“maliYYƏ” fənnindən mühazirə mətnləri


MÜƏSSİSƏLƏRİN MALIYYƏ MÜNASİBƏTLƏRİ  VƏ MALİYYƏ



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə76/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   72   73   74   75   76   77   78   79   ...   157
Maliyyə muhazirələri yeni (1)

8.2.MÜƏSSİSƏLƏRİN MALIYYƏ MÜNASİBƏTLƏRİ  VƏ MALİYYƏ 
RESURSLARI  
 
Müəssisələr öz fəaliyyəti prosesində malsatan və malalan təşkilatlarla, birgə əməkdaşlıq 


84 
 
 
 
üzrə tərəfdaşları ilə, ittifaq və assosasiyalarla, banklarla, büdcə təşkilatları ilə, büdcədənkənar 
fondlarla  və  digərləri  ilə  təsərrüfat  əlaqələri  qurur.  Bu  çoxşaxəli  maliyyə-təsərrüfat 
münasibətlərinin  əsasını  pul  və  pulun  hərəkəti  təşkil  edir.  Pulun  hərəkəti  vasitəsilə  həm 
satıcının,  həm  də  alıcının  maraqları  qarşılıqlı  şəkildə  təmin  olunur  və  hər  bir  müəssisənin 
əldə etdiyi gəlir hesabına xüsusi pul fondlarının yaradılmasına iqtisadi zəmin yaranır. İqtisadi 
kateqoriya kimi, müəssisənin maliyyəsi-pulun hərəkəti vasitəsilə baş verən iqtisadi, maliyyə 
münasibətlərinin  məcmusudur  ki,  onların  nəticəsində  də  müəssisədə  müxtəlif  pul  fondları 
yaranır və istifadə edilir.   
Müəssisənin maliyyə münasibətləri əsasən dörd istiqamətdə aparılır:  
- yuxarı  təşkilatlarla  olan  münasibətləri  əhatə  edən  sistemdaxili  (ittifaqdaxili, 
assosiyadaxili və s.)  
- digər müəssisə və təşkilatlarla;   
- müəssisə daxilində;   
- maliyyə-kredit  sistemi  ilə(büdcə  və  büdcədənkənar  fondlarla,  banklarla,  sığorta 
təşkilatları ilə, birjalarla, müxtəlif fondlarla).   
Müəssisələrin  yuxarı  təşkilatlarla  (sistemdaxili)  münasibətləri  mərkəzləşdirilmiş  pul 
fondlarının  yaradılması  və  istifadəsi  ilə  bağlıdır.  İnvestisiyaların  maliyyələşdirilməsi, 
dövriyyə  vəsaitlərinin  tamamlanması,  idxal  əməliyyatlarının,  elmi  tədqiqatların 
maliyyələşdirilməsi məhz bu fondların vəsaiti hesabına tənzimlənir.   
Digər  müəssisə  və  təşkilatlarla  münasibətlər  möəssisənin  malgöndərənlərlə,  alıcılarla, 
tikinti-quraşdırma  və  nəqliyyat  müəssisələri  ilə,  xarici  ticarət  müəssisələri  ilə,  gömrük 
orqanları ilə, xarici dövlətlərin təşkilatları ilə olan əlaqələri əks etdirir.   
Müəssisənin  filialları,  sexləri,  və  bölmələri  arasında,  həmçinin  fəhlə  və  qulluqçularla 
olan münasibətlər müəssisədaxili maliyyə münasibətlərinin əsasını təşkil edir.   
Müəssisələrin  maliyyə-kredit  sistemi  ilə  münasibətləri  çoxşaxəlidir.  Bu  mönasibətlərə: 
müəssisənin  müxtəlif  səviyyəli  büdcələrə  və  büdcədənkənar  fondlarla  vergi  və  məcburi 
ayrılmaların köçürülməsi ilə bağlı olan münasibətlərini; sığorta təşkilatları ilə münasibətləri 
(sosial və tibbi sığortaya vəsait köçürmələri və habelə müəssisənin əmlakının sığortalanması, 
siğorta  ödənişləri);  banklarla  maliyyə  münasibətləri  (nağdsız  hesablaşmaların  təşkili, 
qısamüddətli və uzunmüddətli kreditlərin alınması və ödənilməsi əməliyyatları) və s.   
Müəssisənin fond  bazarı  ilə  maliyyə  münasibətləri  qiymətli  kağızlar  üzrə  əməliyyatlar 
vasitəsilə qurulur.   
Mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  müəssisələr  fəaliyyət  göstərməsi  üçün 
zəruri həcmdə maliyyə resursuna malik olmalıdır. Müəssisələrin maliyyə resursları istehsal 
vasitələri əldə etmək, maliyyə ehtiyatları yaratmaq, işçi qüvvəsini işə cəlb etmək, büdcə və 
mal  göndərənlərlə  hesablaşmaq,  bank  borclarını  ödəmək  və  s.  məqsədlər  üçün  lazımdır. 
Maliyyə  resursları  yaratmaq  və  onlardan  istifadə  etmək-müəssisələrin  istehsal-təsərrüfat  və 
digər fəaliyyət növlərinin ayrılmaz tərkib hissəsidir.   

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin