“maliYYƏ” fənnindən mühazirə mətnləri


MÜƏSSİSƏNİN FƏALİYYƏTİNİN RENTABELLİYİ



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə96/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   92   93   94   95   96   97   98   99   ...   157
Maliyyə muhazirələri yeni (1)

10.3. MÜƏSSİSƏNİN FƏALİYYƏTİNİN RENTABELLİYİ 
  
Müəssisələrin  maliyyə  -  təsərrüfat  fəaliyyətinin  səmərəliliyinin  iqtisadi  göstəriciləri 
arasında  rentabellik  göstəricisi  xüsusi  yer  tutur.  Əgər  mənfəət  kəmiyyət  göstəricisi  olub 
müəssisənin  mütləq  gəlirliliyini  əks  etdirirsə,  rentabellik  keyfiyyət  göstəricisi  olub  nisbi 
gəlirliliyi  ifadə  edir  və  mənfəətin  müəyyən  bazaya  nisbəti  ilə  ölçülür.  Müəssisə  o  halda 
rentabelli  işləmiş  hesab  olunur  ki,  məhsulun  satışından  (işlərin  görülməsindən,  xidmətlərin 
göstərilməsindən)  əldə  edilən  gəlir  məhsulun  istehsalı  və  satışı  ilə  bağlı  xərcləri  tam 
ödəməklə bərabər müəyyən məbləğdə mənfəəti də təmin etsin.   
Beləliklə,  rentabellik  müəssisənin  müəyyən  dövr  ərzindəki  işinin  səmərəliliyini 
səciyyələndirir,  müəssisənin  öz  kapitalını  artırmaq  qabiliyyəti  haqqında  təsəvvür  yaradır. 
Rentabellik müxtəlif üsullarla hesablanır. Əsas göstərici ümumi rentabellik göstəricisidir və 
aşağıdakı düsturla hesablanır:   
Rüm = (Mb : A) x 100   
Burada:  Mb  -  balans  mənfəəti;  A  -  müəssisənin  aktivlərinin  (əsas  istehsal  fondları  ilə 
dövriyyə vəsaitlərinin) dəyəridir.   
Rentabelliyin bu göstəricisi qoyulmuş kapitalın hər manatına düşən mənfəətin məbləğini 
göstərir.  
Ömumi  rentabellik  ilə  yanaşı  sahibkarlıq  fəaliyyətinin  təhlili  prosesində  məhsulun 
rentabelliyi göstəricidən geniş istifadə olunur.  
Həmin göstərici aşağıdakı düsturla hesablanır.   
Rm = (Ms : Dt) x 100   
Burada: Ms - məhsulun satışından əldə edilən mənfəət; Dt - satılmış məhsulun tam maya 
dəyəridir.   
Bu göstəricidən təsərrüfatdaxili analitik hesablamalarda, ayrı - ayrı məhsul və məmulat 
növlərinin  mənfəətliliyinə  (zərərliliyinə)  nəzarət  edilməsi,  istehsala  yeni  məhsul  növlərinin 
tətbiqi  və  səmərəsiz  məmulatların  istehsaldan  çıxarılması  zamanı  istifadə  etmək  daha 
önəmlidir.   
Müəssisələrin  təsərrüfat  fəaliyyətində  hesabi  rentabellik  göstəricisindən  də  istifadə 
olunur:  
 Rh  =  (Mh  :  A)  x  100  Burada:  Mh  -  hesabi  mənfəətdir.  Məlumdur  ki,  mənfəət  həm 
məhsulun  maya  dəyəri,  həm  də  onun  satıldığı  qiymətlə  əlaqədardır.  Belə  halda  məhsulun 
rentabelliyi  mənfəətin  sərbəst  və  ya  tənzimlənən  qiymətlərlə  satılmış  məhsulun  dəyərinə, 
daha  doğrusu  satışdan  mədaxilin  məbləğinə  nisbəti  kimi  hesablana  bilər.  Elə  buna  görə  də 
rentabelliyin belə göstəricisi satışın rentabelliyi adlanır.   
Məhsulun və satışın rentabelliyi göstəriciləri qarşılıqlı əlaqədardır və bütün məhsulun, 


105 
 
 
 
həm  də  onun  ayrı  -  ayrı  növlərinin istehsalı  və  satışı  üçün  cari  xərclərin  dəyişilməsini əks 
etdirir.  Ona  görə  də  bütünlükdə  istehsalın  səmərəliliyini  yüksəltmək  və  mənfəətin 
artırılmasının  əlavə  imkanlarını  əldə  etmək  üçün  yüksək  və  aşağı  rentabelliyə  malik 
məhsulların  xüsusi  çəkilərinin  dəyişdirilməsindən  asılı  olaraq  məhsul  buraxılışının 
strukturunu formalaşdırmaq olar.   
Müəssisənin maliyyə  vəziyyətinin təhlili  prosesində  rentabelliyin  digər  göstəriciləri  də 
hesablana  bilər.  Məsələn,  müəssisənin  bütün  kapitalının  rentabelliyi,  dövriyyədənkənar 
aktivlərin  rentabelliyi,  dəyişən  kapitalın  rentabelliyi,  investisiyaların  rentabelliyi  və  s. 
Rentabellik  göstəriciləri  müəssisənin  təsərrüfat  fəaliyyətinin  səmərəliliyini  müxtəlif 
tərəflərdən əks etdirirlər. Onların hamısı rentabelliyin çoxşaxəli anlayışına söykənirlər.   
Kapitalın ümumi rentabelliyi balans mənfəətinin müəssisənin hesabat dövründəki bütün 
əmlakının  orta  həcminə  bölünməsi  ilə  tapılır.  Burada:  Mb  -  balans  mənfəəti,  K  -  hesabat 
dövründə balansın valyuta həcminin orta xronoloji göstəricisidir.   
Xalis  mənfəətin  hesabat  dövründəki  bütün  əmlakın  orta  həcminə  nisbəti  xalis  mənfəət 
üzrə iqtisadi rentabelliyi əks etdirir.   
Təhlilin  konkret  məqsədindən  asılı  olaraq  əsas  kapitalın,  xüsusi  kapitalın,  səhmdar 
kapitalın və investisiyanın rentabelliyi göstəriciləri də hesablana bilər. Rentabellik səviyyəsi 
və  onun  dinamikası  bir  çox  amillərdən asılıdır.  Bu  istehsal  -  təsərrüfat  amilləri  toplusunun 
içərisində  istehsalın  və  idarəetmənin  təşkili  səviyyəsi,  kapitalın  və  onun  mənbələrinin 
strukturu,  istehsalat  ehtiyatlarından  istifadənin  dərəcəsi,  məhsulun  həcmi,  keyfiyyəti  və 
çeşidi, istehsal xərcləri və məhsulun maya dəyəri, fəaliyyət növləri üzrə əldə edilən mənfəət 
və  ondan  istifadə  istiqamətləri  xüsusi  əhəmiyyət  kəsb  edirlər.  Ona  görə  də  müəssisədə 
rentabelliyin səviyyəsinə təsir edən amillərin təhlili, mövcud ehtiyatların aşkarlanıb hərəkətə 
gətirilməsi maliyyə xidməti və uçot işçilərinin əsas vəzifələrindən biridir.  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin