9.1.Müəssisənin gəlirlərinin mahiyyəti və təsnfatı
Müəssisə yaradılarkən istehsal fondlarının, qeyri-material aktivlərinin, dövriyyə
vəsaitlərinin formalaşması mənbəyi kimi nizamnamə kapitalı çıxış edir. Nizamnamə kapitalı
hesabına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri ilkin şərait yaradılır. Artıq
müəssisə normal fəaliyyətə başladıqdan sonra məhsul istehsalı (işin görülməsi, xidmət
göstərilməsi) prosesində yeni dəyər yaradılır. Satış nəticəsində əldə edilən pul gəlirləri
müəssisənin bankdakı hesablaşma hesabına daxil olur.
Müəssisənin xüsusi maliyyə resurslarının əsasını pul gəlirləri təşkil edir. Pul gəlirlərinin
üç əsas mənbəyi vardır:
-. Əsas fəaliyyətdən gəlirlər;
- investisiya fəaliyyətindən gəlirlər; - maliyyə fəaliyyətindən gəlirlər.
1.Əsas fəaliyyətdən daxil olmalar məhsul satışından (yerinə yetirilmiş işlərdən,
göstərilmiş xidmətlərdən) əldə edilən pul vəsaiti hesab olunur. Bu vəsait məhsul istehsalına
çəkilən xərclərin ödənilməsinin, mərkəzləşdirilmiş və qeyri - mərkəzləşdirilmiş fondların
yaradılmasının başlıca mənbəyidir. Pul vəsaitinin vaxtında daxil olması istehsal prosesinini
fasiləsiz dövriyyəsini təmin edir. Satışdan gəlirlərin nəzərdə tutulan müddətlərdə daxil
olmaması istehsalın ahəngini pozur, boşdayanmalara səbəb olur.
2.İnvestisiya fəaliyyətindən gəlirlərə qeyri-dövriyyə aktivlərin satışı, qiymətli
kağızların reallaşdırılmasının maliyyə nəticələri aid edilir.
3.Maliyyə fəaliyyətindən daxil olmalar özündə investorlar arasında müəssisənin
istiqrazlarının və səhmlərinin yerləşdirilməsinin nəticələrini əks etdirir.
Beləliklə məhsul satışından gəlirin müəssisənin hesabına daxil olması ilə təsərrüfat
subyektinin vəsaitinin dövr etməsi başa çatır və burada əmtəənin dəyəri yenidən pul
formasına keçir. Əgər məhsul satışından gəlirin müəssisənin hesabına daxil olması vəsaitin
dövriyyəsinin başa çatmasını ifadə edirsə, onun istifadə edilməsi yeni dövriyyənin və həm də
92
bölgü prosesi mərhələsinin başlanğıcını göstərir. Bu mərhələdə müxtəlif səviyyəli büdcələrin
gəlirləri formalaşır. Bununla da dövlətin mənafeyi təmin olunur, habelə müəssisənin xüsusi
maliyyə ehtiyatları əmələ gəlir. Məhsul satışından daxil olan pul vəsaiti ilk növbədə xammal,
material, yarımfabrikatlar, yanacaq, enerji, texniki avadanlıq və s. bu kimi zəruri istehsal
vasitələrinin hesablarının ödənilməsinə istifadə edilir.
Məhsul satışından gəlirlər hesabına həmçinin əmək haqqı, əsas fondların köhnəlməsi
ödənilir, müəssisənin mənfəəti formalaşır.
Məhsul satışından daxilolmaların həcminə təsir edən amillər aşağıdakılardır:
- istehsal sferasında - istehsalın həcmi, onun strukturu, buraxılan məhsulun çeşidi,
məhsulun keyfiyyəti və rəqabətqabiliyyətliliyi, istehsalın ahəngdarlığı;
- tədavül sferasında - tətbiq edilən qiymətlərin səviyyəsi, hazır məhsulun yüklənməsi və
xammal - materialların boşaldılması əməliyyatlarının dəqiq həyata keçirilməsi, ödəniş
sənədlərinin gecikdirilmədən dərhal sənədləşdirilməsi, müqavilə şərtlərinə dəqiq əməl
edilməsi, hesablaşma formalarının düzgün seçilməsi və s.
Müəssisənin fəaliyyətindən asılı olmayan amillərə müəssisəyə material - texniki
resursların təchizatı üzrə müqavilə şərtlərinin pozulması, nəqliyyatda baş verən fasilələr,
alıcının hər hansı səbəbdən ödəniş qabiliyyətinin müvəqqəti itirməsi nəticəsində məhsulun
dəyərinin vaxtında ödənilməməsi aiddir.
Maliyyə - təsərrüfat fəaliyyəti prosesində qarşıya qoyulan məqsəddən asılı olaraq
məhsul satışından (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) pul daxilolmalarının
illik, rüblük və cari dövrlər üzrə planlaşdırılmasını həyata keçirilir.
Planlaşdırılmanın məqsədindən asılı olaraq satışdan daxil olmaları qarşıdakı illik, rüblük
müddətlər üzrə və operativ qaydada planlaşdırmaq olar. Müəssisədə satışdan gəlirlər illik
planlaşdırmaya uyğun dinamik inkişaf edərsə bu zaman palnlaşdırma səmərə verir. Əgər
müəssisə sabit fəaliyyətə malik deyilsə, bu halda biznes-planda əvvəlcə nəzərdə tutulmuş
göstəricilərə müvafiq düzəlişlər edilməlidir. Belə olan halda illik planların səfərbəredici
funksiyası zəifləmiş olur. Ona görə mənfəəti müəyyən etmək, onun kəmiyyət dəyişməsinə
nəzarəti gücləndirmək üçün rüblük planlaşdırmadan istifadə etmək daha sərfəlidir. Satışdan
daxilolmaların operativ planlaşdırılması isə yola salınmış məhsula görə vəsaitin müəssisənin
hesablaşma hesabına vaxtında daxil olmasına gündəlik nəzarət üçün tətbiq olunur. Satışdan
daxil olan vəsaitin planlaşdırılması iki üsulla həyata keçirilir:
- Birbaşa hesab üsulu. Bu üsul məhsulun təminatlı tələbinə əsaslanır.
Nəzərdə tutulur ki, müəssisənin istehsal etdiyi məhsulun bütün həcmi qabaqcadan
rəsmiləşdirilmiş sifariş paketinə daxil edilir. Bu, satışdan gəlirlərin planlaşdırılmasının ən
etibarlı üsuludur. Bu zaman planlaşdırılan və faktiki məhsul satışı həcmi əvvəlcədən istehlak
tələbi ilə uzlaşdırılır.
Müəssisənin pul gəlirlərinin artırılmasının əsas istiqamətləri aşağıdakılardır:
- istehsalın və məhsul satışı həcmlərinin artırılması;
- innovasiyaların elmi - texniki tərəqqinin son nailiyyətlərinin istehsala tətbiqi hesabına
əmək məhsuldarlığının yüksəldilməsi;
93
- qənaət rejiminə ciddi əməl etməklə məhsul vahidinin maya dəyərinin aşağı salınması;
- satılan malların keyfiyyət göstəricilərinin daim yaxşılaşdırılması;
- marketinq xidmətinin imkanlarından geniş istifadə etməklə müəssisənin daxili və
xarici bazarda özünəməxsus yer tutması;
- qiymət siyasətinin çevik və elastik qaydada həyata keçirilməsi;
- müəssisə və tərəfmüqabillər arasında məhsul alqı-satqısına dair bağlanmış müqavilə
şərtlərinə ciddi əməl edilməsi.
Dostları ilə paylaş: |