“maliYYƏ” fənnindən mühazirə mətnləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə84/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   80   81   82   83   84   85   86   87   ...   157
Maliyyə muhazirələri yeni (1)

Əsaslı  tikinti  yeni  müəssisələrin  tikintisini  və  fəaliyyətdə  olan  müəssisələrin  yenidən 
qurulmasını  həyata  keçirən  əsas  maddi  sahələrindən  biridir.  Onun  əsas  məqsədi  mövcud 
resurslardan  səmərəli  və  qənaətlə  istifadə  etməklə  əsas  fondları  və  istehsal  güclərini 
istifadəyə  verməkdən  ibarətdir.  Əsaslı  tikinti  iqtisadiyyatın  mühüm  sahəsi  olmaqla, 
cəmiyyətin  həyat  fəaliyyəti  ilə  qırılmaz  surətdə  əlaqədardır.  İqtisadiyyatın  ayrı-ayrı 
sahələrinin  inkişafı  əsaslı  tikintinin  inkişaf  qanunauyğunluqlarından,  onun  səmərəli  idarə 
edilməsindən,  təşkilatı  strukturundan  və  s.  bilavasitə  asılıdır.  Əsaslı  tikintidə  maliyyənin 
iqtisadi  məzmunu,  onun  funkisiya  və  əsas  prinsipləri  sənayedə  və  iqtisadiyyatın  digər 
sahələrində  olduğu  kimidir.  Bununla  yanaşı  əsaslı  tikintidə  maliyyənin  təşkilinin  öz 
xüsusiyyətləri vardır ki, bu da həmin sahənin texniki-iqtisadi xüsusiyyətləri ilə şərtlənir. Bu 
xüsusiyyətlər aşağıdakılardır:  
- tikinti  istehsalı  üçün  daha  uzun  istehsal  tsikli  xarakterikdir.  Bu  da  müəssisənin 
dövriyyə  vəsaiti ilə  örtülən  bitməmiş  istehsalın  həcminin  artmasına  təsir  edir.  Ona  görə  də 
dövriyyə vəsaitlərinin quruluşunda bitməmiş istehsalın xüsusi çəkisi böyük olur;  
- obyektlərin tikintisi müxtəlif iqlim və ərazi zonalarında  aparılır,  bu da tikintinin fərdi 
dəyərində  əks  olunur  və  işin  sifarişçiyə  təhvil  verilməsindən  daxil  olmaların  qeyri-
bərabərliyinə gətirib çıxarır;   
- tikintinin  maliyyələşdirilməsi smeta  dəyəri  çərçivəsində  aparılır  ki,  bu  da  sifarişçi ilə 
bağlanan müqavilə əsasında həyata keçirilir;   
- tikinti  -quraşdırma  işlərinin  xarakteri  tikintinin  ayrı-ayrı  dövrlərində  yerinə  yetirilmiş 
işlərin material tutumluluğu və əmək tutumluluğu müxtəlif dərəcəliliyi ilə şərtlənir ki, bu da 
dövriyyə vəsaitinə tələbatın qeyri-bərabərliyini müəyyən edir;   
- tikinti  obyektində  çəkilən  xərclərin  qeyri-yekcinsliyi  və  müxtəlif  xarakterliyi  ilə 
əlaqədar olaraq qiymət hər bir ayrıca obyekt (hal) üçün müəyyən edilir.   

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin