42
münasibətlər bələdiyyə ərazisində fəaliyyət göstərən təsərrüfat subyektləri və orada yaşayan
əhali arasında yaranır. Bələdiyyələrin fəaliyyətinin qurulması onların maliyyə mənbələrinin
müəyyən edilməsindən bilavasitə asılıdır. Bu məqsədlə 7 dekabr 1999-cu il tarixdə
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul
edilmişdir. Bu qanuna əsasən bələdiyyələrin maliyyə vəsaitlərinin formalaşması və istifadəsi
özünüidarəetmə, müstəqillik, aşkarlıq və milli mənafelərin əlaqələndirilməsi prinsipinə
əsaslanır.
Bələdiyyələrin
maliyyə münasibətləri AR Konstitusiyasına, “Bələdiyyələrin
maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Bələdiyyələrin
statusu haqqında”, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunları və digər
normativ hüquqi aktlarla tənzimlənir.
Bələdiyyələrin maliyyə vəsaitlərini yerli büdcə vəsaitləri və büdcədənkənar fondlar,
valyuta fondu, yerli özünüidarəetmə orqanlarına mənsub olan dövlət və bələdiyyə qiymətli
kağızları, bələdiyyələrin fəaliyyətinə kömək məqsədilə dövlət tərəfindən verilən dotasiya,
subvensiyalar və digər vəsaitlər təşkil edir.
Bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli
büdcə və büdcədənkənar fondlar təşkil edir.
Bələdiyyələrin maliyyəsinin təşkilində bələdiyyə mülkiyyəti mühüm rol oynayır.
“Bələdiyyələrin statusu haqqında” AR Qanununa əsasən bələdiyyələrin mülkiyyətinə
aşağıdakılar aiddir:
- yerli verglər və ödənişlər hesabına formalaşan
yerli büdcənin vəsaiti;
- bələdiyyələrin büdcədənkənar fondları;
- bələdiyyə əmlakı, bələdiyyə torpaqları;
- bələdiyyə müəssisə və təşkilatları;
- bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları;
- dövlət və xüsusi mülkiyyətdə
olmayan yollar;
- bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və
idman müəssisələri; - və s.
Bələdiyyə mülkiyyəti AR Konstitusiyası, “Mülkiyyət haqqında”, “Bələdiyyə
mülkiyyətinə əmlakın verilməsi haqqında” və s. qanunlarla tənzimlənir.
Bələdiyyələrin əsas vəzifəsi AR konstitusiyası və qanunları ilə müəyyənləşdirilən,
bələdiyyə əhalisinin həyat və fəaliyyətinin təmin edilməsi ilə bağlı olan yerli əhəmiyyətli
sosial-iqtisadi inkişaf proqramları həyata keçirmək, əhalinin maddi və mədəni həyat
səviyyəsıni yüksəltməkdir.
Bələdiyyələr öz fəaliyyətlərini həyata keçirmək üçün qanunvericiliklə müəyyən edilmiş
mənbələr hesabına gəlirlərini formalaşdırır. Bələdiyyələrin xərcləri bu vəsaitlər hesabına
maliyyələşdirilir.
Ölkəmizdə yerli büdcələri balanslaşdırmaq məqsədilə yerli özünüidarəetmə orqanları
daxili maliyyə bazarlarında bələdiyyə borcları və müəyyən bələdiyyə əmlakının haqqı
ödənilməsi şərtilə özgəninkiləşdirilməsi formasında vəsait cəlb edilməsini həyata keçirir. Bu
orqanlara xaricdən borcalma hüququ verilməmişdir. Bələdiyyələrin maliyyə resurslarının
43
mənbəyi regional ümumi daxili məhsul, bələdiyyə mülkiyyətində olan milli sərvətin bir
hissəsidir.
Bələdiyyə xərcləri yerli özünüidarəetmə orqanlarının büdcələrindən və büdcədənkənar
fondlardan yerli əhəmiyyətli məsələlərin həllinə yönəldilmiş pul vəsaitləridir.
Bələdiyyə xərclərinin zəruriliyi əhalinin mövcud tələbatı ilə əlaqdardır:
- mənzil fondunun saxlanması;
- əhaliyə nəqliyyat xidmətinin
göstərilməsi;
- ərazilərin abadlaşdırılması;
- ictimai asayişin qorunması;
- bələdiyyə qurumlarının idarə edilməsi.
Bələdiyyə büdcələri bələdiyyə maliyyəsinin əsasını təşkil edir. Bələdiyyə maliyyəsinin
formalaşdırılması da müəyyən prinsiplərə əsaslanır:
- özünüidarəetmə;
- müstəqillik;
- yerli mənafenin respublikanın mənafeyi ilə uzlaşdırılması.
Dostları ilə paylaş: