“maliYYƏ” fənnindən mühazirə mətnləri


DÖVLƏT XƏRCLƏRİNİN İQTİSADI MAHİYYƏTİ VƏ TƏRKİBİ



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə43/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   157
Maliyyə muhazirələri yeni (1)

4.4.DÖVLƏT XƏRCLƏRİNİN İQTİSADI MAHİYYƏTİ VƏ TƏRKİBİ  
  
Müasir  mərhələdə  dövlətin  funksiya  və    vəzifələri  bir  sıra  iqtisadi-siyasi  metodlarla 
həyata  keçirilir.  Bu  zaman  maliyyə  münasibətləri  başlıca  vasitə  kimi  çıxış  edir.  Dövlət 
maliyyəsinin fəaliyyəti gedişində bir-birilə qarşılıqlı əlaqədə olan 2 prosses baş verir. Dövlət 
gəlirləri yaranır və gəlirlər hesabına dövlət xərcləri həyata keçirilir.  
Dövlət  xərcləri  dövlətin  mərkəzləşdirilmiş  və  qeyri-mərkəzləşdirilmiş  gəlirlərin 
istifadəsi  ilə  şərtlənir.  Dövlət  xərclərinin  məzmunu  dövlətin  iqtisadi,  sosial,  idarəetmə  və 
müdafiə  funksiyaları  ilə  bağlıdır.    Dövlət  xərcləri  özünü  maliyyələşdirmə,  büdcədən 
maliyyələşdirmə və kreditlə təmin olunma formasında həyata keçirilir.  
Dövlət  xərcləri  həm  dövlətin  mərkəzləşdirilmiş  xərclərini,  həm  də  digər  dövlət 
qurumlarının  qeyri-mərkəzləşdirilmiş  xərclərini  əhatə  edir.  Davam  etməkdə  olan 
özəlləşdirmə, səhmdarlaşma və qeyri-istehsal sahələrinin digər formalarının və kommersiya 
strukturlarının  yaradılması  şəraitində  dövlət  xərclərinin rolu  nisbətən  azalır,  dövlət  xərcləri 
ilə  qeyri-dövlət  təşkilatlarının  xərcləri  arasında  nisbət  dəyişir.    Dövlət  xərclərinə  dövlət 
təyinatlı xərclərlə yanaşı yerli təyinatlı xərclər də-kiçik biznesə və sahibkarlığa, xüsusi milli 
kapitalın  iştirakı  ilə,  xarici  təşkilatlar  tərəfindən  aparılan  xərclər  aiddir.  Daxilolma 
mənbəyindən asılı  olmayaraq  respublikamızda  bütün  dövlət  xərcləri  vahid  prinsip  əsasında 
həyata keçirilir. Onlar dövlətin sosial-iqtisadi proqramlarına uyğun olaraq bölüşdürülür.   
 Bildiyimiz kimi dövlət xərcləri 4 qrup üzrə təsnifləşdirilir: idarəetmə xərcləri, müdafiə 
və hüquq-mühafizə orqanlarının saxlanma xərcləri, sosial yönümlü xərclər, dövlətin iqtisadi 
siyasətinin həyata keçirilməsi ilə bağlı xərclər. Dövlət xərcləri sahələr üzrə təsnifləşdirilərək 
maddi  istehsal  sahələrinin  xərcləri  və  qeyri-maddi  istehsal  sahələrinin  xərclərinə  bölünür. 
İstehsal sferası xərclərinə məhsulun istehsalı və satışı ilə əlaqədar xərclər aiddir. Bu xərclərə 
sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, rabitə və s. xərclər daxildir. Qeyri-istehsal sferası 
xərclərinə  idarəetmə,    müdafiə,  təhsil,  səhiyyə,  sosial  təminat,  mədəniyyət  və  s.  xərclər 
aiddir.  
Dövlət  xərcləri  büdcə  və  büdcədənkənar  fondlar  sistemi  vasitəsilə  həyata  keçirilən 
birbaşa xərclərdən və dövlət müəssisələrinin xərclərindən ibarətdir.  
Dövlət  xərclərinin  mühüm  tərkib  hissəsini    dövlət  büdcəsi  təşkil  edir.  AR  dövlət 
büdcəsinin  xərcləri  dinamik  olaraq  artır.  Dövlət  büdcəsi  dövlətin  funksiyalarının  yerinə 
yetirilməsi ilə əlaqədar olan xərclərin maliyyələşdirilməsini təmin edir.Bu xərcərin tərkibində 
iqtisadiyyata  ayrılan  xərclər  artır.  Dövlətin  sosial  fəaliyyəti  ilə  əlaqədar  xərclər  mühüm 
əhəmiyyətə  malikdir.  Bu  xərclər  hesabına  sosial-mədəni  tədbirlər  təmin  edilir,  əhalinin 
mənzil və digər problemləri həll edilir.  
Dövlət xərclərinin tərkibində büdcədənkənar fondların xərcləri əhəmiyyət kəsb edir. Bu 
xərclər  həm  sosial,  həm  də  istehsal  xarakterli  olur.  Onların  yaradılmasında  əsas  məqsəd 
əhaliyə  sosial  xidmətin  genişləndirilməsi,  infrastruktur  sahələrin  inkişafının  stimullaşdırıl-
ması, iqtisadiyyatın aparıcı sahələrinin əlavə vəsaitlə təmin edilməsi və s. ibarətdir.  
Vəsaitlərin  cəlb  edilməsi  və  istifadəsinə  görə  ən  böyük  fond    AR  ƏƏSM  Nazirliyi 


41 
 
 
 
yanında  AR  Dövlət  Sosial  Müdafiə  Fondudur.  Fond  öz  vəzifə  və  funksiyalarını  həyata 
keçirmək  üçün  xüsusi  büdcəyə  malikdir.  Bütün  növ  pensiya,  pensiyaya  əlavələrin  təyin 
edilməsi, maliyyələşdirilməsi və ödənilməsinə nəzarət DSMF-na tapşırılmışdır.  
Neft  hasilatının  artımı  nəticəsində  əldə  olunan  gəlir  axınını  idarə  etmək  üçün  zəruri 
ehtiyatı nəzərə alaraq AR Prezidentinin 1999-cu il 29 dekabr tarixli Fərmanı ilə AR Dövlət 
Neft  Fondu  yaradılmışdır.  Onun  qarşısında  qoyulan  əsas  vəzifə  vətəndaşların  bugünki  və 
gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarından istifadə edilməsindən əldə 
olunan valyuta vəsaitlərinin yığılması və səmərəli istifadə edilməsini təmin eiməkdir.  
Bazar  iqtisadiyyatı  şəraitində  qeyri-mərkəzləşdirilmiş  dövlət  xərcləri  də  mühüm 
əhəmiyyət  kəsb  edir.  Bu  xərclər  müəssisə,  təşkilat  və  idarələrin  özləri  tərəfindən  həyata 
keçirilir.  Dövlət  xərclərinin  xeyli  hissəsi  dövlət  müəssisələrinin  fəaliyyəti  ilə  bağlıdır. 
Respublikamızda  dövlət  mülkiyyəti  öz  əhəmiyyətin  saxmaqda  davam  edir.  Neft  sənayesi, 
yanacaq-energetika  kompleksi  və  digər  mühüm  sahələr  dövlət  bölməsinin  fəaliyyəti 
sferasındadır.  Bu  təsərrüfat  sahələrinin  maliyyələşdirilməsi  ilə  bağlı    xərclər  əsas  etibarilə 
dövlət bölməsi miqyasında aparılır.  
Dövlət  xərclərinin  strukturunda  müəssisələrin  subsidiyalaşdırılması  və  inkişafına 
vəsaitlərin ayrılması, birbaşa kapital qoyuluşları önəmli yer tutur.  
Beləliklə,  dövlət  xərcləri  dövlət  büdcəsinin  xərclərindən,  dövlətin  kredit  fəaliyyəti  ilə 
əlaqədar xərclərindən və büdcədənkənar fondların xərclərindən ibarətdir.  
Dövlətin  xərc  siyasəti  iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  və  sabitləşdirilməsinin 
mühüm  alətidir.  O,  ÜDM-un  həcminə,  əhalinin  məşğulluğuna  və  tələbin  tənzimlənməsinə 
bilavasitə  təsir  göstərir.  Dövlət  xərcləri məqsədli  xarakter  daşıyır.  O,  sosial-iqtisadi  inkişaf 
planlarında  və müəssisənin biznes planında, xərc smetasında nəzərdə tutulmuş məqsədlərə 
sərf edilir. Bu xərclər geri qaytarılmamaq xarakteri daşıyır.   
  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin