94
maliyyə hədəflərinə nail ola biləcəyini əvvəlcədən müəyyən edir. Qiymət siyasətinin işlənib
hazırlanması əsasən aşağıdakı mərhələlərdən keçir:
- qiymətqoymanın məqsədlərinin müəyyənləşdirilməsi;
- qiymətin əmələ gəlməsi amillərinin (tələb, təklif, rəqiblərin qiymətləri və s.) təhlili;
- qiymətyaranma metodunun seçilməsi;
- qiymətin səviyyəsi barədə qərarın qəbul edilməsi.
Möəssisənin qiymət siyasəti aşağıdakı məqsədlərə yönəldilməlidir:
- Müəssisənin qorunub saxlanması. Bazarda ciddi rəqabət olduğu şəraitdə müəssisə
anbarlarında normadan artıq yığılıb qalmış hazır məhsul qalıqlarını azaltmaq məqsədilə tez-
tez qiymətlərin aşağı salınması prosesi baş verir. Bu halda mənfəətin əldə edilməsi öz
əhəmiyyətini itirir və istehsal o vaxta qədər davam etdirilir ki, aşağı səviyyədə qoyulmuş
qiymət heç olmazsa xərcləri ödəsin.
- Mənfəətin qısa müddətə maksimum həddə çatdırılması və rentabellik səviyyəsinin
yüksəldilməsi öz növbəsində müəssisənin gəlirliliyini artırır və investisiya imkanlarını
genişləndirir. Bu məqsədin qısamüddətli qiymət siyasəti həyata keçirilərkən qarşıya
qoyulması daha məqsədəuyğundur.
Qiymət siyasəti bu istiqamətdə aparılarkən müəssisə əsas diqqəti mənfəətin
qısamüddətli artımına yönəldir. Bu halda bazar münasibətlərinin uzunmüddətli perspektivləri
az nəzərə alınmış olur.
- Məhsul satışının qısa müddət ərzində maksimum artırılması. Bəzən müəssisə
rəhbərləri hesab edirlər ki, satış həcminin artırılması mənfəətin çoxalmasına gətirib
çıxaracaqdır. Ona görə də bazarın qiymətin səviyyəsinə olan həssaslığını nəzərə alaraq,
müəssisə rəhbərliyi qiyməti mümkün qədər aşağı həddə müəyyənləşdirir. Amma bu siyasət
yalnız o halda müsbət nəticə verə bilər ki, istehsalın həcminin genişləndirilməsi istehsal
xərclərinin azaldılması ilə müşayiət edilsin. Belə siyasət çox risklidir, çünki o qiymətlərin
kəskin fərqlənməsinə və bazarda möbahisəyə səbəb ola bilər.
- Bazarda və qiymətlərin müəyyən edilməsində liderliyin qazanılması. Bu məqsəd iri
müəssisə və şirkətlərə məxsusdur. O, bazarda ümumi qiymət səviyyələrinin təyin
edilməsində təşkilatın tutduğu mövqeyini əks etdirir. Liderliyin qazanılmasına cəhd yüksək
keyfiyyətli məhsul istehsalında da biruzə verə bilər. Bu halda, uzun illər ərzində öz
mövqeyini qoruyub saxlayan müəssisə rəqibləri ilə müqayisədə daha yüksək qiymət təyin
edir ki, artıq çəkdiyi xərcləri əvəzləşdirə bilsin.
Müəssisənin təkcə adı isə ən mükəmməl keyfiyyətin etibarlı zamini kimi çıxış edir.
Məsələn, “Şarp” yapon firması - səsyazma texnikası istehsalında,“Mersedes - Bens” alman
firması - avtomobil istehsalında və s. Bütün dövrlərdə qiymət və məhsulun keyfiyyəti
istehsalın tənzimlənməsində həlledici rol oynamışlar.
Dostları ilə paylaş: