85
nəzərdə tutulmuş nağd və nağdsız formada xüsusi gəlirlərin və kənardan
daxilolmaların məcmusudur.
Müəssisələrin maliyyə resursları-onun təsərrüfat fəaliyyətini təmin etmək üçün
topladığı xüsusi və borc vəsaitlərinin məcmusu başa duşulur.
Müəssisələrin maliyyə resurslarının formalaşmasında əsas məqsəd onun təsərrüfat
fəaliyyətinin perspektiv inkişafını təmin edən maliyyə aktivlərini formalaşdırmaqdan
ibarətdir. Müəssisənin maliyyə resurslarının formalaşması prosesi aşağıdakı prinsiplər
əsasında həyata keçirilir:
1.Müəssisənin təsərrüfat fəaliyyətinin inkişaf perspektivlərinin nəzərə alınması. Belə ki,
resursların həcmi və strukturunun formalaşması prosesi müəssisənin gələcək inkişafının
bütün mərhələlərində təsərrüfat fəaliyyətinin təmin edilməsinə istiqamətlənir.
2.Maliyyə resurslarının ümumi həcmindən investisiya hissəsinin ayrılması.
3.Müəssisənin maliyyə təhlükəsizliyi baxımından maliyyə resurslarının formalaşmasının
əlverişli strukturunun təmin edilməsi. Əlverişli struktur müəssisənin maliyyə tarazlığını
təmin edir.
Maliyyə resursları formalaşma mənbələrinə görə xüsusi (daxili) və cəlb edilmiş (xarici)
resurslara bölünür.
Daxili maliyyə resurslarının əsas hissəsini təşkilatın sərəncamında qalan mənfəət təşkil
edir. Mənfəət aşagıdakı qaydada istifadə ediə bilər:
- tam həcmdə
istehlaka yönəldilə bilər;
- digər layihələrə investisiya
kimi istifadə edilə bilər;
- təkrar olaraq müəssisənin inkişafına yönəldilə bilər.
Mənfəətin hamısı təşkilatın səərəncamında qalmır. Onun bir hissəsi vergilər və digər
məcburi ödənişlər formasında büdcə sisteminə daxil olur. Təşkilatın sərəncamında qalan
mənfəət yığım, istehlak və ehtiyatlara bölünür.
Xüsusi maliyyə resursları tərkibində ikinci yer amortizasiya ayırmalarına məxsusdur.
Amortizasiya ayırmaları əsas istehsal fondlarının və qeyri-material aktivlərinin
köhnəlməsinin pul ilə ifadəsidir.
Müəssisələrin cəlb edilmiş vəsaitlərini aşağıdakı kmii təsnifləşdirmək olar:
- fond bazarında səhmlərin buraxılması;
- istiqrazların buraxılması;
Maliyə bazarında toplanmış vəsaitlərə xüsusi səhm və istiqrazların, digər qiymətli
kağızların satışından əldə edilən vəsaitlər aid edilir.
Yenidənbölgü qaydasında daxil olan vəsaitlərə sığorta ödənişləri, assosasiyalardan, baş
şirkətlərdən daxil olan maliyyə resursları, dividentlər və faizlər, büdcə subsidiyaları aiddir.
Büdcə təxsisatı-həm qaytarılmaq və həm də qaytarılmamaq şərti ilə verilə bilər. O,
dövlət sifarişlərinin, ayrı-ayrı investisiya proqramlarının maliyyələşdirilməsinə yönəldilir.
Bildiyimiz kimi, müəssisə cari təsərrüfat fəaliyyətini davam etdirməsi üçün nizamnamə
fonduna və ya nizamnamə kapitalına malik olmalıdır. Nizamnamə fondunun təşkili mənbələrinə
görə müəssisələr 2 qrupa bölünür: yeni təşkil olunan müəssisələr; fəaliyyətdə olan müəssisələr.
86
Yeni təşkil olunmuş müəssisələrdə Nizamnamə Fondu üzvlərin pay haqları,
uzunmüddətli kreditlər, büdcə vəsaitləri və s. hesabına formalaşır.
Fəaliyyətdə olan müəssisələrdə isə maliyyə ehtiyatlarının mənbəyi kimi məhsul
satışından gəlir, amortizasiya ayırmaları və müxtəlif məqsədli daxilolmalar aiddir.
Maliyyə resurslarının əlavə mənbəyi maliyyə bazarından səfərbər edilmiş vəsaitlərdir.
Səhmlərin, istiqrazların və digər qiymətli kağızların satışı vəsaitlərin səfərbər edilməsi
formalarıdır. Cəlb edilmiş vəsaitlərə
isə büdcə vəsaiti, bank kreditləri, kommersiya kreditləri,
lizinq və s.aiddir.
Dostları ilə paylaş: