“maliYYƏ” fənnindən mühazirə mətnləri


Hüquqi  şəxslərin  mənfəət  vergisi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə98/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   94   95   96   97   98   99   100   101   ...   157
Maliyyə muhazirələri yeni (1)

Hüquqi  şəxslərin  mənfəət  vergisi  müasir  vergi  sistemində  vacib  yer  tutur.  Mənfəət 
vergisi - birbaşa vergidir, yəni onun həcmi müəssisə və təşkilatların əldə etdikləri mənfəətdən 
(gəlirdən)  birbaşa  asılıdır.  Azərbaycan  Respublikasında  rezident  və  qeyri-rezident 
müəssisələr  mənfəət  vergisinin  ödəyiciləridir.  Rezident  müəssisə  üçün  vergitutma  obyekti 
onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq 
mənfəətdir.   
Rezident müəssisələr üçün vergitutma obyekti həm Azərbaycan Respubliksındakı, həm 
də  onun  hüdudlarından  kənardakı  mənbələrdən  əldə  edilmiş  mənfəətdir.  Qeyri  -  rezident 
müəssisələr  üçün  vergitutma  obyekti  isə  yalnız  Azərbaycandakı  mənbələrdən  əldə  edilmiş 
mənfəətdir. Hal - hazırda müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Bu 
vergi  növündə  də  ayrı  -  ayrı  müəssisə  və təşkilatlar  üçün  azadolmalar  və  güzəştlər  nəzərdə 
tutulmuşdur.   
Əlavə dəyər vergisi (ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə 
verilən hesab - fakturalara və ya idxalda ƏDV - nin ödənildiyini göstərən sənədlərə müvafiq 
surətdə  əvəzləşdirilməli  olan  verginin  məbləği  arasındakı  fərqdir.  ƏDV  malların  (iş  və 
xidmətlərin) istehsal prosesində yaranan və onlar satıldıqca büdcəyə keçirilən dəyər artımının 
bir hissəsinin dövlətə alınması formasıdır. ƏDV məhsulun qiymətinə əlavə kimi çıxış edərək 
müəssisənin  gəlirinə  deyil,  alıcının  xərclərinə  tətbiq  olunur  və  alıcıdan  tutulur.  Yəni, 
baxmayaraq  ki,  ƏDV  rəsmən  istehsalçılardan  və  ticarət  subyektlərindən  tutulur,  faktiki 
olaraq  isə  onun  ödəyicisi  əmtəələrin  alıcıları,  geniş  istehlakçılar  kütləsi  çıxış  edir.  ƏDV 
qiymət  əmələ  gətirən  elementdir.  Onun  kəmiyyəti  qədər  malların  qiyməti  avtomatik  olaraq 
yüksəlir.  Malların  təqdim  edilməsi,  işlərin  görülməsi,  xidmətlərin  göstərilməsi  və  vergi 
tutulan  idxal  vergi  tutma  obyektidir.  Hazırda  ƏDV  -  nin  dərəcəsi  hər  vergi  tutulan 
əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir.  
Dolayı  vergilər  sırasında  aksiz  vergisinin  özünə  məxsus  yeri  vardır.  Aksiz  -  aksizli 
malların  satış  qiymətinə  daxil  edilən  vergidir.  Azərbaycan  Respublikasının  ərazisində 
istehsal  edilən,  yaxud  idxal  olunan  aksizli  mallardan  (vergidən  azad  edilən  mallar  istisna 
olunmaqla)  aksiz  tutulur.  Bütün  dolayı  vergilər  kimi  aksizlər  də  əmtəənin  qiymətini 
formalaşdırır  və  faktiki  olaraq  onun  ödənilməsi  alıcının  üzərinə  düşür.  Formal  olaraq  bu 
verginin  ödəyiciləri  aksizli  məhsul  istehsal  edən  və  ya  satan  müəssisələrdir.  Lakin  aksizin 
məbləği əmtəənin satış qiymətinə daxil edildiyindən, onun faktiki ödəyiciləri aksizli malların 
istehsalçılarıdır. Aksiz yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir 
hissəsinin  dövlət  büdcəsinə  tutulması  məqsədilə  müəyyən  edilir.  Bu  vergi  növü  həmişə 
dövlət  xəzinəsinin  doldurulmasına  xidmət  etmişdir.  Hazırda  bazar  iqtisadiyyatlı  bütün 
ölkələrdə  aksiz  vergisi  tətbiq  olunur.  Onlar məhdud  sayda  məhsullar  (içməli  spirt,  pivə  və 
spirtli  içkilərin  bütün  növləri;  tütün  məmulatları;  neft  məhsulları;  minik  avtomobilləri; 
istirahət  və  ya  idman  üçün  yaxtalar  və  bu  məqsədlər  üçün  nəzərdə  tutulan  digər  üzən 
vasitələr)  üçün  müəyyən  olunur  və ikili  rol oynayırlar.  Əvvəla  o,  büdcəsinin  gəlirinin əsas 
mənbələrindən biridir, ikinci aksizli malların (əsasən sosial cəhətdən zərərli olduğuna görə) 
istehsalını məhdudlaşdırmaq üçün bir vasitədir.   


107 
 
 
 
Əmlak  vergisi  tarixən  ən  qədim  vergi  növlərindən  biri  hesab  olunur.  Əmlak  vergisi  - 
fiziki  və  hüquqi  şəxslərin  mülkiyyətində  olan  əmlakın  dəyərinə  görə  alınan  vergidir. 
Ölkəmizdə  əmlak  vergisi  1992  -  ci  ilin  əvvəlindən  tətbiq  edilməyə  başlamış  və  2001  -  ci 
ildən  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsinə  müvafiq  olaraq  tənzimlənir.  Əmlak 
vergisinin  ödəyiciləri  iki  əsas  qrupdan  -  fiziki  şəxslər  və  müəssisələrdən-ibarətdir. 
Müəssisələrdən  əmlak  vergisi  üzrə  vergitutmanın  obyekti  aşağıdakılardır:  müəssisənin 
balansında  olan  avtonəqliyyat  vasitələri;    müəssisənin  balansında  olan  əsas  vasitələrin orta 
illik dəyəri;  Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq 
fəaliyyətini  həyata  keçirən  qeyri-rezident  müəssisələr  üçün-yalnız  daim  nümayəndəliklə 
bağlı olan əsas vasitələrin orta illik dəyəri.   

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin