Müəssisənin maliyyə mexanizmi maliyyə metodlarının tətbiqi ilə maliyyə münasibətlərinin idarə olunması sistemidir. Maliyyə mexanizmi maliyyə münasibətlərini
təkmilləşdirərək zəruri pul fondlarının yaradılması məqsədi daşıyır. Müəssisələrin maliyyə
mexanizmi müəssisələrdə pul fondlarının yaradılması zamanı formalaşan maliyyə
münasibətlərinin tənzimlənməsinə və idarə olunmasına xidmət edir. Maliyyə mexanizmi bir
qrup mütəxəssisin məqsədyönlü fəaliyyəti vasitəsilə maliyyənin idarə edilməsinə xidmət edir.
Müəssisə vahid bir sistem olaraq iki yarımsistemdən ibarətdir: idarəedən və idarə
olunan. İdarəedən yarımsistem bir neçə şöbədən ibarətdir: texniki, istehsalat, maliyyə,
mühasibatlıq və s. Idarəolunan yarımsistem – yəni təsərrüfat fəaliyyəti istehsalat bölmələri
kimi təmsil olunur:
- Istehsalın təşkili;
- Istehsalın texnika ilə təmin edilməsi;
- əməyin təşkili;
- işçilər arasında qarşılıqlı əlaqələrin formalaşdırılması;
- xarici iqtisadi əlaqələrin təşkili;
- kollektiv işçilərinin sossial şəraitlərinin təmin edilməsi və s.
Müəssisələrdə maliyyə mexanizminin elementləri aşağıdakılardır: maliyyə
münasibətləri, maliyyə alətləri, maliyyə metodları, maliyyənin idarə olunmasının hüquqi və
informasiya-metodik təminatı.