“maliYYƏ” fənnindən mühazirə mətnləri


MÜXTƏLİF TƏSƏRRÜFAT FORMALI MÜƏSSİSƏLƏRİN MALİYYƏSİ VƏ



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə83/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   79   80   81   82   83   84   85   86   ...   157
Maliyyə muhazirələri yeni (1)

8.4.MÜXTƏLİF TƏSƏRRÜFAT FORMALI MÜƏSSİSƏLƏRİN MALİYYƏSİ VƏ 
TƏSƏRRÜFATÇILIĞIN SAHƏ XÜSUSİYYƏTLƏRİ  
 
Qeyri-kommersiya təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, 
Mülki  Məcəllə  və  Büdcə  Sistemi  haqqında  qanunlarla  tənzimlənir.  Qeyri-kommerisya 
təşkilatları aşağıdakl formalarda olur: büdcə idarələri; istehlak kooperativləri; ictimai qeyri-
kommersiya təşkilatları; dini təşkilatlar və birliklər; xeyriyyə fondları və s.  
Qeyri-kommersiya  təşkilatları  kommersiya  təşkilatları  ilə  şirkətlər  və  ittifaqlar 
formasında  birləşmək  hüququna  malikdir.  Qeyri-kommersiya  təşkilatlarının  maliyyə 
münasibətləri aşağıdakılardan ibarətdir:   
a) müəyyən  edilmiş  vergilərin,  digər  məcburi  ödənişlərin  dövlət  büdcəsinə  və 
büdcədənkənar dövlət fondlarına ödənilməsi zamanı yaranan iqtisadi münasibətlər;  
b) müəssisələr və fiziki şəxslər arasında onlardan üzvlük və pay haqqı, məqsədli könüllü 
köçürmələr, o cümlədən qrantlar və ianələr alınması zamanı yaranan münasibətlər;  
c) fiziki və hüquqi şəxlərlə sahibkarlıq fəaliyyətinin hayata keçirilməsi zamanı gəlirlərin 
formalaşması və məqsədəuyğun xərclənməsi üzrə yaranan münasibətlər,  
d) işçi  heyəti  ilə  əmək  haqqının,  mükafat,  maddi  yardım  və  digər  sosial  yardımların 
hesablanması və istifadəsi zamanı yaranan münasibətlər.  
Qeyri-kommersiya  təşkilatlarının  maliyyə  resursları  onların  sərəncamında  olan  və 


89 
 
 
 
nizamnamədə göstərilən fəaliyyət növlərinin maliyyələşdirilməsi zamanı pul daxil olmalarını 
və gəlirlərin məcmusunu ifadə edir.   
Azərbaycanda  qeyri-kommersiya  təşkilatlarının  əsas  forması  büdcə  idarələridir. 
Onların  funksiyalarının  yerinə  yetirilməsinin  maliyyə  təminatı  dövlət  tapşırıqlarına  uyğun 
olaraq  büdcə  smetası  əsasında  müvafiq  büdcələrin  vəsaiti  əsasında  həyata  keçirilir.  Büdcə 
smetası  büdcə  idarəsinin  büdcə  öhtəliyinin  limitini  müəyyən  edən  sənəddir.  Büdcə 
idarələrinin  maliyyə  resursları  əvəzsiz  və  qaytarılmamaq  şərti  ilə  verilən  büdcə  xərcləri 
hesabına  formalaşır.  Büdcə  idarələri  aşağıdakı  səlahiyyətlərə  malikdir:  büdcə  simetasını 
tərtib  və  icra  edir,  verilmiş  büdcə  ayırmaları  çərçivəsində  öhtəliyi  qəbul  edir  və  icra  edir, 
büdcə xərclərinin məqsədli xarakterinin təmin edir.   
Büdcə idarələrindən başqa digər qeyri-kommersiya təşkilatları da mövcuddur. İstehlak 
kooperativlərinin  məqsədi  onların  iştirakçılarının  maddi  təlabatını  ödəməkdir.  Qeyri-
kommersiya  təşkilatlarının  iştirakçıları  arasında  gəlirlərin  və  mənfəətin  bölüşdürülməsi 
hüququ yalnız istehlak kooperasiyalarına məxsusdur.   
Qeyri-kommersiya  təşkilatlarının  maliyyə  resurslarının  formalaşması  mənbələri: 
təsisçilərdən, üzvlərdən, iştirakçılardan daxil olmalar; könüllü haqqlar və ianələr; sahibkarlıq 
fəaliyyətindən daxilolmalar; təşkilatın mülkiyyətindən əldə olunan gəlirlər; büdcə vəsaitləri; 
qanunvericiliklə qəbul edilməyən digər gəlirlər.  
Qeyri-kommersiya  təşkilatlarının  maliyyə  resursları  aşağdakı  istiqamətlərdə  istifadə 
edilir: Əsas fəaliyyətin həyata keçirilməsi xərcləri; Məqsədli proqramların icarsı üzrə xərclər; 
Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi xərcləri.  
Xeyriyyə  təşkilatları  və  fondlar  büdcə  vəsaitini  humanitar  yardım  edilməsinə,  elmi 
axtarıçlar aparılmasına, təhsil və müalicə məqsədlərinə istifadə edirlər.  
Siyasi  ictimai  təşkilatlara  vəsait  qanunverici  orqanların  seçkiqabağı  və  seçki 
kompanyasını keçirmək məqsədi ilə ayrılır.  
Dini təşkilatlar tarixi və memarlıq abidələrinin bərpası və təmini üçün subsidya ala bilər.  
Ev  təsərrüfatı  maliyyə  münasibətlərinin  tərkib  hissələrindən  biridir.      Ev  təsərrüfatı 
dedikdə bir və ya bir-neçə birgə yaşayan şəxslər qrupu tərəfindən aparılan və ümumi büdcəyə 
malik  olan  təsərrüfat  başa  düşülür.  Ev  təsərrüfatının  maliyyəsi  fərdi  əmək  fəaliyyətinin 
nəticəsində  yaradılan  pul  vəsaitlərinin  formalaşması  və  istifadəsi  ilə  əlaqədar  yaranan 
münasibətlərinin məcmusudur.  
Fərdi  sahibkarlar  –  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  göstərən  şəxslərdir. 
Onlar ev təsərrüfatlarının daha fəal hissəsidir. Fərdi sahibkarlara öz əməyi hesabına yaşayan, 
xüsusi təsərrüfatını idarə edən kəndlilər, sənətkarlar, praktik fəliyyətlə məşğul olan həkimlər, 
vəkillər  və  s.  aiddir.  Fərdi  sahibkarların  maliyyəsi  fərdi  sahibkar  kimi  qeydiyyata  alınmış 
fiziki  şəxslərin  maliyyə  resurslarının  və  gəlirlərinin  formalaşması  prosesində  yaranan  pul 
münasibətlərinin məcmusunu ifadə edir.   
Yuxarıda  sadalanan  müxtəlif  mülkiyyət  formalı  müəssisələrin  maliyyəsinin  təşkilinə 
təsir  edən  amillərdən  biri  də  onların  sahə  mənsubiyyətidir.  Təsərrüfatçılığın  müxtəlif 
formaları öz fəaliyyətlərini sənayedə, kənd təsərüfatında, ticarətdə, tikintidə, nəqliyyatda və 
başqa  sahələrdə  həyata  keçirilə  bilərlər.  Onlar  üçün  maliyyənin  təşkilinin  əsas  prinsipləri 
eynidir,  çünki  iqtisadi  kateqoriya  kimi  əmtəə  istehsalı  və  maliyyənin  də  mahiyyəti  eynidir. 


90 
 
 
 
Lakin  istehsal  fondlarının  tərkibi  və  quruluşuna,  istehsal  tsiklinin  müddətinə,  istehsalın 
silsiləsinə,  vəsaitlərin  dövriyyəsi  xüsusiyyətlərinə,  sadə  və  geniş  təkrar  istehsalın 
maliyyələşmə  mənbələrinə,  maliyyə  ehtiyatlarının  tərkibi  və  quruluşuna,  maliyyə 
ehtiyatlarının  formalaşmasına  və  təsərrüfatçılığın  digər  seqmentlərinə  müəssisələrin  sahə 
xüsusiyyətləri bu və ya digər dərəcədə təsir edir.   

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin