlər və əvəzsiz olaraq daxilomalardan ibarətdir.  
Dövlət  maliyyə  resurslarının  formalaşması  mənbəyi  ÜDM,  xarici  iqtisadi  fəaliyyətdən 
daxil  olmalar,  milli  sərvətin  bir  hissəsidir.(məs:  torpağın,  qeyri-maddi  aktivlərin,  müsadirə 
edilmiş  və  yaxud  sahibsiz  əmlakın  satışından  daxilomalar)  Dövlət  gəlirləri  milli  gəlirin 
bölgüsü  və  yenidənbölgüsü  prossesi  nəticəsində  dövlətə  daxil  olan  pul  və  yaxud  maddi 


39 
 
 
 
resurslardır.  Dövlət  bu  vəsaitlərdən  özünün  müxtəlif  daxili  və  xarici  funksiyalarını  həyata 
keçirmək məqsədi üçün istifadə edir. Dövlət gəlirlərinin formalaşması sistemi həmişə dövlətin 
diqqət mərkəzində olmuşdur. Çünki dövlət gəlirləri hər bir ölkənin sosial-iqtisadi inkişafının 
başlıca  şərti  olmaqla,  onun  maddi-maliyyə  əsasını  təşkil  edir.    Hər  bir  ölkədə  dövlət 
gəlirlərinin formalaşması, onun səfərbər edilməsinin özünəməxsus xüsusiyyətləri vardır.  
Dövlət  gəlirləri  mərkəzləşdirilmiş  və  qeyri-mərkəzləşdirilmiş  gəlirlərə  bölünür. 
Mərkəzləşdirilmiş gəlirlərə büdcə gəlirləri, büdcədənkənar dövlət fondlarının gəlirləri, xarici 
iqtisadi əlaqələrdən daxilolmalar aiddir.   
Bir  qayda  olaraq  büdcə  və  büdcədən  kənar  fondların  gəlirlərindən  ümumidövlət 
ehtiyacları,  müəssisə  və  təşkilatların  gəlirlərindən  isə  onların  öz  daxili  ehtiyacları  üçün 
istifadə edilir.  
Mərkəzləşdirilmiş  dövlət  gəlirlərində  əsas  yeri  büdcə  gəlirləri  təşkil  edir.  Bu  vəsaitlər 
hesabına  cəmiyyətin  inkişafının  iqtisadi  və  sosial  məsələləri  həll  edilir.  Bilirik  ki,  hər  bir 
ölkənin  iqtisadi  və  siyasi  gücü  onun  dövlət  büdcəsi  ilə  müəyyən  edilir.  Büdcə  dövlətin  və 
bələdiyyələrin  əsas  maliyyə  təminatı  olmaqla  mərkəzləşdirilmiş  və  qeyri-mərkəzləşdirilmiş 
pul  vəsaiti  fondlarının  yaranması  və istifadəsini  həyata  keçirir.  Büdcə  vəsaitlərinin  köməyi 
ilə  iqtisadi  və  sosial  proseslərin,  elmi-texniki  tərəqqinin  inkişafı,  investisiya  potensialının 
formalaşdırılması və tənzimlənməsi həyata keçirilir. Dövlət gəlirlərinin tərkibi dövlətin onun 
üçün  zəruri  olan  pul  vəsaitlərinin    səfərbərliyə  alınması  metodlarından  asılıdır. 
Respublikamızda  dövlət  gəlirlərinin səfərbərliyə  alınmasının  üç  əsas  metodundan:  vergilər, 
borclar və emissiya metodundan istifadə edilir. Dövlət büdcəsi gəlirlərində əsas yeri vergilər 
təşkil edir.Vergilər vasitəsilə mühüm sosial problemlər həll edilir.   
Büdcədənkənar fondların formalaşması dövlət hakimiyyət orqanlarının müxtəlif mühüm 
sosial-iqtisadi tədbirlərin həyata keçirilməsi üçün xeyli həcmdə maliyyə resurslarına tələbatın 
yaranması ilə əlaqədardır. Bu fondların vəsaiti hesabına sosial ödənişlər təmin edilir, müxtə-
lif təbiəti mühafizə tədbirləri maliyyələşdirilir. Bu fondların vəsaitləri dövlət gəlirlərinin for-
malaşmasında mühüm mənbə hesab edilir. Büdcədənkənar fondlar dövlət hakimiyyət orqan-
larının və yerli özünüidarəetmə orqanlarının maliyyə resurslarının formalaşması və istifadəsi 
forması kimi çıxış edir. Onların yaradılmasında əsas məqsəd mümkün olan vəsaitləri topla-
maq və onları ölkənin sosail-iqtisadi məsələlərinin həllinə yönəltməkdən ibarətdir. Respubli-
kamızda  həcminə  və  əhəmiyyətinə  görə  ən  iri  büdcədənkənar  fondlardan  Dövlət  Sosial 
Müdafiə Fondu və Dövlət Neft Fondunu göstərmək olar.  
Dövlət gəlirlərinin səfərbərliyə alınmasının digər metodu pulun emissiyasıdır.  
Emissiya kağız pul şəklində, həm də kredit emissiyası formasında ola bilər. Dövlət daim 
artan dövlət xərcləri kifayət etmədikdə emissiyadan istifadə edir.  
Beləliklə,  dövlət  gəlirləri  dövlət  maliyyəsinin  funksional  sistemini  təşkil  edir.  Bu  da 
özündə aşağıdakıları əks etdirir:     
- dövlət büdcəsinin gəlirləri;   
  -büdcədənkənar fondların gəlirləri;     
- dövlət tərəfindən cəlb edilmiş kreditlər və yerləşdirilmiş borclar.  


40 
 
 
 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin