“maliYYƏ” fənnindən mühazirə mətnləri


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BORCU



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə73/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   157
Maliyyə muhazirələri yeni (1)

 
7.5. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BORCU 
  
“Dövlət  borcu  haqqında”  Azərbaycan  Respublikasının  07  avqust  2007-ci  il  tarixli 
Qanununa    əsasən  borc  öhdəlikləri  aşağıdakı  formalarda  həyata  keçirilə  bilər:  AR-nın 
adından  kredit  təşkilatları,  xarici  dövlətlərlə  və  beynəlxalq  maliyyə  təşkilatları  ilə  həmin 
kreditorların  xeyrinə  bağlanmış  kredit  sazişləri  və  müqavilələri;  ölkə  adindan  buraxılmış 
dövlət  qiymətli  kağızları;  AR-nın  dövlət  zəmanəti  verilməsi  haqqında  müqavilə,  qəbul 
edilmiş qanuna əsasən üçüncü şəxsin borc öhdəliyinin AR-nın dövlət borcuna çevrilməsinin 
yenidən rəsmiləşdirilməsi; və s.  
Borc  öhdəliklərinin  ödənilməsi  aşağıdakı  şərtlərdən  ibarətdir:  borc  öhdəliyi  vaxtənda 
ödənilir, bu öhdəlik borcun konkret şərtlərindən asılı olaraq müəyyən edilit və 30 ildən artıq 
ola bilməz.  
AR-nın dövlət borcları daxili və xarici dövlət və bələdiyyə borclarına ayrılır.  
Daxili  dövlət  borcu  AR-nın  rezidentləri  ilə  milli  valyutada  bağlanmış  müqavilələrin 
öhdəlikləri üzrə borcudur. Daxili dövlət borclarının həcminə dövlər qiymətli kağızları üxrə 
borc məbləği, Azərbaycanın aldığı kreditlər üzrə borcun həcmi, digər büdcə səviyyələrindən 
alınmış  büdcə  ssudaları  və  kreditləri  üzrə  əsas  borcların  həcmi,  dövlət  zəmanəti  üzrə 
öhdəliklərin həcmi, AR-nın rezidentləri ilə bağlanmış müqavilələr üzrə kreditlərin alınması 
və s. aiddir.  
Daxili  dövlət  borcu  əsasən  dövriyyəyə  müxtəlif  növ  qiymətli  kağızlar  buraxmaq  və 
yerləşdirmək yolu ilə həyata keçirilir.  
Xarici borclanmadan fərqli  olaraq daxili borclanmanı nəinki AR-sı, həm də Naxçıvan 
MR  və  yerli  özünüidarəetmə  orqanları  da  həyata  keçirir.  Dövlət  qiymətli  kağızları  dövlət 
borcunun  bir  forması  olmaqla,  borcalan  qismində  AR  ilə  kreditor  qismində  fiziki  və  ya 
hüquqi  şəxslər  arasında  milli  və  digər  valyutada  qısamüddətli  və  ya  uzunmüddətli  borc 
müqaviləsindən ibarətdir.  
Xarici borcun həcmi artdıqda ölkənin xarici dövlətlərdən asılılıgı güclənir. Xarici dövlət 


80 
 
 
 
borcu  müəyyən  hədd  daxilinə  səmərəli  olur.  Borc  vəsaitləri  səmərəli  sahələrin  inkişafına 
yönəldilərsə, ümumi iqtisadi artıma nail olunar. Əks halda yəni bu vəsaitlər səmərəli istifadə 
olunmadıqda bir çox iqtisadi problemlər yaranır. Məs.milli valyutanın qiymətdən düşməsi.   
Azərbaycanın xarici dövlət borclarının 70%-i uzunmüddətlidir. Yəni 7-10 il güzəştə və 
35-40 il müddətinə alınmışdır.   
01  yanvar  2018-ci  il  tarixə  AR-nın  xarici  dövlət  borcu  9.398.3  milyon  ABŞ  dolları 
(15978,1  milyon  manat),    xarici  dövlət  borcunun  ÜDM-a  olan  nisbəti  22,8%  (2017-ci  iə 
nisbətən 70135,1 milyon manat ÜDM-a nisbətdə) təşkil etmişdir.   
Bələdiyyə borcları – bələdiyyə qurumlarının borc öhdəliklərinin məcmuudur. Bələdiyyə 
qurumlarının  əsas  borc  öhdəlikləri  bunlardır:  bələdiyyə  qurumlarının  bagladığı  kredir 
sazişləri və müqavilələri, qiymətli kağızların buraxılması yolu ilə həyata keçirilən bələdiyyə 
qurumları  istiqrazları,  bələdiyyə  qurumlarının  zaminliyi  müqaviləsi.Bələdiyyə  borcunun 
yuxarı həddi bələdiyyə büdcə gəlirinin həcmindən çox olmamalıdır.   
  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin