Kənd təsərrüfatı müəssisələrinin maliyyəsi Kənd təsərrüfatı maddi nemətlər
istehsalının ən mühüm sahələrindən biridir. Kənd təsərrüfatı əhali üçün ərzaq məhsulu,
sənayenin bir çox sahəsi üçün xammal yaradır. Təcrübə göstərir ki, dövlətin köməkliyi
olmadan kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti az səmərəli olur. Bunları nəzərə alaraq
Azərbaycan Respublikası hökuməti son dövrlərlə kəndli (fermer) təsərrüfatlarının və digər
qurumların himayəçiliyi üzrə bir sıra konkret tədbirlər görmüşdür.